Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1715/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 193224 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2008-ci il tarixində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur.
2. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ 365239 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2009-cu il tarixində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-675/2022 saylı qətnaməsi ilə, 25 yanvar 2022-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi iki uşağa 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-675/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla iki uşağa cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-675/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün oğlunun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi iki uşağa 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh iki uşağa görə hər ay cəmi 331 manat aliment ödəyir. Hazırda bir uşağın yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdehin ödədiyi alimentin məbləği yaşayış minimumuna uyğun deyildir. Odur ki, alimentin sabit pul məbləğində üçün məhkəməyə müraciət edir.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün “X4” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
7. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini, satıcı işlədiyini, əmək haqqının 200 manat olduğunu, uşaqların məktəbə getdiyini, anası ilə birlikdə müvəqqəti yaşadığını, 100 manat əlavə ilə birlikdə cəmi 331 manat aliment ödənildiyini, cavabdehin hər ay 331 manat aliment ödəsə də bankomatda 300 manat qeyd edildiyini, oradan da pul çəkilən zaman 3 faiz komissiya haqqı tutulduğunu, sonuncu dəfə cavabdehin bu ilin aprel ayında 300 manat aliment ödədiyini, uşaqlardan birinin 13 yaşı olduğunu, alimentin tam olaraq ödənilmədiyini, həm də ödənilən aliment məbləğinin az olduğunu, uşaqların xərclərinin günü-gündən artdığını, alimentin artırılmasını istədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddiaçıdan 2022-ci ildə boşandığını, alimenti boşanmadan qabaq ödəməyə başladığını, alimentin məbləğinin artırılmasına razı olmadığını, özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində saathesabı elektrik montyoru işlədiyini, əmək haqqının 713.94 manat qeyd edilsə də maaşdan 100 manatdan çox vergi tutulduğunu, daha sonra isə avtomatik olaraq 331 manat aliment tutulduğunu, hər ay uşaqlara 331 manat aliment ödədiyini, aliment təyin olunandan əmək haqqında artım olmadığını, gələcəkdə əmək haqqının artacağı təqdirdə alimentin məbləğinin artırılmasına razı olduğunu, ailə və maddi vəziyyətində dəyişiklik olmadığını, yenidən ailə həyatı qurmadığını, iddiaçı tərəfin öz anasının evində uşaqlarla birlikdə yaşadığını, alimentin artırılmasına razı olmadığını, alimentin əmək haqqından hissə kimi ödənildiyi bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası
10. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
“Uşaq hüquqları haqqında” Konvensiya
12. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
13. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
16. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
17. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
19. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
20. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
27. İddia qismən əsaslıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş X1 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi iki uşağa 100 manat sabit pul məbləğində aliment tutulur. İddiaçı uşaqların gündəlik xərcinin artmasını, məktəbdə təhsil almalarını, yaşayış minimumu məbləğinin artmasını əsas götürərək alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla hər ay cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir.
29. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
32. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
33. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında, eyni zamanda cavabdehin öz izahatında bildirdiklərinə əsasən müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişiklik baş verməmişdir. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyərək, heç bir etirazını bildirməmişdir. Məhkəmə onu da qeyd edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşaqların hər gün artan xərcləri, təhsili və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur.
34. Məhkəmə alimentin miqdarına münasibətdə qeyd edir ki, 2023-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir, yəni həmin məbləğ uşağın bir aylıq təminat səviyyəsinin minimal həddini əks etdirir. Məhkəmə uşaqların üstün mənafeyini və onların təminat səviyyəsini əsas götürərək, uşaqların böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini və cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, hazırkı işdə alimentin hər ay ödənilən cəmi məbləğinin 400 manat müəyyən edilməsi aliment ödəyənin maddi vəziyyətinə uyğun olmaqla ədalətli və əsaslı olacaqdır.
35. Məhkəmə göstərilən qərara gələn zaman cavabdehin başqa nikahdan ailəsinin, övladının olmaması, alimentin miqdarının cavabdehin maddi vəziyyətinə təsiri, iddiaçının maddi vəziyyətinin qənaətbəxş olmaması, iddiaçının xəstə anasına baxması kimi işin bütün faktiki hallarını birlikdə qiymətləndirir. Belə ki, elektron məhkəmə informasiya sistemində müvafiq sorğuların nəticəsindən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində elektrik montyoru işləyir, rəsmi əmək haqqısı 713.94 manatdır. Eyni zamanda məhkəmə iddiaçının tələbinin alimentin sabit pul məbləğində tutulması olmasını nəzərə alır.
Məhkəmə xərcləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
38. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
39. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 68 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın qismən təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.
40. Bundan əlavə, iddiaçı mediasiya xərci ilə əlaqədar ödədiyi 50 manatın da cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. İşə əlavə edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir.
42. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi halı hazırkı işdə baş verdiyindən qeyd edilən Qanunun 36.5-ci maddəsinə əsasən, cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcini ona ödəməli və iddia həmin hissədə də təmin edilməlidir.
Nəticə
43. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-675/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay, hər uşağa 200 (iki yüz iyirmi) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Mediasiya ilə bağlı İddiaçı çəkdiyi 50 (əlli) manat xərcin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova