Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1569/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, T X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.05.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner üçün 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 31.07.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı telefon, HOFFMANN markalı soyuducu üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə,13.11.2018-ci iltarixli müqaviləsinə əsasən, FASİON markalı 2 qapılı dolab, termo-stul, termo, tumba, kompüter masası və çarpayısı, URETAN döşək üçün 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə, 11.02.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı telefon üçün 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə. ümumilikdə 2391 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 24.05.2018-ci il, 31.07.2017ci il, 13.11.2018-ci il və 11.02.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner, İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı telefon, HOFFMANN markalı soyuducu, FASİON markalı 2 qapılı dolab, termo-stul, termo. tumba, kompüter masası və çarpayısı, URETAN döşək, İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı telefon almış və nəticədə 2391 (iki min üç yüz doxsan bir) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 (doqquz yüz on səkkiz) manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 795 (yeddi yüz doxsan beş) manat olmaqla ondan, 612 (altı yüz on iki) manat ödənilməmiş hissə. 183 (yüz səksən üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1346 (min üç yüz qırx altı) manat (18 ay x 73 manat + 32 manat ilkin ödəniş) İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı telefon, HOFFMANN markalı soyuducu üçün ümumilikdə, 97 (doxsan yeddi) manat olmaqla ondan, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3528 (üç min beş yüz iyirmi səkkiz) manat (24 ay x 147 manat + 0 manat ilkin ödəniş) FASİON markalı 2 qapılı dolab, termo-stul, termo, mmba, kompüter masası və çarpayısı, URETAN döşək üçün ümumilikdə, 1139 (min yüz otuz doqquz) manat olmaqla ondan, 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə; Cavabdeh 13.11.2018-ci il tarixli müqaviləsinə əsasən, FASİON markalı 2 qapılı dolab, termo-stul, termo, tumba, URETAN döşək 22.07.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 1615 manat, FASİON markalı kompüter masası və çarpayısı 25.07.2019-cu ilə qədər istifadə etdikdən sonra məhsul 1038 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32 mana+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı telefon üçün ümumilikdə, 360 (üç yüz altmış) manat olmaqla ondan, 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə; Cavabdehin 31.07.2017-ci il və 11.02.2018-ci il tarixli müqavilələr üzrə sonuncu ödəniş tarixi 03.03.2020-ci il və 01.12.2018-ci il tarixi olmaqla cəmi ödədiyi məbləğ 4541 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə və ödəniş cədvəlinin 2-ci və 3-cü bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü, ödəniş cədvəlinin 3-cü və 4-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24.05.2018-ci il tarixli K00151989 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh Nürəddinovna (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı HOFFMANN markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 24.05.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 51 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 24.05.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Nürəddinovna HOFFMANN markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 31.07.2017-ci il tarixli 180029 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh Nürəddinovna (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.07.2017-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 73 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.07.2017-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Nürəddinovna İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 11.02.2018-ci il tarixli 44637 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh Nürəddinovna (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 11.02.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 32 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş 11.02.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Nürəddinovna İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 13.11.2018-ci il tarixli 00372611 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh Nürəddinovna (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı FASİON markalı 2 qapılı dolab, termo-stul, termo, tumba, kompüter masası və çarpayısı, URETAN döşək məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.11.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 24 ay müddətinə, aylıq 147 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.11.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Nürəddinovna markalı 2 qapılı dolab, termo-stul, termo, tumba, kompüter masası və çarpayısı, URETAN döşək məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 19 aprel 2021-ci il üçün maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh Nürəddinovna “xxxx” MMC-yə 24.05.2018-ci il tarixli müqaviləsinə əsasən, 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 31.07.2017-ci il tarixli müqaviləsinə əsasən, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə,13.11.2018-ci iltarixli müqaviləsinə əsasən, 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə, 11.02.2018-ci il tarixli müqaviləsinə əsasən, 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə. ümumilikdə 2391 manat borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələrindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24.05.2018ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində HOFFMANN markalı kondisioener məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 51 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.Həmçinin tərəflər arasında 31.07.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ kodu **********82187 olan HOFFMANN Neo A900 markalı telefon, Hoffman markalı soyuducu məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 73 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 11.02.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ kodu **********94813 olan HOFFMANN X PRO markalı məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 32 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.13.11.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində FASİON markalı 2 qapılı dolab, termo-stul, termo, tumba, kompüter masası və çarpayısı, URETAN döşək məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 24 ay müddətinə, aylıq 147 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən müqavilələr üzrə cərimə borclarının məbləğləri tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 24.05.2018-ci il tarixli müqavilə üzrə 20 manat, 31.07.2017-ci il tarixli müqavilə üzrə 10 manat cərimə, 13.11.2018-ci il tarixli müqavilə üzrə 20 manat cərimə, 11.02.2018-ci il tarixli müqavilə üzrə 10 manat cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.05.2018-ci il tarixli müqavilə üzrə yaranmış 612 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 632 manat məbləğində borc, 31.07.2017-ci il tarixli müqavilə üzrə yaranmış 76 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 86 manat məbləğində borc,13.11.2018-ci il tarixli müqavilə üzrə yaranmış 875 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 895 manat məbləğində borc,11.02.2018-ci il tarixli müqavilə üzrə yaranmış 264 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 274 manat məbləğində borc olmaqla, ümumiliklə 1887 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.05.2018-ci il tarixli müqavilə üzrə yaranmış 612 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 632 manat məbləğində borc, 31.07.2017-ci il tarixli müqavilə üzrə yaranmış 76 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 86 manat məbləğində borc,13.11.2018-ci il tarixli müqavilə üzrə yaranmış 875 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 895 manat məbləğində borc,11.02.2018-ci il tarixli müqavilə üzrə yaranmış 264 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 274 manat məbləğində borc olmaqla, ümumiliklə 1887 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1569/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1569/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver