Məhkəmə qərarları › İş №2(002)-1665/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1665/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1665/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızına qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» İKB ASC ilə Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsinin və xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi üzrə 472 manat 40 qəpik əsas borc, 59 manat 15 qəpik faiz və 6 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 538 manat 13 qəpik; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsi üzrə 1.659 manat 98 qəpik əsas borc, 192 manat 37 qəpik faiz və 17 manat 63 qəpik cərimə olmaqla, ümumilikdə 1.869 manat 98 qəpik; cəmi 2.408 manat 11 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızından İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, rebrendinq həyata keçirildikdən sonra «xxxx» İKB ASC İddiaçı ASC adlandırılmağa başlanmışdır. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızı xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsinə əsasən «xxxx» İKB ASCdən illik 27 faizlə 24 ay müddətinə 600 manat; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 2.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-ci il tarixədək Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızının banka xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi üzrə 472 manat 40 qəpik əsas borc, 59 manat 15 qəpik faiz və 6 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 538 manat 13 qəpik; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsi üzrə 1.659 manat 98 qəpik əsas borc, 192 manat 37 qəpik faiz və 17 manat 63 qəpik cərimə olmaqla, ümumilikdə 1.869 manat 98 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, 22-Y-3-0-393-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızına 24 ay müddətinə illik 27 % ödəmək şərti ilə 600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli, 22-Y-1-0-213-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızına 36 ay müddətinə illik 25 % ödəmək şərti ilə 2.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızının xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi üzrə 472 manat 40 qəpik əsas borc, 59 manat 15 qəpik faiz və 6 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 538 manat 13 qəpik; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsi üzrə 1.659 manat 98 qəpik əsas borc, 192 manat 37 qəpik faiz və 17 manat 63 qəpik cərimə olmaqla, ümumilikdə 1.869 manat 98 qəpik məbləğində borcu olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızı yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-dən kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxx» İKB ASC ilə Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi və xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsi ləğv edilməli, xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393- 19 saylı kredit müqaviləsi üzrə 472 manat 40 qəpik əsas borc, 59 manat 15 qəpik faiz və 6 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 538 manat 13 qəpik; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213- 19 saylı kredit müqaviləsi üzrə 1.659 manat 98 qəpik əsas borc, 192 manat 37 qəpik faiz və 17 manat 63 qəpik cərimə olmaqla, ümumilikdə 1.869 manat 98 qəpik; cəmi 2.408 manat 11 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızından İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» İKB ASC ilə Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi və xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213- 19 saylı kredit müqaviləsi ləğv edilsin. xx xxxx 2019-cu il tarixli, 22-Y-3-0-393-19 saylı kredit müqaviləsi üzrə 472 manat 40 qəpik əsas borc, 59 manat 15 qəpik faiz və 6 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 538 manat 13 qəpik; xx xxxxx 2019-cu il tarixli 22-Y-1-0-213-19 saylı kredit müqaviləsi üzrə 1.659 manat 98 qəpik əsas borc, 192 manat 37 qəpik faiz və 17 manat 63 qəpik cərimə olmaqla, ümumilikdə 1.869 manat 98 qəpik; cəmi 2.408 manat 11 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Mustafayeva (Nuriyeva) Ülkər Çingiz qızından İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar