Məhkəmə qərarları › İş №2(002)-1681/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1681/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1681/2020 17.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iştirakları ilə Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSCyə qarşı iddia tələbinin zaminə aid hissədə rədd edilməsi və zaminliyin etibarsız hesab edilməsi, öhdəəliklərinə xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı X1 xeyrinə 01R000014157 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 7124.42 ABŞ Dolları məbləğində kredit borcu, 7203.82 ABŞ Dolları məbləğində faiz borcu və 5418.86 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19747 (on doqquz min yeddi yüz qırx yeddi) ABŞ Dolları 10 (on) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)1681\2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ilk iddiaçının ilk iddia tələbindən imtinası qəbul edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı QSC-yə qarşı zaminə aid hissədə rədd edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı “İddiaçı QSC”-nin ona və X2, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2020-ci il tarixli, 2(002)-1681/2020 saylı kredit müqaviləsi üzrə pul tələbinə iddiasının ona aid hissədə rədd edilməsini, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 ilə bağlanmış 17 sentyabr, 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqaviləsinin təminatı kimi onunla İddiaçı QSC arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, İddiaçı QSC qarşısında xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsindən irəli gələn bütün öhdəliklərinə xitam verilməsini, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 ilə bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 01L000002003 saylı kredit xətti müqavilə üzrə öhdəliklərimi ehtiva edən xx xxxxxxxx 2011-ci il tarixli, 01S000004350 saylı zaminlik müqaviləsinin irəli gələrək Azərbaycan Kredit Bürosu MMC-nin məlumat bazasında onun problemli müştəri kimi barəsində qeyd olunan neqativ məlumatların silinməsi barədə öhdəliyin İddiaçı QSC-nin və Azərbaycan Kredit Bürosu MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 ilə İddiaçı QSC (bundan sonra asında xx xxxxxxxx 2009-cu il tarixdə 01L000002003 saylı “kredit xətti müqaviləsi” işdir. Həmin kredit xətti müqaviləsinə görə Bank bu müqavilə üzrə müəyyən edilmiş sasında hissələrlə verilən kreditlər üçün kredit alana 200.000 ABŞ dolları məbləğində kredit açılmışdır. Müqavilənin müddəti 120 ay müəyyən edilmişdir. Qeyd edilən kredit xətti müqaviləsi üzrə Bank ilə kredit alan arasında xx xxxx 2014-cü il kredit razılaşması bağlanmış, kredit alan tərəfindən 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit alan Cavabdeh1 müraciəti əsasında ona zamin durmağa razılıq verərək, Bankın filialına gələrək təklif olunmuş xx xxxxxxxx 2011-ci il tarixli, İ04350 saylı zaminlik müqaviləsini imzalamışdır. Götürülmüş kredit, müqavilə üzrə müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən ona və X2, Cavabdeh4, Mətləb Əbdüləli oğluna və Cavabdeh3 qarşı xx.xx.2020-ci il iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək ümumilikdə 19.747 ABŞ ) sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qəbul edilməsi xahiş olunmuşdur. Bu iddia əsassızdır və ona qarşı hissədə rədd edilməlidir, elə ki, zaminlik müqaviləsinin preambulasında kredit alanın xx xxxxxxxx 2009-cu il tarixli, 02003 saylı kredit xətti müqaviləsinə və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib ilan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icasının təmin edilməsi məqsədi bağlandığı qeyd edilsə də, müqavilənin predmetində və digər əsas şərtlərində öhdəliyimin üəyyən edilməmişdir. Digər tərəfdən Zaminlik müqaviləsində ödənilməsinə təminat verdiyim kreditin hansı faiz ilə verilməsi, aylıq ödənişlər və digər vacib məqamlar (müqavilənin vacib şərtləri) lə heç bir məlumat yoxdur. Halbuki, Mülki Məcəlləyə görə müqavilənin ən vacib şərtləri müqavilənin əsasını təşkil edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, zaminliklə bağlı öhdəliyinə xitam verilməsini, bilmədi imza etmədiyi, xəbəri olmadığı razılaşmalara görə adının qara siyahıya düşdüyünü, bu halın isə onu narahat etdiyini, adının həmin siyahıdan çıxarılmaısnı, öhdəlikıərinə xitam verilməsini istədiyini bildirərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında izahat verərək, qarşılıqlı iddia tələbinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə tərəflə mülki qnaunvericiliyin tələbinə riayət edilməklə zaminlik müqaviləsi bağlanılmışdır, həmin müqvailənin etibarsız hesab eidlməsi üçün heç bir əsas yoxdur, zaminliyə xitam verilməsi məsələsi isə artıq öz həllini tapmışıdr, belə ki artıq əsas borclu borcunu ödədiyindən əsas öhdəliyə xitam verilmişdir, bu halda zaminlik müqviləsindən irəli gələn öhdəliklər də xitam olunmuş olur, qarşılıqlı iddia tələbinin pul tələbinin ona aid edilməsi hissəində də, iddia tələbindən imtian olunduğundan artıq həmin hissədə öz həllini tapmışdır, qarşılıqlı iddia tələbinin müştəri kimi onun barəsində Azərbaycan Kredit Bürosu MMC-də olan neqativ məlumatların silinməsi məsələsi isə məhz həmin MMC-nin səlahiyyətinə aiddir, bundan əlavə həmin öhdəliklərin icrası üzrə əsas borclu tərəfindən öhdəliyin icrasının gecikdirlməsi halı aşkar olduğundan, müştərinin neqativ siyahıya düşməsi halı mümkündür və bu həmin haldan irəli gəlir, bu hal isə mübahisəsiz haldır, bundan əlavə isə öhdəliyə xitam verilməsi artıq həmin müştəri barədə neqativ məlumatların deaktiv olunması üçün əsasdır və artıq müştəri neqativ siyahıda görünməyəcəyini bildirmişdir, bu halların nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Kredit Büroso MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2009-cu il tarixli 01L000002003 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 01R000014157 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 01R000014157 nömrəli kredit razılaşması üzrə aylıq ödənilməli məbləğ 1,629,72 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01S000004350 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh5 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xəttinin məbləği 200000 ABŞ Dolları, kreditin müddəti 120 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh5 borclu ilə eyni məsuliyyət daşımağı və borcun ödənilməsini tələb edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışının məzmunundan görünür ki, Accesbank” QSC-nin müştərisi olan Cavabdeh1 01R000014157 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 7124.42 ABŞ dolları, faiz üzrə borc 7203.82 ABŞ dolları, cərimə borcu 5418.86 ABŞ dolları, cərimə hesablanmış gecikdirilən günlərin sayı 521 gün, cəmi 19747,1 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli Qəraraına əsasən öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir.Belə öhdəliklərin əsas öhdəliyə münasibətdə əlavə öhdəlik olmaq xüsusiyyəti mülki və digər qanunvericilikdə əks olunan bir çox hallarda özünü büruzə verir. Birincisi, əsas öhdəliyin etibarsızlığı onu təmin edən əlavə öhdəliyin etibarsızlığına səbəb olur, əlavə öhdəliyin icrasını təmin etmək barədə razılığın etibarsızlığı isə əsas öhdəliyin etibarlılığına təsir etmir. İkincisi, əlavə öhdəlik kreditorun hüquqlarının digər şəxsə keçəcəyi təqdirdə (məsələn, əsas öhdəlik üzrə tələbin güzəşt edilməsi zamanı) əsas öhdəliyin aqibətini təqib edir. Üçüncüsü, əsas öhdəliyə xitam verilməsi, bir qayda olaraq, əlavə öhdəliyin təmin olunmasına da xitam verir.Zaminlik müqaviləsi əvəzsizdir. Zaminlik müqaviləsinin birtərəfli xarakteri o anlamı ifadə edir ki, bu müqavilə ilə təmin olunan əsas öhdəlik üzrə kreditorun yalnız hüquqları, yəni əvəzində heç bir öhdəlik daşımadan zaminin öhdəliyi icra etməyən borcluya görə məsuliyyət daşımasını tələb etmək hüququ, zaminin isə yalnız öhdəlikləri, yəni əvəzində hər hansı hüquq əldə etmədən borclu tərəfindən təmin olunmalı öhdəliyin tam və ya hissələrlə icra olunmasına görə məsuliyyət daşımaq öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2009-cu il tarixdə kredit xətti müqaviləsi bağlanılmışdır.müvafiq kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsiməqsədilə qarşılıqlı iddia tələbi üzrə iddiaçı ilə qarşılıqlı iddia tələbi üzrə cavabdeh bank arasında xx xxxxxxxx 2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı QSC əsas borclu Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edildiyini əsas gətriərək, iddia tələbindən imtina etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı ilk iddia tələbinin ona aid olan hissəsində rədd edilməsini, onunla bağlanılmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilədən irəli gələn öhdəliklərinə xitam verilməsini, onun problemli müştəri kimi barəsində olan məlumatların silinməsi barədə Azərbaycan Kredit Bürosunun üzərinə öhdəlik qoyulması tələbini irəli sürmüşdür. Məhkəmə qarşılıqlı iddia tələbinin ilk iddia tələbinin ona aid olan hissədə rədd olunması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, ilk iddia tələbi üzrə iddiaçının ilk iddia tələbindən imtina etdiyindən və ilk iddia tələbi üzrə icraata bu əsasla xitam verildiyindən və artıq qarşılıqlı iddia tələbi üzrə iddiaçıya qarşı ilk iddia tələbi üzrə iddiaçının ona qarşı iddia tələbi olmadığından, bu hissədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi bu hiissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin normalarına əsasən hər hansı müqavilənin etibarsız hesab edilməsinə əsas qismində həmin müqavilənin mülki qanunvericiliklə müəyyən eidlmiş şərtləri pozmaqla bağlanılması çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx xxxxxxxx 2011-ci il tarixli zaminlik müqvailəsi məhz hər iki tərəfin öz müstəqil iradə ifadəsinin nəticəsi olmaqla, hər iki tərəf imza etməklə qeyd olunan müqaviləni bağlamışlar. Bu halı hər iki tərəf təsdiq etməklə, qeyd olunan hal işin mübahisəsiz halıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin mülki qanunvericiliklə müəyyən edilmiş şərtləri pozulmaqla bağlanılmaısna dair heç bir hal aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin zaminlik müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, qanunvericiliyin təhlilindən aydın olur ki, zaminlik müqaviləsi üzrə öhdəliklər aksessor öhdəlik olmaqla, əsas öhdəlikdən irəli gəlir. Göründüyü kimi, hazırki iş üzrə də zaminlik müqaviləsi məhz müvafiq kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təminatı qismində çıxış etməklə, əlavə öhdəlikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə iddiaçı əsas borclunun öhdəliklərini icra etdiyindən, ilk iddia tələbindən imtina etmişdir. Bu halda, məhkəmə hesab edir ki, əsas öhdəliyə xitam verilməsi onun icrasını təminatı qismində çıxış edən əlavə öhdəliyin də xitam verilməsinə gətirib çıxardır. Ona görə də, məhkəmə hesab edir ki, əsas öhdəliyə xitam verildiyindən və bu hal da öz növbəsində zaminlik müqaviləsi üzrə öhdəliklərin xitamına səbəb olduğundan, artıq xitam verilmiş bir öhdəliyə yenidən xitam verilməsi zərurəti aradan qalxdığından, qarşılıqlı iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin problemli müştəri kimi onun barəsində olan neqativ məlumatların silinməsi hissəsi ilə bağlı olan hissədə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehin problemli müştəri qismində neqativ məlumatların qeyd olunmasına əsas müvafiq kredit müqaviləsi üzrə əsas öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi səbəb olmuşdur. Bu halda, nəqədər ki müvafiq kredit müqaviləsi və müvafiq zaminlik müqaviləsi qüvvədə olmuş və həmin müqavilələrədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasına dair tərəflərin mülki hüquqi məsuliyyəti mövcud olmuşdur və qarşılıqlı iddia tələbi üzrə iddiaçının barəsində problemli müştəri kimi məlumatların qeyd olunması məhz həmin müqavilə üzrə öhdəliklərin icra eidlməməsinin nəticəsi kimi yaranmışdır, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassız olmaqla təmin eidlməməldir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı iddia tələbinin zaminə aid hissədə rədd edilməsi və ə zaminliyin etibarsız hesab edilməsi, öhdəliklərinə xitam verilməsi tələbinə qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı iddia tələbinin zaminə aid hissədə rədd edilməsi və zaminliyin etibarsız hesab edilməsi, öhdəliklərinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar