Məhkəmə qərarları › İş №2(002)-166/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-166/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-166/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh oğlunun iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 11,988.81(on bir min doqquz yüz səksən səkkiz manat, 81 qəpik)-bundan “7214.36 (yeddi min iki yüz on dörd manat, 36 qəpik) manat əsas, 2,498.38 (iki min dörd yüz ııxsan səkkiz manat, 38 qəpik) manat faiz, 1,226.07 (bir min iki yüz iyirmi altı manat, 7 rəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin İ- 12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,050 (bir min əlli) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Məhəmməd oğlundan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 1411/014 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 13 (on üç) faiz dərəcəsi 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədəcdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.10.09.2021-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 11988,81 manat təşkil edir. Bundan-7214.36 (yeddi min iki yüz on dörd manat, 36 qəpik) manat əsas, 2,498.38 (iki min dörd yüz doxsan səkkiz manat, 38 qəpik) manat faiz, 1,226.07 (bir min iki yüz iyirmi altı manat, 7 rəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin İ- 12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,050 (bir min əlli) manat faiz borcu təşkil edir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, Əqdilki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamınaəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Ölkə başçısının Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər lıaqqmda” 28 fevral 2019-cu il tarilki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdi.Qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin " məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı - müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”.Kredit müqaviləsinin 12-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə 'nərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindənibdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 1-**********6 saylı 11.08.2021 -ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka ; aytanlmasım təmin etməmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri emyetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh indən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında idda tələbinin rədd edilməsini, banka olan borcunun həmin banka qoyulmuş əmanətin məbləğindən silinməsini xahiş etdi. Cavabdeh 26.10.2021-ci il tarixdə iddiaçı banka(Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) və məhkəməyə ünvanladığı ərizələrdə bildirilmişdir ki, onun ləğv prosesində olan İddiaçı ASC-də 04.02.2016-cı il tarixə , yəni sığorta hadisəsinin baş verdiyi günə 25018 manat əmanəti , həmçinin 7388 manat kredit borcu qalmışdı.Kredit borcu çıxılmaqla tələbi 17630 manat qəbul olunmuşdu.Bu barədə onaə müraciəti əsasında bank tərəfindən 24.11.2016-cı il tarixli 02-11/8016-16 saylı məktubla məlumat verilmişdir.Bundan başqa bank tərəfindən aldığı 12.11.2019-cu il və 18.11.2019-cu il tarixli **********352 və **********428 saylı məktublarda tələbin 18735 manat 88 qəpik qəbul olunduğu öz əksini tapmışdır.Həmçinin onunla bağlanmış 24.10.2013-cü il tarixli 20160LM132970001 depozit müqaviləsinə 10.10.2014-cü ildə tərtib olunmuş əlavə JVs 1 müqaviləsinin 2-ci bəndinə əsasən əmanətçi Bank qarşısında 10.10.2014-cü i! tarixli 1411/014 saylı kredit müqaviləsinin şərtləri üzrə öhdəlikləri yerinə yetirmədikdə Banka qeyd - şərtsiz ixtiyar verilir ki, kredit üzrə öhdəliklərin ödənilməsi üçün Əmanətçinin 20160LM132970001 saylı Əmanət Müqaviləsi üzrə olan vəsaiti akseptsiz qaydada kreditin ödənilməsinə silsin.Həmçinin Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun müraciətinə əsasən Bakı Apellyasiya Məhkəməsində kreditor tələblərinin siyahılarının təsdiq edilməsi ilə bağlı 07.08.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında da onun kreditor tələbinin 18735 manat 88 qəpik qəbul olunduğu təsdiq edilmişdir.Bundan başqa Nəsimi Rayon Məhkəməsi haqlı olaraq 03.10.2018-ci il tarixli , 2 (006) - 480/2018 saylı qətnaməsi ilə 17630 manat tələbimin qorunan əmanət kimi qaytarılması üçün onun iddiası təmin etdi , (Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 2.1.2.10-cu maddəsi (bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir) bankın bağlanmasından əvvəl ləğv olunduğu üçün) əmanətinin qorunan əmanət kimi qaytarılması barədə qərar qəbul etdi.Lakin tərəfinizdən əsassız olaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsini ləğv olundu. O,hesab edir ki, hər yeni qəbul olunan qanunlar əvvəlki qanuna münasibətdə vətəndaşların hüquq və mənafelərini müdafiə edirsə o qəbul olunmalıdır.Bank bununla kifayətlənməyərək onavətəndaşa qərəzli münasibət göstərərək Qaradağ Rayon Məhkəməsinə 11988, 81 manat məbləğində məndən tutulması üçün iddia ərizəsi ilə müracit etmişdir.O, bu iddianı tamamilə qəbul etmir. Ona görə ki, əmanət və kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirməyən O, deyil, ləğvedicisi olduğunuz İddiaçıASC-d ir.Həmçinin onun müraciətinə əsasən göndərdiyiniz cavab məktublarında əmanətindən kredit borcu çıxılmaqla yerdə qalan məbləğin tələb kimi qəbul olunması göstərilmişdir.Qeyd olunanları nəzərə almağı və Qaradağ Rayon Məhkəməsinə göndərilmiş **********423 saylı 28.09.2021-ci il tarixli iddia ərizəsinin icrasının dayandırılması və geri qaytarılması və əmanətimin ona ödənilməsi üçün tədbir və köməklik göstərməsini xahiş etmişdir. Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 26.10.2021-ci il tarixli ərizəsinə cavab olaraq təqdim etdiyi mülahizədən görünürki, İddiaçı LPO"xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond" adlanacaq) Cavabdeh qarşı "kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında mülki iş vardır.Cavabdeh X1 Rayon Məhkəməsinə və LPO “Texnikabank" ASC-nin Ləğvedicisi Əmanəthrin Sığortalanması Fonduna müraciət edərək iddia ərizəsinin icrasının dayandırılmasını və geri qaytarılmasın həmçiniın əmanətinin ödənilməsi ilə bağlı tədbir və köməklik göstərməyi xahiş etmişdir.Məlumat üçün bildirmişdir ki,Cavabdeh tərəfindən “Bank Technique ASC-də 24.10.2013-cü il tarixində əmanət yerləşdirilmiş və 1İ.10.2014-cü il tarixində həmin əmanıt girov qoyulmaqla bankdan kredit götürülmüşdür.Bundan sonra, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 10.02.2016-ci il tarixli, 2-1(81)-1541/2016 saylı qaran İlə "xxxx" ASC müflis elan edilmiş- iflas prosesinə başlanılması qərarı alımınş, həmin məhkəmənin 13.04.2016-cı il tarixik 2-1(81)-1541/2016 nömrəli qərardadı -Əmanətlərin Sığortalanması Fondu ləğv prosesi “Texnikabank ASC-nin ləğvedicisi təyin edilmişdir "Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72,1 6-eı maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın öhdəlikləri üzrə faizlərin digər haqların hesablanması dayandırılır, Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.“Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olmuş 2.1.2.10-cu maddəsinə əsasən bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir. Bu səbəbdən Cavabdeh tərəfindən qoyulmuş əmanət qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmayan əmanət hesab edilmiş və müraciəti əsasında 25017.88 manat məbləğində tələb 17.03.2016-cı il tarixində kredit tələbi kimi qeydə alınaraq,kreditorlarının reyestrinə daxil edilmiş, 18735,88 manat əmanət məbləği qəbul edilmiş tələblər siyahısına,6282 manat məbləğ hissəsində isə etiraz edilmiş tələblərə daxil edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibatı-İqtisadi Kollegiyasının 2-1(103)-1109/2019-saylı 07.08.2019-cu il tarixli qərardadı ilə ləğv prosesində olan ' Texnikabank ASC-nin kreditorlarının etiraz edilmiş və qəbul edilmiş tələblərinin siyahıs təsdiK edilərək,Həsən Məhəmməd oğlunun 18735.88 manat məbləğində tələbi təsdiq edilmiş(təminatsız kreditor tələbi), 6282 manat məbləğ hissəsində tələbi rədd edilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir.Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.9-cu maddəsinə əsasən Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir.Həmin Qanunun 82.1.8-ci maddəsinə əsasən, təmiıtatsız kreditorların tələbləri 7ci növbədə ödənilir.Bundan əlavə, Cavabdeh 11.07.2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, kompensasiya məbləğinin ödənilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsi iddianı təmin etmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsi iddiaya ləğv prosesi çərçivəsində baxılmalı olduğu üçün xitam vermisdirQərardad qanuni qüvvəsini almışdır.Banklar haqqında" Azərbaycan Respublikası Qanunun "78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci Maddasinin tələblərinə əməl etmək şərti ilə müflis bankla onun kreditorları arasında öhdəliklərinin əvəzləşdirilməsi aparıla bilər.Qanunun tələbindən göründüyü kimi müştərinin Banka qarşı kreditor tələbi ilə Bank qarşısındakı öhdəliyin (kredit) əvəzləşdirilməsi yalnız kreditor tələbinin ödənilməsi növbəsi çatdıqda mümkündür.Bu səbəbdən, Cavabdeh 18735,88 manat məbləğində təsdiq edilmiş kreditor tələbi -Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10.10.2014-ci il tarixli 1411/014 nömrəli Kredit müqavilənin surətindən görünür ki, Texnikabank ASC- Cavabdeh 48 ay müddətinə illki 13 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.09.2021-ci il tarixinə borcu aşağıdakı kimidir: - Cəmi 11,988.81(on bir min doqquz yüz səksən səkkiz manat, 81qəpik)-bundan-7214.36 (yeddi min iki yüz on dörd manat, 36 qəpik) manat əsas, 2,498.38 (iki min dörd yüz doxsan səkkiz manat, 38 qəpik) manat faiz, 1,226.07 (bir min iki yüz iyirmi altı manat,7qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin İ- 12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,050 (bir min əlli) manat faiz borcu. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10.10.2014-ci il tarixli kassa məxaric orderindən görünür ki, 10.10.2014-ci il tarixdə İddiaçı ASC Cavabdeh hesabına 16740 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Belə ki, iş materiallarında olan 10.10.2014-ci il kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğluna 48 ay müddətinə illik 13 faiz ödəmək şərti ilə 20000 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdü. “Kredit alan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 10.10.2014-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə cəmi 11,988.81 manat bundan-7214.36manat əsas, 2,498.38 manat faiz, 1,226.07 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,050 manat faiz borcu yaranmışdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 10.10.2014-ci il tarixli kredit müqavilə üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7214.36 manat əsas, 2498.38 manat faiz, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,050 manat faiz borcu,cəmi 10862,74 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7214 (yeddi min iki yüz on dörd) manat,36(otuz altı) qəpik əsas, 2498(iki min dörd yüz doxsan səkkiz) manat, 38(otuz səkkiz) qəpik faiz, 100(yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1050(bir min əlli) manat faiz borcu,cəmi 10862(on min səkkiz yüz altmış iki) manat 74(yetmiş dörd) qəpik pul borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar