Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-155/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əşya tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və əşya tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə Cavabdeh adına "xxxx" ASC-yə qoyulmuş 15000 manat pul vəsaitinin 50 faizinin, yəni 7500 manat pul məbləğinin, ünvan 1 ünvanında tikilən ev üçün çəkdiyi 20000 manat xərcin yarısının, verdiyi 4500 manat borc məbləğinin, ümumilikdə 22000 (iyirmi iki min) manat pul məbləğinin ona ödənilməsi, şəxsi əşyalarının (mətbəx mebeli-1000 manat, SHİVAKİ firmasına məxsus Plazma televizor (108 diaqonal)-600 manat, yataq mebeli-1000 manat, Samsung, HOTPOİNT, İNDESİT firmalarına məxsus 3 ədəd paltaryuyan (onlardan biri müştəriyə məxsusdur)-1900 manat, 2 ədəd soyuducu (onlardan balaca olan müştəriyə məxsusdur)-600 manat (SHNAYDER firmasına məxsus böyük ölçüdə qara rəngli-400 manat, İNDESİT firmasına məxsus kiçik ölçüdə qara rəngli-200 manat), 1 ədəd sarı rəngli generator-400 manat, 3 ədəd iran peçi-200 manat, 1 ədəd duxovka-100 manat, mikrodalğalı soba-250 manat, 1 ədəd şirəçəkən-150 manat, 1 ədəd ətçəkən maşın-150 manat, 1 maşın kərpic-500 manat, 1 ədəd LG markasına məxsus ağ rəngli kondisioner-700 manat) ona qaytarılması, əşyalar aşkar edilmədikdə onların ümumi dəyəri olan 7550 (yeddi min beş yüz əlli) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı birgə nikah dövründə əldə edilmiş “Mercedes-Benz C180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 12000 manat pulun, "xxxx"da onun adına olan 16000 manat pulun, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilmiş 25000 manat məbləğində pulun, birgə nikah dövründə topladıqları 10000 (on min) ABŞ dolları məbləğində vəsaitin, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 7000 ABŞ dollarına aldıqları qarajın dəyərinin aralarında bölgüsü və onun payının 2/3 hissədə, cavabdehin payının 1/3 hissədə müəyyən edilməsi, ona məxsus olan qızıl-zinət əşyalarının: 750 əyarlı 11 qr çəkidə olan 1200 manat dəyərində üzük-sırğa komplektinin, 26 qram çəkidə dəyəri 2200 manat olan qızıl bilərzik və boyunbağının, yataq mebeli dəstinin (şifoner, taxt, termo, 2 ədəd tumba)-3500 manat, göy çay servisi-150 manat, kofe üçün servis ağ-qızılı güllü-50 manat, yemək üçün servis-göy madonna şəkilli-300 manat, qonaq və yataq otağı pərdələri-250 manat, yataq dəstləri 3 ədəd-100 manat, qaşıq nabor dəstləri (çemodanda)-200 manat, 5 ədəd yay köynəkləri-100 manat, əl-üz dəsmalları və məhrəbalar-80 manat, 6 ədəd qış köynəkləri-150 manat, 2 yubka və 3 ədəd şalvar-130 manat və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, birgə nikahlarından 23.12.2007-ci il təvəllüdlü X10 və 19.03.2012-ci il təvəllüdlü X8 adında iki uşaqları dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən tərəflərin birgə yaşamaları baş tutmamış, bu səbəbdən İddiaçı nikahın pozulması tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 dekabr 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 05.06.2020-ci il tarixdən başlayaraq 23 dekabr 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə olduqları zaman cavabdehin adına "xxxx" ASC-də 15000 manat məbləğində pul vəsaiti qoymuşlar, həmin pul məbləği birgə əmlak hesab olunur və yarı bölünməlidir. Bundan əlavə, ünvan 2 ünvanında, cavabdehin valideyninə məxsus torpaq sahəsində ev tikilən zaman iddiaçı evin tikintisi üçün 20000 manat xərc qoymuşdur. İddiaçının iddia ərizəsində və dəqiqləşdirmə ərizəsində qeyd etdiyi şəxsi əşyalar həmin evdədir. Eyni zamanda, iddiaçı birgə nikahda olduqları zaman cavabdehə qohumlarına yardım etmək məqsədi ilə 4500 manat məbləğində borc pul vermişdir. Onu da qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan həmin əmlakların bölünməsi barədə iddiaçı ilə cavabdeh arasında hər hansı razılıq əldə olunmamışdır. Bundan əlavə, iddia ərizəsində qeyd olunan şəxsi əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını, həmin əşyalar aşkar edilmədikdə onların ümumi dəyəri olan 7550 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş edir. Ona görə də ilk iddia tələbini tam müdafiə edir. Qarşılıqlı iddiaya isə etiraz edərək bildirir ki, “Mercedes-Benz C180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil 1994-cü il buraxılışlıdır, İddiaçı həmin avtomobili 6000 manata almış və X12 ərazisində yerləşən evin tikintisi zamanı əlavə pul lazım olduğu üçün 5000 manata satmışdır, yəni avtomobilin satışından 12000 manat pulun əldə edilməsi yalandır. İddiaçı "xxxx" ASC-də öz adına olan 16000 manat məbləğində pulu müqavilə müddətinin bitməsindən əvvəl, yəni 13 aprel 2020-ci il tarixdə götürmüş və X12 ərazisində yerləşən evin tikintisinə xərcləmişdir. Həmin evin tikintisinə 25000 manat deyil, 20000 manat xərc çəkilmişdir. Qarşı tərəfin qeyd etdiyi birgə nikah dövründə toplanan 10000 ABŞ dolları məbləğində vəsait barədə məlumat tamamilə yalandır, iddiaçı bildirir ki, bütün pulları bankda olmuşdur. Həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki qaraj iddiaçının mülkiyyətində olmamaqla iddiaçı tərəfindən sadəcə istifadə edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 17 saylı binanın 19 saylı mənzili iddiaçının valideynlərinə məxsusdur, Cavabdeh İddiaçı ilə ailə həyatı qurduqdan sonra 2007-ci ildə 3-4 ay müddətində sözügedən mənzildə yaşamış, sonra həmin mənzildən çıxaraq ünvan 1 ünvanında tikilən evə köçmüşdür, həmin vaxtdan Qaradağda yaşamır, buna görə də cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi əşyalar iddiaçının valideynlərinə məxsus mənzildə deyildir. Qeyd olunanlara əsasən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh oğlu izahat verərək bildirdi ki, həqiqətən o, İddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 dekabr 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 05.06.2020-ci il tarixdən başlayaraq 23 dekabr 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Onunla qarşı tərəf arasında münasibətlər 2019-cu ilin dekabr ayından pozulmuş, həmin vaxtdan birgə yaşamamışlar. İlk iddia üzrə iddiaçı birgə nikah dövründə "xxxx" QSC-nə onun adına qoyulmuş 15000 manat pulu bankdan çıxararaq verməyi dəfələrlə tələb etmiş, ona hədə-qorxu gəlmiş, o da uşaqların və özünün rahatlığı üçün 2020-ci ilin iyun ayında bankdan həmin pulu çıxararaq ona vermişdir. İlk iddia ərizəsində qeyd olunan evə münasibətdə bildirir ki, ünvan 1 ünvanında tikilən ev onun atasına məxsusdur, həmin evdə bütün təmir işləri onun atası tərəfindən aparılmış, onlar ev üçün hər hansı vəsait sərf etməmişlər. İddiaçının guya ona verdiyi 4500 manat borc məsələsi tamamilə yalandır. Bundan əlavə, qarşı tərəflə birgə nikahda olduqları vaxt qarşı tərəfin adına "xxxx" QSC-nə 04.06.2019-cu ildə 24 may 2021-ci ildə qaytarmaq şərti ilə 2 il müddətinə 16000 manat məbləğində depozitə pul qoyulmuşdur, həmin pul İddiaçı ilə onun birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunur. İddiaçı ilə birgə nikah dövründə 12.10.2017-ci il tarixdə “Mercedes-Benz C180” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar və Baş X17 İdarəsinin 08.06.2020-ci il tarixli məktubundan həmin avtomobilin 02.05.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında dostu X2 adına rəsmiləşdirildiyi məlum olmuşdur. Onun bu alış-verişdən xəbəri olmamışdır, İddiaçı hazırda da həmin avtomobili etibarnamə əsasında idarə edir. Hesab edir ki, maşının satışından əldə edilmiş pul vəsaiti aralarında bölünməlidir. Birgə nikah dövründə Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.10.2014-cü il tarixində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində birgə vəsait hesabına 3 otaqlı həyət evi tikmişlər və bu məqsədlə 25000 manat məbləğində vəsait sərf etmişlər. Bundan başqa, birgə nikah dövründə topladıqları 10 (on min) ABŞ dolları məbləğində pul vəsaiti də İddiaçı olmuşdur ki, həmin vəsait də ümumi əmlak sayılır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 17 saylı binanın 19 saylı mənzilinə istifadə hüququ 2007-ci ildə yaranmışdır. O, həmin mənzilə köçdükdən sonra əşyalarını da oraya aparmışdır. Sözügedən mənzildə bir müddət yaşadıqdan sonra qaynanası ilə aralarında mübahisə olmuş, həmin mənzildən qovulmuş, qısa bir müddət sonra yenidən həmin mənzilə qayıtmış, 2013-cü ilədək orada yaşamışdır. Onun İddiaçı tələb etdiyi qızıl zinət əşyaları, cehiz əmlakları və şəxsi geyim əşyaları orada qalmış, hələ də ona qaytarılmamışdır. Bir müddət əvvəl həmin evə köçmüşdür, lakin əşyalar evdə yoxdur. Bundan başqa birgə nikah dövründə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2009-cu ildə 7000 ABŞ dolları dəyərində maşın qarajı almışlar. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 500 manat dəyərində 1 maşın kərpici gəlib götürməsinə heç bir etirazı yoxdur. Əlavə olaraq bildirir ki, ünvan 1 ünvanında (hazırda Neftçi küçəsi 18 ünvanında) yerləşən fərdi yaşayış evi atası tərəfindən tikilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, atasının xüsusi mülkiyyətindədir. Əhməd həmin evin tikintisinə heç bir xərc qoymamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi əşyalardan mətbəx mebeli, televizor, yataq mebeli özünündür. İddiaçı 3 ədəd paltaryuyan maşın qeyd etsə də, evdə cəmi 1 ədəd işləməyən İNDESİT markalı paltaryuyan maşın ona aiddir. Soyuducunun sayı 1 ədəddir, soyuducu, 1 ədəd iran peçi, duxovka, mikrodalğalı soba, ətçəkən maşın özünündür. Qeyd etdiyi əşyalar öz cehiz əşyalarıdır. Şirəçəkən maşın isə iddiaçınındır, 1 ədəd kondisioneri isə həqiqətən birlikdə almışlar. Qeyd olunanlara əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin "Sumqayıt” filialı tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ərizədən və köçürmə orderi-əmanətə yatırımdan görünür ki, İddiaçı 16000 (on altı min) AZN məbləğinə dair 04.06.2019-cu il tarixdən 24.05.2021-ci il tarixədək illik 12 faiz dərəcəsi ilə müddətli əmanət hesabı açdırmışdır. İş materiallarında olan "xxxx" QSC-nin "Sumqayıt” filialı tərəfindən verilmiş 06.05.2019-cu il tarixli ərizədən və köçürmə orderi-əmanətə yatırımdan görünür ki, Cavabdeh 15000 (on beş min) AZN məbləğinə dair 06.05.2019-cu il tarixdən 06.11.2020-ci il tarixədək illik 12 faiz dərəcəsi ilə müddətli əmanət hesabı açdırmışdır. İş materiallarında olan BDYPİ-nin çıxarışından görünür ki, “MERCEDES BENZ C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.05.2020-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı dəyişdirilmədən X2 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 4 ünvanlanmış 08.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı adına 12.10.2017-ci il tarixdə “MERCEDES BENZ C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 02.05.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən ünvan 6 ünvanında qeydiyyatda olan X2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 7 ünvanlanmış 18.05.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.10.2014-cü il tarixdə **********50 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 35 saylı notariat kontorunda təsdiq edilmiş 27.09.2014-cü il tarixli 3M/01- 126 reyestr nömrəli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən). Həmin icarə torpaq sahəsinə 28.04.2020-ci il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən İddiaçı adına arayış verilmişdir. Həmin icarə torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. Azərbaycan Respublikası ərazisində İddiaçı adına digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 dekabr 2007ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 05.06.2020-ci il tarixdən başlayaraq 23 dekabr 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir, bu barədə 684 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində **********50 nömrəsi ilə 18.10.2014-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/4752 nömrəli ekspert rəyindən görünür ki, “Mersedes Benz C180” minik markalı, 1994-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2020-ci ilin may ayına orta bazar dəyəri təxminən 7000 manat müəyyən olunur. İş materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 17 saylı arayışdan görünür ki, X10 həqiqətən 3-cü sinifdən Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə təhsil alır və hal-hazırda məktəbin 7d sinfində oxuyur. İş materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 18 saylı arayışdan görünür ki, X8 həqiqətən 1ci sinifdən Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə təhsil alır və hal-hazırda məktəbin 3ç sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18-də yerləşən fərdi yaşayış evinin sahibi X7r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 xüsusi mülkiyyətindədir və bu barədə 41 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 10.02.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/19598 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Neftçi küçəsi 18 saylı evin 09.02.2021-ci il tarixinə bazar dəyəri 33000 (otuz üç min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 10/1183 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikilməsinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 20466,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara və ekspert rəylərinə əsasən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 30 mart 2007-ci ildə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə banka İddiaçı adına 16 min manat, Cavabdeh adına 15 min manat əmanətin qoyulması, habelə “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi, münasibətlər pozulduqdan sonra həmin əmanətlərin hesab sahibləri tərəfindən çıxarılması, avtomobilin özgəninkiləşdirilməsi, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində evin inşa edilməsi tərəflər arasında mübahisəsizdir. Bundan əlavə, ilk iddia üzrə 700 manat dəyərində LG markalı kondisionerin birgə əldə edildiyi, 1 ədəd 150 manat dəyərində şirəçəkənin, 1 ədəd İNDESİT markalı paltaryuyanın, 500 manat dəyərində bir maşın kərpicin iddiaçıya məxsus olduğu cavabdehin etirafı ilə təsdiq olunur. Buna baxmayaraq, ilk iddia üzrə 4500 manat borcun verilməsi, habelə digər şəxsi əşyaların iddiaçıya məxsusluğu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsində mövcud evin başqa şəxsin mülkiyyətində olması səbəbindən həmin evin tikintisinə çəkilmiş xərcin bölünməsi tələbinin cavabdehə qarşı irəli sürülməsi əsassızdır. Qeyd olunanlara əsasən, ilk iddia birgə nikah dövründə Cavabdeh Qulu qızının adına banka qoyulmuş 15000 manat pulun yarısını təşkil edən 7500 manat pulun, bir ədəd LG markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 manat pulun, habelə 1 ədəd İNDESİT markalı paltaryuyanın, 1 ədəd 150 manat dəyərində şirəçəkənin, 500 manat dəyərində 1 maşın kərpicin özünün və ya dəyərinin cavabdehdən tutulması hissəsində əsaslı, qalan hissədə əsassız hesab olunmalıdır. Digər tərəfdən, qarşılıqlı iddia üzrə tələb edilən 10 min ABŞ dolları vəsaitin, qızıl-zinət və cehiz əşyalarının mövcudluğu, hazırda iddiaçı tərəfdə olması, habelə birgə nikah dövründə 7000 ABŞ dolları dəyərində qarajın əldə edilməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia ekspert rəyləri nəzərə alınmaqla, tərəflərin birgə nikah dövründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövdə dəyərinin yarısını təşkil edən 3500 manat pulun, habelə İddiaçı adına banka qoyulmuş 16000 manat pulun yarısını təşkil edən 8000 manat pulun, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10233 manat pulun İddiaçı tutulması hissəsində əsaslı, qalan hissədə əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri yuxarıda göstərilən qaydada qismən təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumları ilə bağlı hesab edir ki, dövlət rüsumları ilə bağlı tələblər ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, ekspertiza xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Birgə nikah dövründə Cavabdeh adına banka qoyulmuş 15000 (on beş min) manat pulun yarısını təşkil edən 7500 (yeddi min beş yüz) manat pul, bir ədəd LG markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 (üç yüz əlli) manat pul, habelə bir ədəd İNDESİT markalı paltaryuyanın, bir ədəd 150 (yüz əlli) manat dəyərində şirəçəkənin, 500 (beş yüz) manat dəyərində bir maşın kərpicin özü və ya dəyəri, həmçinin ilk iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövdə dəyərinin yarısını təşkil edən 3500 (üç min beş yüz) manat pul, habelə İddiaçı adına banka qoyulmuş 16000 (on altı min) manat pulun yarısını təşkil edən 8000 (səkkiz min) manat pul, X12 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10233 (on min iki yüz otuz üç) manat pul, həmçinin qarşılıqlı iddia ərizəsi üzrə 15 (on beş) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 100 (yüz) manat, Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X3, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-155/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-155/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver