Məhkəmə qərarları › İş №2(002)-165/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-165/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-165/2021 12.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Şöbəsi Cavabdeh oğluna qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şöbəsi Cavabdeh oğluna qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 1346(min üç yüz qırx altı) manat, 03(üç) qəpik məbləğində pulun alınaraq dövlət büdcəsinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Cavadov X2 rayon məhkəməsinin 1(002)-262 saylı,xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Hökmün icrası İddiaçı şöbəsinə həvalə edilmişdir.Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2017-cu il tarixdə İddiaçı şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır.Bundan sonra xx.xx.2018-ci il tarixdə şöbənin probsiya üzrə böyük icra məmuru X1, icra məmuru X4, məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları,hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi,habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adapter məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir.Bu nəzarət avadanlılarınm istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir.Bundan sonra məhkumla şifahi söbət zamanı mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi tələb olunmuş, lakin məhkum maddi ziyanın ödəmədiyəcəyini bildirmişdir. Məhkuma mobil qurğunun ödənilməsi ilə bağlı bildirş vermək istəsəkdə məhkum bilirişi götürməmiş, işini məhkəməyə verilməsini istəmiş və sözünü orda deyəcəyini bildirmişdir.Mobil qurğuya tərəfimizdən baxış keçirilmiş nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir.Tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır.Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəməyəcəyini bildirmişdir.Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. AR Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2021-ci il tarixində ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə təqdim edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon məhkəməsinin 1(002)-262 saylı,xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03(üç)il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsi,Cavabdeh xx xxxxx 2018-ci il tarixdən həbsdə saxlandığı 05 (beş) ay 04 (dörd) gün nəzərə alınmaqla CM-nın 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hökmlə təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh barəsindən seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi,məhkum məhkəmə zalından dərhal həbsdən azad edilməsi, Cavabdeh üzərinə yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi 34 saylı evin 4 saylı mənzilini hər gün gecə saat 24:00-dan növbəti gün səhər 06:00-dək,habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Qaradağ rayon 1(002)-262/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü icra edilməsi üçün xx.xx.2018-ci il tarixli hökmün icrası barədə göstəriş Qaradağ rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuş və xx.xx.2018-ci il tarixdə hökmün icrası barədə göstəriş icraata qəbul edilmişdir xx.xx.2018-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzasının icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh izahatında ona verilən suallara cavab olaraq, Qaradağ rayon məhkəməsinin 1(002)-262 saylı,xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, yaşayış yerini hər gün gecə saat 24:00-dan növbəti gün səhər 06:00-dək,habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulduğunu bildirmiş,və icra məmurunun çağırışlarına vaxtıvaxtında gəlməli olduğununun ona İddiaçı Şöbəsinin icra məmuru tərəfindən izah edildiyini təsdiqləmişdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli böyük icra məmuru Ruhiyyə Məmmədova,icra məmuru Emin Kərimov,icra məmuru Qafil Qasımov və hal şahidi Anar Mehdiyev tərəfindən tərtib edilmiş Aktın məzmunundan görünür ki Cavabdeh təhvil verilmişbir ədəd mobil nəzarət qurğusunun ekran şüşəsi sındırılmış vəzyyətdə və bir ədəd elektron qolbaq kənar müdaxilə nəticəsində sındırıldığı üçün təhvil götürüldü. Eyni zamanda bu nəzrət elektron vasitəsinə aid olan enerji doldurucusu da təhvil götürüldü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli böyük icra məmuru Ruhiyyə Məmmədova,icra məmuru Emin Kərimov,icra məmuru Qafil Qasımov və hal şahidi Anar Mehdiyev tərəfindən tərtib edilmiş Aktın məzmunundan görünür ki,Qaradağ rayon məhkəməsinin 1(002)-262 saylı,xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı Şöbəsinə dəvət olunaraq, icra məmuru məhkumdan cəzanın icrası ilə bağlı ona verilmiş elektron qolbağı bilərəkdən qəsdən sındırmasının səbəblərini soruşanda məhkum bu barədə izahat verməkdən imtina etdiyini bildirərək, işinin məhkəməyə verilməsini tələb etmişdir.İcra məmuru Cavabdeh bu halın 4-cü dəfə təkrarlandığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı şöbəsinin Cavabdeh xx xxxx 2019-cu il tarixdə ünvanlamış bildirişin surətindən görünür ki, şöbənin böyük icra məmuru (probasiya üzrə) Ruhiyyə Məmmədova Cavabdeh mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli 9/611-3/262-5/107 saylı rəyindən görünür ki, tədqiq edilən bir ədəd mobil nəzarət qurğusunun ekranın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır.Mobil nəzarət qurğusunun ekranın üzərində olan zədələr bərk predmetin təsirindən yaranmağa xarakterik çatlama zədələridir. Aparılmış tədqiqatın dəyəri 220 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunu zədələməklə, onu tamamilə yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh oğlu onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu yararsız vəziyyətə salmaqla, həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq cədvəl tərtib olunmuşdur ki, həmin vasitələrin dəyəri məhz həmin cədvəl əsasında müəyyən olunur. İş materiallarına əlavə edilmiş həmin cədvəldə mobil nəzarət qurğusunun xüsusi proqram təminatının dəyəri 1346.03 manat müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği müəyyən olunarkan həmin hallar nəzərə alınmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan onun barəsində tətbiq olunmuş yararsız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346 manat 03 qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. 220 manat ekspertiza xərci Cavabdeh oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan yararsız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346 (min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. 220 (iki yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh oğluna aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar