Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1667/2020 08.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 88 ünvanında yaşayan Cavabdeh ilə dostluq münasibətləri olmuşdur. 2018-ci ilin yaz aylarında cavabdehin təklifi ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37 ünvanı ilə üzbəüz yerləşən “Meduza” kafesini aylıq icarə haqqı 700 manat olmaqla əlyazma müqaviləsi əsasında işlətməyə başlamışlar. Müqavilə Telmanın adma bağlanmışdır. Həmin kafeni icarəyə götürərkən zəruri olan invertarları, əşyaları və digər avadanlıqların alınması üçün xeyli miqdarda pul tələb olunurdu, pulları isə yox idi. Bankdan kredit götürmək məcburiyyətində qalmışlar. Razılaşmalarına əsasən, tələb olunan bütün xərcləri bərabər qoymalı və qazancı da bərabər bölməliydilər. Öz adına xx xxxxx 2018-ci il tarixdə “Kapital” bankdan 3820 manat məbləğində kreditə pul götürmüşdür. Telmanın iş yeri olmadığı üçün onun təklifi ilə onun əvəzinə tanışı, Toğrul Əliyevin adma kreditə pul götürərək Telmana vermişdir. xx xxx 2018- ci il tarixdə “Kapital” bankdan Toğrul Əliyevin adma 4.200 manat məbləğində kreditə pul götürərək kafeyə xərcləmişlər. Bankdan nağd olaraq bizə verilən pulun məbləği 8000 manat olsa da, bank faizləri ilə birlikdə banka olan borcuları 12.000 manat təşkil edir. Kafeni 3 ay işlətdikdən sonra əldə edilən qazancın ikimiz üçün yetərli olmaması səbəbindən qərara gəlmişlər ki, Telman fafeni işlətməyə davam etsin və banka olan hər iki kreditləri aylıq ödəsin. Cavabdeh bir neçə ay bir kredit üzrə ödəniş etsə də sonradan ödəniş etməkdən yayınmışdı. X11 cavabdehin banka olan kredit borcunu ödəmədiyini bildikdən sonra ona etiraz etmiş və aralarında mübahisə yaranmış Telman atama xəsarət yetirmişdir. Cavabdeh krediti ödəmədiyi üçün məcbur qalıb Toğrul Əliyevin adına götürülən kredit borcunu özüm ödəmişdir. Cavabdeh bankdan götürülmüş pulla kafeyə aldığı əşyaları sataraq pulunu mənimsəmişdir. Cavabdeh nə əşyaları nə də ki, banka olan borcu ödəmək istəmir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 9800 manat pulun ona verilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazının onunla əsaslandırmışdır ki, İddiaçı Bahadur oğlu cavabdeh X4 qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələbkar qeyd edir ki, 2018-ci ilin yaz aylarında Cavabdeh təklifi ilə Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37 ünvanı ilə üzbə-üz yerləşən «Meduza » kafesini ayhq icarə haqqı 700 manat olmaqla icarəyə götürüb birlikdə işlətməyə başlamışlar. Həmin vaxtı kafedə zəruri inventar və digər avadanlıqlar olmadığı üçün belə qərara gəlmişlər ki, bankdan kredit götürərək, kafeni zəruri avadanlıqlarla təchiz etsinlər və birgə işlədikləri müddətdə əldə etdikləri qazancın hesabına krediti bağlasınlar.Odur ki, əvvəlcə “ Kapital” bankdan öz adına 3 820 manat, sonra isə Cavabdeh iş yeri olmadığı üçün onun təklifi ilə tanışı Toğrul Əliyevin də adma pul götürmək qərarına gəlib, xx xxx 2018-ci il tarixdə yenə də həmin bankdan 4 200 manat məbləğində pul götürərək, həmin pulları kafeyə xərcləmişlər. Bankdan onlara verilən pullarm ümumi məbləği 8 000 manat təşkil etsə də, bank faizləri ilə borcları ümumilikdə 12 000 manat təşkil etmişdir.Cavabdeh ilə kafeni üç ay müddətində birlikdə işlətdikdən sonra əldə edilən qazancın onların hər ikisi üçün yetərli olmadığı üçün belə qərara gəlmişlər ki, kafeni Cavabdeh özü tək işlətsin və hər iki bank kreditlərinin də ayhq ödənişlərini də ödəsin. Lakin Cavabdeh bir neçə ay banka ödəniş etdikdən sonra ödənişləri etməkdən yayınmağa başladı və elə bu səbəbdən də onların aralarında mübahisə baş vermiş, cavabdeh onun atası Əliyev Bahadura xəsarət yetirmişdir. Bundan sonra, Toğrul Əliyevin adına götürmüş olduqları kredit borcunu öz ödəməyə məcbur olmuşdur. Cavabdeh isə bankdan götürülmüş pulların hesabına kafeyə alınmış avadanlıqları isə satıb mənimsəmişdir.İddiaçı Bahadur oğlu öz ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad edərək, Cavabdeh onun xeyrinə 9 800 manat məbləğində öhdəliklə bağlı, 30 manat isə dövlət rüsumuna görə pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.Lakin aşağıda şərh olunanlara əsasən hesab edirik ki, İddiaçı Bahadur oğlunun iddia tələbinin heç bir hüquqi əsası yoxdur və buna görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.Yuxanda qeyd edildiyi kimi iddiaçı öz tələbini Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad edərək əsaslandırmağa səy göstərmişdir. Lakin şərh olunan maddəyə əsasən öhdəlik bir şəxsin ( borclunun ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkətlər etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və i.a. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Göründüyü kimi, öhdəlik mülki hüququ münasibətlərinin iştirakçıları olan kreditorun və borclunun arasında subyektiv mülki hüquq və vəzifələr yaradır.Həmin Məcəllənin 442-ci maddəsində isə öhdəliyin icra edilməməsi anlayışı şərh edilir və həmin maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır.Lakin Cavabdeh İddiaçı Bahadur oğlunun qarşısında öz üzərinə hər hansı bir öhdəlik götürməsinə dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və görünür o, belə bir imkana da malik deyildir. İstər İddiaçı, istərsə də onun öz ərizəsində qeyd etdiyi Toğrul Əliyev adında başqa bir şəxsin bankdan kredit götürmələri Cavabdeh hər hansı bir şəkildə həmin kreditləri ödəmək öhdəliyini özündə ehtiva etmir. Heç tərəflərin icarəyə götürdükləri kafeyə inventar və digər avadanlıqlar almaq üçün nəinki 8 000 manat məbləğində, hər hansı bir məbləğdə olursa-olsun vəsait xərclənməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qaradağ Rayon Məhkəməsində müxtəlif vaxtlarda tərəflər arasında baxılmış istər cinayət, istərsə də mülki xarakterli işləri nəzərdən keçirdikdə məlum olur ki, İddiaçılə yanaşı, onun valideyni Bahadur Əliyevdə cavabdehə qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Görünür onlar hələ uzun müddət belə vərdişlərdən əl çəkməyəcəklər.Nəhayət, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir.Buna görə də hesab edir ki, İddiaçı Bahadur oğlunun pul tələbi barədə iddiası əsassız hesab edildiyi üçün rədd olunmalıdır. Cavabdehin vəkili məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclaısnda ifadə verərək, ifadəsində hər iki tərəfi tanıdığını, həmin kafenin onun tərəfindən tərəflərə icarəyə veridyini, bunun müqabilində ilki ödəniş kimi 1000 manat pul aldığını, daha sonra 500 manat aldığını, əşyaları aldıqlarını bildiyini, ancaq onlara kimin nəqədər vəsait xərcləməsi barədə heç bir məlumatının olmadığını qeyd edilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni müvafiq xərclərin çəkilməsi müqabilində qeyd olunan məbləğdə pul vəsaitini cavabdehə verməsi, cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıdan alınması və həmin pul vəsaitinin qaytarılmaması hallarını sübut etmək öhdəliyini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə müvafiq əmlakın icarəyə götürülməsi məqsədilə kredit borc götürdüyünü, həmin icarəyə götürülmüş əmlakla bağlı cavabdehlə birlikdə xərc çəkildiyini, əşyalar aldığını, bununla əlaqədar olaraq ümumilikdə cavabdehə 9800 manat məbləğində pul verdiyini, lakin daha sonra cavabdehlə birlikdə işləmədiyindən, həmin məbləğdə pulunun qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən həmin pulun qaytarılmadığını əsas gətirərək, cavabdehə qarşı pulun qaytarılması barədə tələb irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi qeyd olunan halların təsdiq olunmasına dair sübut qismində şahid ifadəsi təqdim edilmişdir. Lakin məhkəmədə tədqiq olunmuş şahid ifadəsinin məzmunundan aydın olur ki, onun tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halları təsdiq etməməklə, iddiaçı tərəfindən cavabdehə 9800 manat məbləğində (icarəyə götürülmüş əmlaka dair xərclərin çəkilməsi müqabilində) pulun verilməsi ilə bağlı heç bir halı təsdiq etməməklə, yalnız ilkin icarə haqqı məbləğinin ödənilməsi halını təsdiq etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi qeyd olunan halların müəyyən eidlməsinə dair başqa heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehin qeyd olunan məbləğdə pul vəsaitini əsassız olaraq əldə etməsi, bunun nəticəsində iddiaçının həmin məbləğdə pul vəsaitindən məhrum olması hallarını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin həra hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanaın vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticsəində səbəbli əlaəqnin olmasına dair halları da müəyyən etmək mümkün olmammışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas gətirərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün başqa digər sübutetmə vasitələrini (sənəd və ya digər şahid ifadələri və sair ) məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X9 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ƏliyevPərvinBahadıroğlununcavabdehƏliyevTelmanFərmanoğlunaqarşı pultələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ƏliyevPərvinBahadıroğlununcavabdehƏliyevTelmanFərmanoğlunaqarşı pultələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1667/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1667/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver