Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1524/2022 26.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 3255 manat məbləğində əsas borcun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3308 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h:AZ03NABZ********************, h/H:AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki iş üzrə borclu X3 30 dekabr 2019-cu il kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1019 manat olan məişət avadanlığı əldə etmişdir. Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 500 manat borcu qalmışdır. Bundan əlavə borclu 01 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 4186 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2755 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 3255 manat məbləğində əsas borcun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3328 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması zəruridir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X3 ilə İddiaçı MMC arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 1019 manat olan məişət avadanlığı alaraq 19 manat məbləğində ilkin ödəniş etmişdir. X3 alınmış mala görə müqavilənin şərtlərinə əsasən 20 ay müddətində hər ay 50 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X3 ilə İddiaçı MMC arasında 01 avqust 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 4186 manat olan məişət avadanlığı almış, 700 manat məbləğində ilkin ödəniş etmişdir. X3 alınmış mala görə müqavilənin şərtlərinə əsasən 6 ay müddətində hər ay 581 manat ödəniş etməli idi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixə olan maliyyə arayışına əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 30 dekabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən 500 manat və 01 avqust 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə 2755 manat borcu yaranmışdır. Cavabdehin borcu cəmi 3255 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən X3 müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar - iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh X3 İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə həmin müqavilələrə əsasən 3255 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqavilələri ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 30 dekabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən 500 manat və 01 avqust 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 2755 manat olmaqla, cəmi 3255 manat borc və 53 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h:AZ03NABZ********************, h/H:AZ53İBAZ********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30 dekabr 2019-cu il tarixdə bağlanmış müqavilə üzrə 500 manat və 01 avqust 2020-ci il tarixdə bağlanmış müqavilə üzrə 2755 manat borc olmaqla, cəmi 3255 manat borc və 53 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 3308 manat pul cavabdeh X1 tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h:AZ03NABZ********************, h/H:AZ53İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1524/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1524/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver