Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-161/2021 14.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13 mart 2013-cü tarixli, HMMK-382 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2300,04 manat, faiz borcuna görə 611,96 manat, dəbbə borcuna görə 228,91 manat, borcun cəmi məbləği 3140,91 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Lakin verilən vaxt ərzində cavabdehin hüquqi varisinin müəyyən edilməsinin mümkün olmadığını bildirdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildrdi ki, zaminlik müqaviləsi üzrə 8 ildən çox müddət keçdiyindən zaminliyə xitam verilməlidir və iddia ona aid hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur.Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 oktyabr 2020-ci il tarixdə verilmiş 05/70- 151/69 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 07 sentyabr 2013-cü il tarixdə Ağcabədi rayonu, Taxta körpü kəndində ölmüşdür. Laçın rayon qeydiyyat şöbəsində ölüm haqqında 15.10.2013-cü il tarixli 103 №li akt qeydi tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə 31.08.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində ölmüş şəxs qeyd edilmişdir ki, vəfat etmiş şəxsə qarşı iddia qaldırılması halı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli 2(002)-2052/2020 saylı qərardadı ilə Cavabdeh2 hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(002)-161 /2021 saylı qərardadı ilə mülki iş üzrə icraatın dayandırılmasından 6 aydan çox müddət keçməsinə baxmayaraq hüquqi varisin müəyyən olunması barədə məhkəməyə heç bir məlumat daxil olmadığından iş üzrə icraat təzələnmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən ilk növbədə müvafiq kredit müqaviləsi üzrə əsas borclu qismində çıxış edən və ölmüş şəxsin vərəsələri müəyyən edilməli, həmin kredit müqaviləsi üzrə borc öhdəliyinin icra edilməsi ölmüş əsas borclu qismində çıxış edən şəxsin vərəsələrindən tələb edilməli, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin qismində çıxış edən şəxsin kreditor qarşısında müvafiq borc öhdəliyi üzrə vərəsələrlə birgə tam maddi məsuliyyət daşıması halı yaranır. İndiki halda isə iddiaçı tərəfindən ölmüş şəxs işə cavabdeh qismində cəlb edilmiş, habelə onun vərəsələri müəyyən edilmədən (vərəsələrin müvafiq borc öhdəliyinin icra edibetməməsi halı müəyyən eidlmədən), müvafiq borc öhdəliyi üzrə zamin qismində çıxış edən şəxsə qarşı müvafiq borc öhdəliyinin icrasının tələb edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Göründüyü kimi, qeyd edilən hallar hazırki mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılmasına maneçilik törədən nöqsanlardır. Lakin iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırlmamışdır. Ona görə də məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, iddia ərziəsinin baxılmamış saxlanmasına əsas olan hallar aradan qalxdıqdan sonra müvafiq iddia tələbi ilə yenidən məhkəməyə mürciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-161/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-161/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver