Məhkəmə qərarları › İş №2(002)-1603/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1603/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1603/2022 05.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunuuun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 05 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 15 oktyabr 2011-ci ildə faktiki nikah münasibətinə daxil olmuşdur. xx.xx.2012-ci il tarixdə X3 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-771/2013 nömrəli, 29 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan olan övladının onun himayəsində qalması, övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2622/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 160 manat müəyyən edilmişdir. Hazırda övladı onunla birlikdə yaşayır. Cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan aliment miqdarı az olduğundan övladının ehtiyaclarını təkbaşına ödəməklə çətinlik çəkir. Uşaq böyüdükcə onun tələbatları da artır. Hər ay uşağın saxlanılmasına 400 manatdan çox pul xərcləyir. İddiaçı hesab edir ki, Cavabdeh birgə nikahdan olan övladının saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği artırılaraq 200 manat tutulmalıdır. Qeyd edilənlənlərə əsasən o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanın Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsinə xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2013-cü il tarixli, 2(005)-771/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə Tərlanbəyli (Talıbova) Şəlalə Malik qızı arasında 15 oktyabr 2011-ci il tarixd Qaradağ rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1165 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 anası Tərlanbəyli (Talıbova) Şəlalə Malik qızının yanında qalması müəyyən edilmiş, 19 mart 2013-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutularaq Tərlanbəyli (Talıbova) Şəlalə Malik qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli, 2(005)-2622/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin cəmiyyətdə “Gəmi gövdəsi quraşdırıcı”sı vəzifəsində çalışır və aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 573 manat təşkil edir. Həmçinin iş materiallarında qeyd olunmuş “Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzi”nin 14 iyun 2022-ci il tarixli 631 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu 222 nömrəli tam orta məktəbə Texnologiya müəllimi vəzifəsində işə qəbul olunmuş və hal-hazırda həmin təhsil müəssisəsində işləyir. Onun hesablanmış aylıq əmək haqqı 866.67 manat, ödənilən əmək haqqı 708.35 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(002)-2622/20149 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh 05 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (əmək haqqının) 1/4 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay sabit pul məbləğində 50 manat olmaqla aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən alimenti sabit pul məbləğində tutulmasını tələb etsə də, ondan alimentin əmək haqqının müəyyən hissəsi miqdarında tutulmasını mümkün edə biləcək iş yeri vardır. Digər tərəfdən aliment cavabdehin yalnız əmək haqqından tutulduğu halda həmin məbləğ gələcəkdə tərəflərin birgə nikahından olan uşağının saxlanılması üçün yetərli məbləğ deyildir. Belə olan halda isə aliment cavabdehin həm əmək haqqından, həm də sabit pul məbləğində tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, Cavabdeh 43.15 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(002)-2622/20149 saylı qətnaməsi ilə alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh 05 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay 50 manat olmaqla sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 43.15 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar