Məhkəmə qərarları › İş №2(002)-1567/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-1567/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-1567/2020 25.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor-MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC Borclu qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Kreditor MMCdən 11 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 1929 manat olan məişət avadanlığı almışdır. Borclunun müqavilə üzrə ödəniş etdikdən sonra kreditora 1435 manat borcu qalmışdır. Borclu Kreditor MMC-dən 11 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 319 manat olan məişət avadanlığı almışdır. Borclunun həmin müqavilə üzrə ödəniş etdikdən sonra kreditora 240 manat borcu qalmışdır. Ona görə də borcludan 1675 manat əsas və 20 manat ödənilmiş dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanılmış 11 fevral 2019cu il tarixli 28K501083 №-li borc müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən dəyəri 1929 manat olan məişət avadanlığı almışdır. Borclunun 1435 manat borcu vardır. 11 fevral 2019-cu il tarixli 28K501085 №-li borc müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən dəyəri 319 manat olan məişət avadanlığı almışdır. Borclunun həmin müqavilə üzrə 240 manat borcu vardır. Ona görə də borcludan 1675 manat əsas və 20 manat ödənilmiş dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Massiv 5, ev 34 ünvanında qeydiyyatda olan Borclu 11 fevral 2019-cu il tarixli 28K501083 №-li müqavilə üzrə yaranmış 1435 (min dörd yüz otuz beş) manat məbləğində əsas borc, 11 fevral 2019-cu il tarixli 28K501085 №-li müqavilə üzrə yaranmış 240 (iki yüz) manat məbləğində əsas borc cəmi 1675 (min altı yüz yetmiş beş) manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar