Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1521/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər X6, Cavabdeh3, Fizuli qızı, Cavabdeh4, Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehlər X6, Cavabdeh3, Fizuli qızı, Cavabdeh4, Cavabdeh1 qarşı«kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh3, Fizuli qızı, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 1522,41 manat əsas, 5,56 manatfaiz borcu olmaqla, cəmi 1527,97 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, habelə 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair yazılı ərizə məhkəməyə təqdim edərək, cavabdehlər X6, Cavabdeh3, Fizuli qızı, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 1113,13 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, habelə 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh2 arasında bağlanmış 197-xx.xx.2017- SM0197 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 27 faizlə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh1 Firudin oğlu arasında zaminlik müqvailəsi imzalanmışdır. Borclu Cavabdeh2 xx.xx.2018-cu il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Asan xidət mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən müəyyən edilmişdir ki, mərhum Cavabdeh2 adına vərəsəlik işi açılmış və X4, Cavabdeh3, Cavabdeh4 xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə 1522,41 manat əsas, 5,56 manat faiz borcu olmaqla, cəmi 1527,97 manat kredit borcu mövcddur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia əzrisəinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbininin həcminin azaldılması barədə ərizədə qeyd olunmuş iddia tələbini müdafiə edərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və Cavabdeh4 qanuni nümayəndəsi X1 məhkəmə iclaslarında verdiyi izahatından aydın olur ki, o iddia tələbini qismən qəbul edərək, yoldaşının bank qarşısında borc öhdəliyinin olduğunu, həmin borcunu qaytarmağa razı olduğunu, neçə dəfə də borcu ödəmək istəsə belə,onlara bildiriblər ki, sığorta şirkəti tərəfindən ödənilib, ona görə də indiyə kimi ödənilməyibdir, miraz əmlak kimi mənzil əldə etdiklrəini bildirmişdir. Cavabdeh3 keçirilmiş məhkəmə iclaısnda cavabdeh X6nın izahatına uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiyini bildirmişdir Cavabdeh1 Firudin oğlu məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etdiyini bildirərək, izahatında iddia tələbində qeyd olunmuş borcun məbləği ilə razı olduğunu, onun narazı olduğu məsələnin sığorta şirkəti tərəfindən ödənilməli olan hissənin olduğunu, artıq həmin məsələdə öz həllini tapdığından, bank qarşısında 1113,13 manat məbləğində borcu ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh2 24 ay müddətinə, aylıq 108,80 manat ödəməklə, 2000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialalrına əlavə eidlmi. xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan yadın olur ki, zamin qismində X3 ilə bank arasında zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsaəsn zamin qismində çıxış edən Cavabdeh1 Firudin oğlu borclu xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini taamilə və ya hissə-hissə icra etmədikdə kreditor qarşısında kredit məbləğinin, faizlərin, dəbbə pulunun və icranın gecikdiirlməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş maliyyə arayışının məzmunundan görünür ki, xx.xx.2017-ci il tarxili kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə ödənilməmiş əsas borc üzrə 1522,41 manat, ödənilməmiş faiz borcu üzrə 5,56 manat, cəmi 1527,97 manat kredit borcunun müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh2 24 ay müddətinə hər ay 108,80 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materialalrına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2239 nömrəli məktubun məzmunundan aydın olur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh2 Eyyb oğlundan miras qalmış əmlaka dair vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı X4, X5, xx.xx.2003-cü il təvəllüdül Cavabdeh4xx.xx.2018-ci il tarixli 2V\1073 reyestrli Qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, X6, Cavabdeh3 və Cavabdeh1 Firudin oğluna mərhum Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-cı ildə vəfat etmişdir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 27 faizlə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh2 xx.xx.2018-cu il tarixində vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2019-ci il tarixli 2239 saylı məktubu müəyyən edilmişdir ki, mərhum Cavabdeh2 adına vərəsəlik işi açılmış və X6, X7 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 vəfat etdiyi tarixə banka ödənilməmiş 1522,41 manat əsas, 5,56 qəpik faiz olmaqla, cəmi 1527,97 manat kredit borcu qalmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən didlmişdir ki, Cavabdeh2 bank qarşsısında olan borc məbləğinin bir qismi müvafiq sığorta şirkəti tərəfindən ödənilmiş, qalıq borc məbləği 1113,13 manat məbləğində təşkil etmişdir. Cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh4 mərhum Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Həmçinin, digər Cavabdeh1 Firudin oğlu zamin qimsində çıxış etməklə, iddiaçı bank qarşısında Cavabdeh2 müvafiq kredit müqaviləsi üzrə borc öhədliyinin icra edilməsinə görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə vərəsələr müvafiq borc öhədliyin icra etmədiyindən iddiaçı bankın həmçinin cavabdeh zamin qismində çıxış edən Cavabdeh1 Firudin oğluna qarşı belə bir tələb irəli sürmək hüququ yaranmışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə belə bir tələb irəli sürməkdə haqlı olmuş və mərhum şəxsin vərəsəsi qismində çıxış edən X6, Cavabdeh3, Cavabdeh4, həmçinin, zamin qismində çıxış eədn Cavabdeh1 Firudin oğlu onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddia tələbini qəbul edərək, bank qarşısında borc öhdəliyinin olduğunu, həmin borcu qaytarmağa razı olduqlarını bildirmişlər. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və 0,40 manat mələğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu borcunu ayrı-ayrılıqda nəzərdən keçirərərək, mülki qanununvericiliyin tələblərini rəhbər tutaraq, cavabdehlərin iddia tələbini qəbul etməsinə dair izahatlarını əsas götürərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Firudin oğlundan müştərək qaydada 1113,13 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Firudin oğlundan müştərək qaydada xx.xx.2017ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1113,13 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində BakışəhəriQaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1521/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1521/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver