Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1655/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 sentyabr 2011-ci il təvəllüdlü X5 və 14 dekabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər bir uşağa 175 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barəsində qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 11 sentyabr 2010-cu il tarixdə nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 27 sentyabr 2011-ci il tarixdə qızları X5 və 14 dekabr 2012-ci il tarixdə digər qızları X6 doğulmuşdur.Münasibətlərinin yaxşı olmasına baxmayaraq cavabdeh onu aldadaraq notariat kontorunda etibarnaməyə imza etdirərək bildirmişdir ki, ipoteka ilə mənzil almaq üçün bunu edir, lakin o sonradan başa düşdü ki, cavabdeh ondan boşanaraq başqa bir qadınla ailə qurmuşdur. Qaradağ Rayon Məhkəməsinin 13 avqusi 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarinda olan nikah pozulmuş və uşaqların İddiaçı yanında qalması qət edilmişdir. Nikahlarının ləğv olunmasına və iddiaçının 2014-cü ildən ailəsini atıb getməsinə baxmayaraq, iddiaçı uşaqlarının saxlanılması üçün heç bir yardım göstərməmiş, öz uşaqları ilə 2014cü ildən bu günə kimi maraqlanmamış, valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün aliment tələb etmişdir. Səbail rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli qətnaməsi ilə cəmi hər iki uşağın saxlanılması üçün 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşağın problemlərini özü və anası köməklik edərək həll etmişdir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən 300 manat kifayət deyil, eləcə də normal qidalanmaları üçün müəyyən məbləğdə vəsait tələb olunur. Özü işləmir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, özünün uşaqları azyaşlı olduğundan heç bir yerdə işləmədiyini, uşaqlarin onunla yaşadığını, cavabdehlə 2014cü ildə boşanma qətnamələrinin çıxdığını, cavabdehin evli olduğunu və kommersiya ilə məşğul olduğunu, uşaqların maddi tələbatlarının çox olduğunu, özü isə heç bir yerdə işləmədiyindən uşaqların tələbatlarının ödənilməsində çətinlik çəkdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 dekabr 2012-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 sentyabr 2011-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 196001 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 16.10.2014-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(002)-1524/2021 saylı qətnaməsinin surətindən görünür ki, 14 dekabr 2012-ci il təvəllüdlü X3 və 27 sentyabr 2011-ci il tarixli X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 16.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 150 (yüz) manat məbləğində olmaqla , cəmi 300 (üç yüz ) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaqları 27 sentyabr 2011-ci il tarix təvəllüdlü X5 və 14 dekabr 2012-ci il tarix təvəllüdlü X6, anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğinin uşaqların günlük artan tələbatlarının ödənilməsinə kifayət etmədiyini əsas gətirərək, belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı uşaqları təkbaşına saxlamaqda, onların böyüdülməsində, maddi tələbatlarının ödənilməsində çətinlik çəkdiyini, özünün uşaqları azyaşlı olduğundan heç biryerdə işləmədiyindən uşaqların tələbatlarının ödənilməsində çətinlik çəkdiyini, təyin edilmiş alimentin məbləğinin isə uşaqların gündəlik artan tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini, onların təhsil, sağlamlıq və digər tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Bu halda, məhkəmə 2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğunu və uşaqların üstün mənafeyini, uşaqların təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, 27 sentyabr 2011-ci il tarix təvəllüdlü X5 və 14 dekabr 2012-ci il tarix təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(002)- 1524/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 175 manat olmaqla , cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 sentyabr 2011-ci il təvəllüdlü X5 və 14 dekabr 2012-ci il tarix təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(002)-1524/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 175 manat olmaqla , cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1655/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1655/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver