Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1593/2020 21.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakıilə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə əsasən borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə əsasən borcun qaytarılması» tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Bakı şəhəri, 23 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli, reyestr nömrəsi 3M-157 olan kredit müqaviləsinin şərtlərinə əsasən iddia üzrə Cavabdeh 4410 (dörd min dörd yüz on) manat əsas borc və müqavilə müddəti bitdikdən sonra beş faizlə hesablanmış 532.87 (beş yüz otuz iki manat səksən yeddi qəpik) manat borcu cəmi 4942.87 (dörd min doqquz yüz qırx iki manat səksən yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasınıxahişetmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-ci il tarixdə onunla cavabdeh arasında Bakı şəhəri, 23 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, onun tərəfindən cavabdehə 4410 (dörd min dörd yüz on) manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan həmin borcu eyni məbləğdə xx.xx.2017-ci il tarixinədək 7 ay müddətinə hər ay 630 (altı yüz otuz) manat olmaqla mənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə o, öhdəliklərini tam şəkildə yerinə yetirilsə də, Cavabdeh «kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtda borc öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmidşir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4410 manat məbləğində borc verir. Borc alan krediti xx.xx.2017-ci il tarixinədək 7 ay müddətinə hər ay 630 (altı yüz otuz) manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinəuyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 4410 manat məbləğində pulu cavabdehə borc verməyi, cavabdeh isə xx.xx.2017-ci il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilənin predmeti qismində 4410 manat məbləğində pul vəsaiti təşkil etmiş və cavabdeh həmin pul vəsaitini xx.xx.2017-ci il tarixədək tamamilə və ya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da iş materialları əsasında aydın olur ki, tərəflər aralarında bağladıqları kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz üzərinə götürüdüyü 4410 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin icra edilməsi müddətini dəqiq şəkildə müəyyən etmişlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəlikırinin lazımi qaydada və vaxtında icra edilməməsinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu hada, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəində əsaslı olmaqla təmin eidlməldiir. Həmçinin, məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin eidlməldir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə borc öhdəliyinin son icra müddəti xx.xx.2017-ci il tarix kimi qeyd olunmuşdur. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyini icrasını gecikdirdiyi üçün məhz həmin tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla pul vəsaitinin ödənilməsi tələbini irəli sürmdür. Bu halda, məhkəmə cavabdehin iddiaçı qarşısında 4410 manat məbləğində borc öhədliyinin mövcudluğunu, həmin öhdəliyin icrasının gecikdirildiyi müddətin 2 il 5 ay müddət oduğunu, iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində pul vəsaitini tələb etmək hüququnun olduğunu və qeyd olunan halların aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün pul vəsaitinin tutulması hissəsində də əsaslı olmaqla, təmin eidlməldir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4410 (dörd min dörd yüz on) manat əsas borc və gecidkirilmiş vaxt üçün illik 5 % hesablanmış 532.87 (beş yüz otuz iki manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4942.87 (dörd min doqquz yüz qırx iki manat səksən yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4410 (dörd min dörd yüz on) manat əsas borc və gecikdirilmiş vaxt üçün hesablanmış 532.87 (beş yüz otuz iki manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, cəmi 4942.87 (dörd min doqquz yüz qırx iki manat səksən yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimGülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1593/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1593/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver