Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1669/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızının, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızının Cavabdeh qarşı alimentin həcminin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızı Cavabdeh qarşı alimentin həcminin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 13.02.2008-ci il təvəllüdlü X7, 02.02.2007-ci il təvəllüdlü X2 və 17.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 23.01.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahlarından 13.02.2008-ci il təvəllüdlü X11, 02.02.2007-ci il təvəllüdlü X8 və 17.05.2012-ci il təvəllüdlü X10 adında üç uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(002)-1489/2020 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı X6 ilə Cavabdeh arasında 23.01.2013-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, 13.02.2008-ci il təvəllüdlü X11, 02.02.2007ci il təvəllüdlü X9 və 17.05.2012-ci il təvəllüdlü X5 iddiaçı X1 yanında və himayəsində saxlanılması, 13.02.2008-ci il təvəllüdlü X7, 02.02.2007-ci il təvəllüdlü X3 və 17.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.11.2020-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə Cavabdeh hər ay bir uşağa görə 100 (yüz) manat, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnaməni tərəflər mübahisələndirməmişdir. Lakin təyin edilmiş aliment məbləği ilə uşaqların getdikcə artan ehtiyaclarını təkbaşına ödəyə bilmir, özü işləmir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, uşaqlara təyin edilmiş alimenti çətinliklə ödəyir. Belə ki, heç yerdə işləmir, cəmi 464 manat məbləğində pensiya alır, başqa hər hansı gəliri və qazancı yoxdur. Eyni zamanda xəstədir, işaxtaran kimi qeydiyyatda olsa da səhhətinə uyğun işlə təmin edilməmişdir, yalnız qazancının yarısı məbləğində alimentin tutulmasına razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(002)-1489/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X6 ilə Cavabdeh arasında 23.01.2013-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, 13.02.2008-ci il təvəllüdlü X11, 02.02.2007-ci il təvəllüdlü X9 və 17.05.2012-ci il təvəllüdlü X5 iddiaçı X1 yanında və himayəsində saxlanılması, 13.02.2008-ci il təvəllüdlü X7, 02.02.2007-ci il təvəllüdlü X3 və 17.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.11.2020-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə Cavabdeh hər ay bir uşağa görə 100 (yüz) manat, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 037733 ssaylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 17.03.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Manaflı Mehranənin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 098587 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 13.02.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Manafov Orxanın atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İ seriyalı, 973355 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02.02.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Manaflı Mehribanın atası Cavabdeh, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 05.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 463,58 manat məbləğində pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Tibb İdarəsinin 1 saylı polklinikası tərəfindən verilmiş 474 saylı, 21.05.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Cavabdeh DİN-in 1 saylı poliklinikasında 26.07.2013-cü ildən fəqərəarası disk yırtığı diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. üç və daha çox uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyəti, iddiaçının işləməməsi, cavabdehin aylıq qazancının məbləği, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, uşaqların əvvəlki təminatının səviyyəsi və 2020-ci ildə təyin edilmiş aliment məbləğini tərəflərin mübahisələndirməməsi, tərəflərin izahatlarında göstərdiyi bütün hallar nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, təyin edilmiş alimentin məbləği qismən artırılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının yarısı məbləğində və əlavə olaraq hər ay hər uşağa görə 30 (otuz) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.05.2021-ci il tarixindən başlayaraq 13.02.2008-ci il təvəllüdlü X7, 02.02.2007-ci il təvəllüdlü X2 və 17.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay qazancının yarısı məbləğində və əlavə olaraq hər ay hər uşağa görə 30 (otuz) manat, üç uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İbrahimova (Manafova) Vüsalə Məhərrəm qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1669/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1669/2021
02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver