Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1587/2020 24.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından İddiaçı MMC-nin xeyrinə 161,84 manat əsas, 24,28 manat faizi olmaqla cəmi 186,12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs x1 ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 490 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 40,83 azn ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Ferrum Capital MMC ilə x2 arasında xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı qismində çıxış edən x1 borclu Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 490 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu factor qismində çıxış edən Ferrum Capital MMC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasında bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququ Ferrum Capital MMC-ə keçmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “Ferrum Capital MMC-yə 161,84 manat əsas, 24,28 manat faizi olmaqla cəmi 186,12 manat borcu yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq cavabdehdən İddiaçı MMC-nin xeyrinə 161,84 manat əsas, 24,28 manat faizi olmaqla cəmi 186,12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2019-cu il tarixli RHL-000036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2020-ci il tarixə Ferrum Capital MMC-ə əsas borcu 161.84 manat əsas, 24,28 manat cərimə borcu olmaqla, cəmi borcu 186,12 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli RHL-000036 saylı nisyə alqı-satqı müqaviləsinin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən x1 dəyəri 490 manat olan malı alıcıya verir, alıcı malları qəbul etməklə, həmin malların dəyərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 490 manat dəyərində olan Velosiped malı alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli RHL-000036 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavənin məzmunundan aydın olur ki, alıcı Cavabdeh malın dəyərini 12 ay müddətində hər ay 40,83 manat aylıq ödəniş etməklə , ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin məzmunundan aydın olur ki, iddiaçı cavabdehə xx.xx.2019-ci il tarixli RHL-000036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 186,12 manat borcununun olduğunu, həmin borcu 3 gün müddətində ödəmədikdə, müqavilə üzrə qalıq borcunun vaxtından əvvəl qaytarılması və bununla əlaqədar çəkilmiş xərcin tutulması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışıın məzmunundan aydın olur ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 46 manat məbləğində ödəniş edilmiş, 186.12 manat borcu qalmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli faktorinq müqaviləsinin məzmunundan aydın olur ki, x1 il Ferrum Capital MMC arasında faktoniq müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsaəsn factor borclu barəsində müştərinin borcluya malların satılmaısndan irəli gələn pul vəsaitini veriri, müştəri isə borcluya qarşı pul tələb etmək hüququnu faktora güzəşt edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli R-38\19-0003 saylı Sazişin məzmunundan aydın olur ki, factor qismində Ferrum Capital MMC, müştəri qismində x1, borclu qismində Cavabdeh, güzəş edilən tələb məbləği 490 manat məbləğ qeyd olunmuşdur. Göründüyü kimi tərəflər arasında faktorinq müqaviləsindən və nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 656-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, x1 ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində Velosiped məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 12 ay müddətinə, aylıq 40,83 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alıq-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ferrum Capital MMC ilə x2 arasında xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı qismidnə çıxış edən x1 borclu Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 490 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu factor qismində çıxış edən iddiaçı Ferrum Capital MMC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasından bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan ona keçməsinə dair müvafiq bildiriş cavabdehə göndərilməklə, bu barədə ona məlumat verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müvafiq müqavilə üzrə borc öhdəliyinə dair sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş edilmiş, hazırki vaxta iddiaçı qarşısında həmin borc öhdəliyi üzrə qalıq borcu 161,84 manat əsas borcu, 24.28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 186,12 manat məbləğ təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla, bu hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 20 manat dövlət rüsumu və 0,40 qəpik poçt xərcinin ödənilməsi ilə bağlı xidmət haqqı ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 161,84 manat məbləğində əsas borc, 24,28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 186,12 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq “İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış 161,84 manat məbləğində borc, 24,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 186,12 (yüz səksən altı manat, 12 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu , 0,40 qəpik məbləğində xidmət haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1587/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1587/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver