Məhkəmə qərarları › İş №2(002)-1689/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1689/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1689/2020 21.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı icraata qəbul edilməsi, işə mahiyyəti üzrə baxılmasını, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialının xeyrinə 5750 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından məlum olur ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 1 Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən cavabdehlərin rəsmi yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, mənzil 168 olduğundan hazırkı işə ərazi aidiyyətinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsi və ona əlavə eidlmiş sənədlərdən görünür ki, hazırki işlə əlaqədar iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumununun ödənilməsinə və ya dövlət rüsumunun ödənilməsindən azad olunmasına dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə Mülki prosessual Məcəllənin 152.1.3 və 152.1.5-ci maddələrini tələbinə əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkıməsinin səlahiyyətinə aid olmadığından və qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266- 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar