Məhkəmə qərarları › İş №2(002)-1619/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1619/2022

29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1619/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" ASC və "xxxx" Sığorta Şirkəti ASC maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «vurulmuş zərərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ("xxxx" ASC və "xxxx" Sığorta Şirkəti ASC maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «vurulmuş zərərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, idarə etdiyi «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus «Ford-Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində vurulmuş 10.420 manat məbləğində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə maraqlı tərəf olan "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində ona vurulmuş zərərin bir qisminin – 5.000 manatın ödənildiyini bildirirək, Cavabdeh tərəfindən, idarə etdiyi «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus «Ford-Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində vurulmuş 5.420 manat məbləğində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh tərəfindən "xxxx" SŞ ASC-də sığorta olunmuş, "xxxx" MMC-nin mülkiyyətində olan, **********H0594839 mühərrik nömrəli, XTA**********29276NVAW01HHFME323221 ban nömrəli, 2021-ci il buraxılışlı, sedan tipli, «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində, Bakı-Qazax yolunun 53-cü km.-də avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozaraq ona məxsus, JL286493 mühərrik nömrəli, 1FADP3FE8JL286493 ban nömrəli, 2018-ci il buraxılışlı, sedan tipli, «Ford-Focus» markalı, ağ rəngli, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Toqquşma nəticəsində avtomobilə ciddi xəsarətlər yetirilməklə, ona xüsusilə külli miqdarda zərər vurulmuşdur. «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. DİN BDPİ PXA Vİ Tağım PX-nin xx.xx.2022-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoluna uyğun olaraq, Cavabdeh tərəfindən, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində, Bakı-Qazax yolunun 53-cü km.də hərəkətdə olarkən manevr qaydalarını pozaraq, ona məxsus «Ford-Focus» markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayındığından, onun hərəkətləri Azərbaycan Respublikası İXM-nin 332.3, 332.1, 327.6 və 332.4-cü maddələri ilə qiymətləndirilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(002)-473/2022 saylı qərarına əsasən, təqsirləndirilən Cavabdeh tərəfindən, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, «Khazar SD» markalı, qara rəngli, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində Bakı-Qazax yolunun 53-cü km.-də hərəkətdə olarkən manevr qaydalarını pozaraq, ona məxsus «Ford-Focus» markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. "xxxx"nun 209 saylı qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində ona 10.420 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, maraqlı şəxslər "xxxx" ASC-yə və "xxxx" Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Ford-Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı "xxxx" ASC ilə icbari sığorta müqaviləsi bağlamışdır. Cavabdeh 26 mart 2022-ci il tarixdə saat 18:20 radələrində Bakı-Qazax yolunun 53cü kilometrində etibarnamə olmadan idarə etdiyi «Khazar SD» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozmuş, nəticədə idarəetməni itirib qarşıdan gələn «Ford Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və hadisə yerindən yayınmışdır. Qeyd olunan hadisə ilə bağlı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 18 aprel 2022-ci il tarixdə AP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 3(002)- 473/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-tərəfindən verilmiş qüsur aktından görünür ki, «Ford-Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün lazım olan detalların alınmasına və zəhmət haqqının ödənilməsinə cəmi 10.420 manat vəsait tələb olunur. Məhkəmə mülki işə obyektiv, hərtərəfli və tam şəkildə baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/6037 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2018-ci il buraxılışlı «Ford Focus» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 10.020 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Cavabdeh qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5.020 manat pul vəsaiti və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği 10.420 manat deyil, obyektiv qiymətləndirməyə görə 10.020 manat təşkil edir. Sığorta şirkəti tərəfindən ödənilmiş 5.000 manat pul vəsaiti nəzərə alındıqda, iddiaçıya ödənilməli məbləğ 5.020 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5.020 manat pul vəsaiti və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar