Məhkəmə qərarları › İş №2(002)-1487/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1487/2021

27.05.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1487/2021 27.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin itkin düşmüş hesab edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş atası X2 xəbərsiz itkin düşməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçının atası, onun keçmiş həyat yoldaşı 29.08.1974-cü il təvəllüdlü X6 2008-ci ildə əvvəlcə İrana, sonra Əfqanıstana getmiş və orada qanunsuz silahlı qüvvələrin tərkibində vuruşaraq 2014-cü ildə ölmüşdür. 2008-ci ildə getdikdən sonra altı ay əlaqə saxlamış, sonradan əlaqə kəsilmiş, 2014-cü ildə isə vəfat etdiyi xəbəri gəlmişdir. Bu barədə İnterpolun rəsmi saytına istinadla internet saytlarda xəbər verilmişdir. Hazırda ata haqqında məlumat olmadığından iddiaçıya və bacısı Xədicəyə aid hər hansı sənədləşmənin aparılması mümkün deyildir. X2 heç bir işi, peşəsi olmamaqla adında heç bir əmlakı yoxdur. Hesab edir ki, X2 itkin düşmüş hesab edilməsi barədə məhkəmə qərarı olmalıdır. Eyni zamanda qeyd edir ki, onunla X6 arasında nikah 2010-cu ildə pozulmuşdur. Hazırda o, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə həmin maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin ata nənəsidir. X6 onun oğlu olmaqla 2008-ci ildə Əfqanıstana getmiş, 6 ay əlaqə saxlamış və 2014-cü ildə onun vəfat etdiyi xəbəri yayılmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, ərizəçinin ana nənəsidir. X6 onun keçmiş kürəkəni olmaqla 2008-ci ildə Əfqanıstana getmiş, 6 ay əlaqə saxlamış və 2014-cü ildə onun vəfat etdiyi xəbəri yayılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuşdur, Füzuli şəhəri, B.Eyvazov kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 02713913 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur, Füzuli şəhəri, B.Eyvazov küçəsində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı, 099478 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X4r. İş materiallarında olan internet xəbər portalından 12.02.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, axtarışda olan X2 Əfqanıstanda öldürüldüyü xəbəri verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan 05.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, 29.08.1974-cü il təvəllüdlü X5 Nəsimi RPİ-nin QvŞv tərəfindən 21.05.2005-ci il tarixdə verilən şəxsiyyət vərəqəsinin 29.08.2009-cu il tarixdə müddəti bitmişdir. Onlarda olan sonuncu qeydiyyat ünvanı Füzuli rayonunun Eyvazov kəndidir, halhazırda X2 rayon polis şöbəsi tərəfindən 760033 saylı axtarış işi mövcuddur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2009 saylı, 04.12.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Nümayəndə və X6 arasında 17.01.2001-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 sayla qeyd edilmiş nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü Ərizəçi və 29.09.2004-cü il təvəllüdlü X3 anası Nümayəndə yanında qalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən tələbkar Nümayəndə ünvanlanan 24.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, X1 rayon icra şöbəsinin vasitəsi ilə heç bir ödəniş etməmişdir. Beləliklə, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla, o cümlədən ərizəçinin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, iş materiallarında olan yazılı sübutlar ilə Ərizəçinın atası 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş X2 xəbərsiz itkin düşdüyü və ondan iki ildən artıq müddət ərzində xəbər alınmadığı öz təsdiqini tapdığından, ərizə əsaslı hesab olunmalı və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 312- 316, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar