Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1682/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Agaqulu oğluna və Cavabdeh6 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Agaqulu oğluna və Cavabdeh6 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Agaqulu oğlundan, Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin 01R000009957 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 3509.55 ABŞ Dolları məbləğində kredit borcu, 4360.09 ABŞ Dolları məbləğində faiz borcu və 2852.42 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2507.74 ABŞ Dolları məbləğində kredit borcu, 3610.29 ABŞ Dolları məbləğində faiz borcu və 2597.34 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19437 (on doqquz min dörd yüz otuz yeddi) ABŞ Dolları 43 (qırx üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi dəftərxana vasitəsilə ərizə verərək, mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əsllərinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında Cavabdeh1 izahat verərək, borcunu tam ödədiyini, bu barədə İddiaçı QSC tərəfindən ona göndərilmiş bank qarşısında kredit öhdəliyinin mövcud olmaması barədə məktubu olduğunu, onun bank qarşısında öhdəliyi mövcu deyildir, bu halların nəzərə alınaraq, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Agaqulu oğluna və Cavabdeh6 qarşı “kredit borcunun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Agaqulu oğluna və Cavabdeh6 qarşı “kredit borcunun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1682/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1682/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver