Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-159/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehd Cavabdeh 4347.71 (dörd min üç yüz qırx yeddi manat yetmiş bir qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 26 iyul 2018-ci ildə "xxxx" ASC-in Gəncə filialı ilə ******* saylı kredit müqaviləsi bağlayaraq 9000 (doqquz min) manat məbləğində kredit almışdır.Həmin kreditin təminatı olaraq onunla həmin tarixdə 1007521/13269 nömrəli zaminlik müqaviləsi bağlanmış və o borclu ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Cavabdeh banka olan borcunun müəyyən bir hissəsini ödəmiş,lakin sonradan ödənişləri dayandırmışdır.Bundan sonra Cavabdeh banka olan borcu onun əmək haqqından tutulmuşdur.Belə ki,Cavabdeh zamin durduğu kredit müqaviləsi üzrə kredit borcu Cavabdeh tərəfindən ödənişlər ödənilmədiyi üçün onun əmək kartından ümumilikdə 3983.26 manat məbləğində vəsait və 364.45 manat icra ödənişi olmaqla,cəmi 4347.71 manat məbləğdə vəsait Cavabdeh kredit borcuna silinmişdir.O dəfələrlə Cavabdeh oölundan ona olan borcunu qaytarmasını tələb etsə də,heç bir nəticəsi olmadı və cavabdeh ona olan borc pulu qaytarmaqdan imtina etdi.O pulunu başqa qaydada ala bilmir.Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki,iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(051)-1931/2019 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı 9000 (doqquz min) manat əsas borc və 1468.34 (bir min dörd yüz altmış səkkiz manat otuz dörd qəpik) manat faiz borcu olmaqla,cəmi 10468.34 (on min dörd yüz altmış səkkiz manat otuz dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçı "xxxx" ASC-ə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18.09.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23.09.2021-ci il tarixli 2308 nömrəli arayışdan görünür ki, İddiaçı 3983.26 manat əsas borc və 364.45 manat icra ödənişi tutularaq Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin hesabına ödəmişdir. İş materialalrında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 05.01.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, birgə borclular İddiaçı və Cavabdeh tələbkar "xxxx" ASC –nin xeyrinə cəmi 10498,34 manat kredit borcu tutulub öədnilməsinə dair işi üzrə borclu İddiaçı əmək haqqından 3983,26 manat əsas borc tutularaq tələbkar bankın hesabına köçürülmüşdür, həmçinin, borclu Abdullayev X1 İcra və Probasiya Şöbəsinin depozit hesabına 364,45 manat icra ödənişi ödmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə "xxxx" ASC arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh oğluna 9000 manat məbləğində kredit verilmişdir.Bundan əlavə öhdəliyin icrasının təminatı qismində "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Həmçinin müqavilənin şərtlərinə əsasən borcalan tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və zamin bu barədə bankdan xəbərdarlıq aldıqdan sonra bank qarşısında həmin öhdəlikləri icra edə bilər, habelə bu halda yerinə yetirdiyi öhdəlik həcmində kreditorun borcalan qarşısında olan hüuqqları əldə etmək hüququna malik olduğu qeyd olunmuşdur (Müqavilənin 2-ci bəndləri). Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zamin qismində çıxış edən iddiaçı tərəfindən cavabdehin bank qarşısında yaranmış 3983,26 manat məbləğində borc öhdəliyi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən, habelə müqavilə şərtlərinə uyğun olaraq zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinnə ödənilməsini reqress qaydasında tələb etmək hüququna malik olmuşdur. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi icra edilmiş borc məbləğinin həddində olan hissədə 3983,26 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş icra ödənişinin geri qayatrılması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən hissdə iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd edilən məbləğdə icra ödənişinin ödənilməsi məhz iddiaçının birgə borclu qismində çıxış etməsi halından irəli gəldiyindən və onun özünə aid xərc kimi çıxış etdiyidən, bu hissədə idida tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3983.26 (üç min doqquz yüz səksən üç) manat 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3983,26 (üç min doqquz yüz səksən üç) manat 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-159/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-159/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver