Məhkəmə qərarları › İş №2(002)-1491/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1491/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1491/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X6 üızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh uzun müddətdir ki tanıyır. Təxminən 2019-cu ilin iyul ayının əvvəllərində Cavabdeh ondan borca 3500 AZN manat pul istədi. Borcun müqavilində cavabdeh borcu ödəyənədək öz mənzilin sənədi ona girov verəcəyəni bildirdi. O bununla razılaşdı. 29 iyul 2019-cu il tarixdə o Cavabdeh 3500 AZN manat məbləğində borca pul vermişdir. Əvəzində isə öz mənzilinin sənədi ona girov kimi vermişdir. Birdə ona bildirmişdir ki, “əgər pulu qaytara bilməsəm mənzili satıb mənim sənə olan 3500 AZN manat məbləğində pulu geri götürərsən.” Onlar bununla bağlı yazılı şəkildə qeyd etmişlər. Hətta həmin vaxtı İddiaçı həqiqətən cavabdehə 3500 manat məbləğində borca pul verməyi barədə şahidlərdə iştirak etmişdilər.Lakin həmin vaxtdan artıq 1 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh ona olan 3500 AZN manat məbləğində borcu geri qaytarmır. İddiaçı dəfələrlə Cavabdeh ilə əlaqə saxlayaraq ona olan borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə mənə pulu ödəmək istəmir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, ona 4000 manat pul veridyini, onun 500 manatını qaytardığını, qalan 3500 manatını isə indiyədək qaytarmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçıdan həqiqətəndə pul götürmüşdür, həmin yazılmış aktla razı olduğunu, lakin həmin pulu qaytardığını, daha sonra yenə pul götürdüyünü, 3500 manat bir götürmüş, 5000 manat bir götürmüş, daha sonra 3500 mant deyil 2500 manat pul götürdüyünü, 5000 manatı tam qaytardığını, 2500 manat olan pulun isə 500 manatını qaytardığını, qalanı maddi imkanı olanda qaytara biləcəyini bildirərək, daha sonra isə 3000 manat bir pul götürdüyü və 2500 manat bir pul götürdüyünü, sonradan cəmi avqust ayında faizlə 8500 manat pul götürdüyünü, qaytardığını bildirmiş, buna dair yazılı ərizə təqdim etdi.. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində, Cavabdeh iddiaçıdan pul istədiyini İddiaçı isə ona pul verdiyini gördüyünü və pulun miqdarını bilmədiyini bildirdi. X5 Cəbrayıl qızı məhkəmə iclaısnda ifadə verərək, öz ifadəsində İddiaçı Cavabdeh pul veridyini, pul verərəkən gördüklərini, ancaq hansı məbləğdə pul verilməsi barədə məlumatı olmadığını, miqdarını görmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı, şahid ifadələri əsasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan 3500 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul vəsaiti indiyədək qaytarmamışdır. Belə ki, cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, o iddiaçıdan 8500 manat pul vəsaitini almışdır, lakin qaytarmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan 3500 manat pul vəsaiti alması halını hər iki tərəf təsdiq edir ki, qeyd edilən hal işin mübahisəsiz halıdır. İddiaçı cavabdehə 4000 manat pul vəsaiti verdiyini, onun 500 manat məbləğinin cavabdeh tərəfindən qaytarıldığını, qalan 3500 manat məbləğində pul vəsaitini isə indiyədək qaytarmadığını əsas gətirərək, həmin pul vəsaitinin ona qaytarılması barədə iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə iclasında cavabdeh fərqli, bir-biri ilə ziddiyətli olan izahatlar vermiş, bir tərəfdən 2000 manat pul vəsaitini verməli olduğunu, digər tərəfdən ümumi 8500 manat pul vəsaitini aldığını, hamısını qaytardığını bildirmişdir. Lakin qeyd eidlən hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, indiki halda pul vəsaitini almış cavabdeh həmin pul vəsaitini qaytardığını bildirirsə, həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdeh tərəfindən iddiaçıdan aldığı qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya qaytarması halını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin 3500 manat məbləğində pul vəsaitini iddiaçıdan alması halı işin mübahisəsiz halı olduğundan, ahbelə cavabdehin həmin məbləğdə pul vəsaitini iddiaçıya qaytarması halı sübuta yetirilmədiyindən, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar