Məhkəmə qərarları › İş №2(002)-1601/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1601/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1601/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2006-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, Cavabdeh ilə 02 dekabr 2003cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Yusifli Lamia Vaqif qızı, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Bir müddət mehriban yaşasa da sonradan cavabdehin təqsiri ucbatından aramızdakı münasibətlər pisləmiş birgə yaşamağımız baş tutmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə mənimlə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ Şöbəsində bağlanmış və 638 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü Yusifli Lamiǝ Vaqif qızının, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 mənim yanımda qalmaları, 27 sentyabr 2022-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X10 qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, üç uşağa görə cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi qət edilmişdir.Ötən müddət ərzində nəqliyyatda gediş haqqı, ərzaq məhsullarının və digər malların iymərləri xeyli artmış, hazırki aliment məblği ilə uşaqların madddi təminatının qarşılanmasımümkündeyil.Qeyd edim ki, birgə nikah dövründa Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 5 üvanında yerləşən yarımzirzəmi və mansard da daxil olmaqla 4 mərtəbəli fərdi yaşayış evini inşa etmişlər. Cavabdeh həmin evdə yerləşən ayrı-ayrı giriş-çıxışı olan mənzilləri icarəyə verir və əldə olunan vəsaiti özü üçün xərcləyir. Halbuki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuş 2(002 2928/2022 saylı mülki iş üzrə cavabdeh izahat verərək bildirmişdir ki, “həqiqətən, keçən il birgə yaşadıqları müddətdə ailənin, uşaqların saxlanması üçün ayda təqribən 1500-2000 manat xərcləmişdir. Cavabdeh həmçinin mebel ustası kimi fəaliyyət göstərərək yüksək gəlir əldə edir.Buna baxmayaraq uşaqların saxlanılmasına, təhsil haqqına heç bir köməklik göstərmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hal-hazırda bir uşaq üçün 175 manat olmaqla üç uşaq üçün 575 manat məbləğində aliment alır, lakin bu məbləğ üç uşağın bir aylıq təminatını ödəmir, belə ki, qızı 11-ci sinifdə oxuyur, hazırlıqlara getməlidir, bu özü gəlib 500 manat edir. Cavabdeh isə kifayət qədər maddi imkana malik olduğu halda alimentdən başqa heç bir köməklik etmir. Cavabdeh məhkəmə iclasında isə izahatında bildirir ki, iddianı qəbul etmir, belə ki, halhazırda işləmir, İİ qrup əlildir, alimenti belə borc alıb ödəyir. İmkanı olanda uşaqlarına təyin edilmiş alimentdən də artıq ödəyir. Artıq 4 aydır ki, ayda 600 manat ödəyir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 638 nömrəsi ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, 27 sentyabr 2022-ci il tarixindən başlayaraq 07.11,2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, üç uşağa görə cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİ seriyalı 491179 nömrəli, AZ-İ seriyalı № 935246 nömrəli, AZ-İİİ seriyalı 096657 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X4 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİ seriyalı № 673138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş Azərbaycan Respublikasının Əmık və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Publik hüquqi şəxsinin 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyinə görə 327,21 manat məbləğində əmək pensiyası alır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş Azərbaycan Respublikasının Əmık və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Publik hüquqi şəxsinin 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il arayışından görünür ki, Cavabdeh halhazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin üç övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (üç uşağa görə 575 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 210 manat, üç uşağa görə cəmi 630 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 210(iki yüz on) manat, iki uşağa görə cəmi 630(altı yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar