Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1607/2025 14.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pulun dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Muradov X2 Rayon Məhkəmısinin 1(008)- 598/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə böyük icra məmuru N.Abuzərov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin, cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayon, Ramana qəsəbəsi, Südcülük sovxozunda yerləşən yataqxanada yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun yararsız hala salındığı müəyyən edilmişdir. Məhkum Cavabdeh yazdığı izahatında mobil nəzarət qurğusunun suya düşdüyünü qeyd etmişdir. Evrodizayn QSCnin rəyinə əsasən, mobil qurğunun istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə yararsız hala salındığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəflərndən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, ona qarşı irəli sürülən iddia tələbi ilə razıdır. Belə ki, həqiqətən ona verilmiş elektron nəzarət qurğusu yararsız hala düşmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-598/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ilə söhbət aparılmış, azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri, ümumi qaydalar və məsuliyyəti ona izah olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh təhkim edilmiş Attenti (şans) markalı mobil qurğu, mobil qurğunun enerji adapteri, sadə elektron qolbağı, elektron nəzarət vasitəsinin qutusu onun tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokolların surətlərindən görünür ki, sadə elektron qolbaq və elektron nəzarət vasitəsi məhkum Cavabdeh təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı nəzərinə çatdırılmışdır. İş materiallarında olan “Attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışının surətindən görünür ki, “Attenti” markalı ağıllı elektron qaydada qolbağın (sadə elektron qolbaq-1, mobil nəzarət qurğusu-1 ədəd, elektrik adapteri-1 ədəd, lipsa-1 cüt, proqram lisenziyası-1 ədəd) dəyəri 2277,4 manat təşkil edir. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Cavabdeh təhvil alınmış Attenti V6 (seriya nömrəsi ********) mobil qurğusu istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə nasaz vəziyyətə salınmışdır, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır. İş materiallarında olan elektron nəzarət vasitəsinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilərkən mobil nəzarət qurğusunun yararsız hala salındığı müəyyən edilmişdir. İş materiallarında olan məhkum Cavabdeh xx.xx.2024-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, istifadəsində olan elektron nəzarət qurğusunun yararsız vəziyyətə düşdüyünü, komplektin dəyərinin ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Cavabdeh məhkəmə hökmünə əsasən cəza çəkdiyi müddət ərzində ona tətbiq edilmiş elektron nəzarət vasitələrini qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, elektron nəzarət vasitələrinin zədələnməsi nəticəsində dövlət büdcəsinə 2277,40 manat məbləğində ziyan vurmuşdur. Ona görə də cavabdehin davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq dövlət nəfinə (adı: X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T: CTREAZ22, adı: Ədliyyə Nazirliyi, hesab: AZ50CTRE**********00088504, VÖEN: **********, təsnifat kodu: 142120, səviyyə kodu 7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1607/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1607/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver