Məhkəmə qərarları › İş №2(002)-172/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-172/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-172/2025 06.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı1, İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda paylara uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “mənzilə istifadə hüququn tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və övladları- İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5nna qaynatasından vərəsəlik yolu ilə keşmiş ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evindən isitfadəsində olan 32 kv.m sahəni çıxmaq şərti ilə yerdə qalan -40 kv.m olan yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi (anası) İddiaçı1 və İddiaçı3 tərəfindən iddia tələbini dəyişdirilmə barədə ərizə verilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara məxsus olan hissədə paylarının naturada ayrılması, bu mümkün olmadıqda paylarına uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını i xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qaynatası X1 məxsus olmuş, o, 1992-ci ildə vəfat etmişdir. Həmin ev vərəsəlik qaydasında on un əri və onun qardaşına, onlardan isə müvafiq olaraq ailə üzvləri kimi o, və övladları və cavabdeh qaynısının oğlu Cavabdeh keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın **********65-10301 saylı reyestr nömrəli çıxarışına əsasən 116,7 kv.m fərdi yaşayış evi və 690 kv.m torpaq sahəsi 34/80 hissədə İddiaçı1, 4/80 hissədə İddiaçı2, 4/80 hissədə İddiaçı3, 4/80 hissədə İddiaçı4, 4/80 hissədə İddiaçı5 və 30/80 hissədə Cavabdeh keçib. Paylı mülkiyyətdə olan ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evinin təxminən 32 kv.m sahəsi onların istifadəsindədir. Digər hissəsi isə cavabdehin istifadəsindədir. Qanunən onun və övladlarının payı 72.93 kv.m-dir, 43,76 kv.m hissəsi isə cavabdehin olmalıdır. Payın çox hissəsinin cavabdehin istifadəsində olmağı onun və övladlarının mülkiyyət hüququnu pozur. Bu səbəbdən o, övladlarına məxsus mülkiyyət payının qalan hissəsinin, yəni onların haqqı olan payın istifadə qaydasının müəyyən edilməsini istəyir. Hazırda Cavabdeh İddiaçı1 qarşı iddia qaldıraraq mülkiyyət payının istifadə qaydasının müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi hakim Qamət Əbilovun icraatındadır. İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı1 əmlakın hərracdan satılmasını və əldə olunmuş məbləğin tərəflər arasında paylarına müətənsib olaraq bölünməasini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uzuzn müddətdir ki, qarşı tərəflə mübahisə predmeti barəsində məhkəmələrdə mübahisələri olmuşdur. Bu vaxta kimi çıxarılan məhkəmə aktları onların arasındakı mübahisəni həll etməmimşdir.İstifadə qaydalarının müəyyən edilməsi barədə iddinı cavabdeh qaldırıb, bu isə mübahisəni həll etməyəcək. Odur ki, cavabdehdən birdəfəlik uzaqlaşmaq üçün iddia təmin olunması barədə qətnamə qəbul olunmalıdr ki, bu məsələ birdəfəlik həll olunsun. İddiaçı3 məhkəmə iclasında izahatında qeyd etdi ki, əmlak açıq hərracdan satlılsın. Yoxsa əks təqdirdə onların davaları daimi davam edəcək, belə ki, bu davalar onlıarın uşaqlarına belə keçəcəkdir.Hər hansı bir cinayət hadisəsi olmasın deyə bu məsələ bitməlidir. Ona görə əmlakın açıq həracdan satılıb paylarına uyğun bölünməsi daha məqsədəmüvafiqdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, əmlak onlara ata babalarından qalmışdır. Əmlakın 30/80-i onun özü, qalan 50/80-i isə qarşı tərəflərin mülkiyyətindədir. Hazırda ekspertiza ilə müəyyən edilmiş qiymət ilə razı deyildir. Həmçinin o özünə əməxsus payın ayrılmasını xahiş edir, qalan-ddiaçılara məxsus sahənin açıq hərraca çıxarılmasını xahiş etdi. Onun digər tərəflərin paylarını almağa maddi imkanları yoxdur.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri aşadıraraq, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən (elektron) Çıxarışın məzmunundan aydın olur ki, ünvan 3-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 116.7 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,069050 ha olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 34/80 hissədə İddiaçı1, 4/80 hissədə İddiaçı2, 4/80 hissədə İddiaçı3, 30/80 hissədə Cavabdeh, 4/80 hissədə İddiaçı4, 4/80 hissədə İddiaçı5 məxsus olmaqla, onların ümumi paylı mülkiyyətindədir, bu hüquq xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-465/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan iddiaçı Cavabdeh aid olan 30/80 hissəsi (iddiaçının faktiki istifadəsində olan tikintialtı sahəsinə düşən 102,82 kv.m olan hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4,60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmaqla, bərpa edilən 155,8 kv.m olan hissəsi olmaqla, cəmi 258,7 kv.m olan hissəsi) naturada bölünməsi və həmin 30/80 hissə (102,82 kv.m +155,8 kv.m. =258,7 kv.m olan hissə) iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-149/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməklə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-465/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, İddiaçı Cavabdeh İddiaçı1 qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbi dair iddiası təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2372/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki ,iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-149/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 10/10226 № li xx.xx.2025-ci tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin paylara uyğun naturada ayrılmasının "AzDTN 2.7-3 Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq "X4 Layihələndirmə Normaları"-nın 5.1 və 5.2. bəndlərinin, eləcə de texniki cəhətdən mümkün deyildir.2-ci sual üzrə:Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin çıxarışa və texniki pasporta uyğun olmayan faktiki vəziyyətdə dəyişiklik edildiyi müəyyən edilmişdir. Həmin dəyişikliklər rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir.3-cü sual üzrə:Bakı şəhəri, Qaradağ rayonu abəsi, Lökbatan Sultanov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin və həmin evine verləşdiyi torpaq sahəsi ilə eynilik təşkil edən torpaq sahələrinin satışına və qiymətinə dair mərkəzdə məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkun olmamışdir.Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 201 saylı rəyindən görünür ki, beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən emək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər ticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri müəyyən edilmişdir.Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 3 ünvanında 0.069050 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 116.7 kv.m-dən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə olan dəyəri aşağıdakı kimi müəyyən edilir:Bazar dəyəri: 184 700 AZN (bir yüz səksən dörd min yeddi yüz manat) Tədqiqatın dəyəri 200 manat təşkil etmiş və İddiaçı1 tərəfindən ödənilmişdir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən (elektron) çıxarışından göründüyü kimi, ünvan 3-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 116.7 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,069050 ha olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 34/80 hissədə İddiaçı1, 4/80 hissədə İddiaçı2, 4/80 hissədə İddiaçı3, 30/80 hissədə Cavabdeh, 4/80 hissədə İddiaçı4, 4/80 hissədə İddiaçı5 məxsus olmaqla, onların ümumi paylı mülkiyyətindədir, bu hüquq xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən edildi ki, əvvələr məhkəmələrin icraatında əmlakın naturada bölgüsü ilə əlaqədar iş olmuş, lakin həmin mülki işdə tərəflər iddiaçı Cavabdeh və cavabdeh İddiaçı1 olmuş, digər mülkiyyətçilər nəzərə alınmamış ona görə də yuxarı instansiya məhkəmələr rayon məhkəməsinin iddianın təmin olunması barədə qətnaməni ləğv etmiş və iddanı rədd etmişlər. Hazırda isə bütün mülkiyyətçilər iddiaçılar qismində iştirak edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara məxsus olan hissədə paylarının naturada ayrılması, bu mümkün olmadıqda paylarına uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh isə iddiaçlılarının payının onun tərəfindən alınması təklifinə qarşılıq olaraq onun imkanın olmadığını, ona görə də iddiaçıların payını istəmədiyini, ancaq əmlakdan özünə düşən payın naturada ayrılıb ona verilməsini və iddiaçıların payının açıq hərracdan satılmasını bildirərək, iddia tələbi razı olmadığını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında başqa bir mülki iş üzrə “istifadə qaydalarının müəyyən edilməsi” ilə əlaqədar yerli baxış keçirərəkən müəyən etmişdir ki, mənzil və onun yerləşdiyi torpaq sahəsi çıxarışa uyğun deyildir. Fərdi yaşayış evi faktiki olaraq iki hissəyə ayrılmış, iddiaçı və cavabdeh arasında istifadə etdiyi sahələr arasında keçid bağlanmışdır. Cavabdeh əlavə torpaq sahəsini torpağına birləşdirmiş, evi artırmış, cavadehlər isə həyətdə əlavə tikililər tikmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hazırkı iddia tələbi üzrə iş apararkən qanunsuz tikililəri nəzərə almamış, texniki pasportu və çıxarışı nəzərə alaraq müvafiq ekspertizalar təyin etmişdir.Ona görə də hazırkı iddia tələbi həmin çıxarış və ona tərtib olunmuş texniki pasporta əsasən dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Məhkəmə ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması ilə bağlı hissədə müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ekspet rəyinə əsasən bölgüsü mümkün deyildir. Bununla bağlı iddiaçıların fikrini soruşmuş, iddiaçılar əmlakın açıq hərrracdan satılmasını və əldə edilən gəlirtin paylarına mütənsib olaraq aralarında bölünməsini xahiş etmişdir. Məhkəmə həmçinin kompensasiya məbləği ilə da bağlı tərəflərin fikirlərini soruşmuş, cavabdeh də hazırkı halda pulu olmadığını bildirərək iddiaçılarını payının almaqdan imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, kompensasiya (payın dəyəri) ödənilməsi mərhələsidə məhkəmə qaydasında öz həllini tapa bilməmişdir. Məhkəmə əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi mərhələsinə keçid etməyi zəruri bilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 184700 manat müəyyən olunmuşdur. Ona görədə əmlak həmin qiymətlə açıq hərrac çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə onu da qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 184700 manat təşkil edir və əmlak üzərində 6 mülkiyyətçi olmaqla İddiaçı1 payı 34/80, İddiaçı2 payı 4/80, İddiaçı3 payı 4/80, İddiaçı4 payı 4/80 və İddiaçı5 payı 4/80, cavabdehin payı 30/80 hissə olmasını nəzərə alaraq hərracdan satıldıqdan sonra həmin məbləğ tərəflərin payına düşən hissədə bölüşdürülməlidir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 3-də yerləşən ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evi və ölçüsü 0,069050 ha olan torpaq sahəsi açıq hərracdan satılmalı, həmin daşınmaz əmlakın satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni İddiaçı1 payı 34/80 hissədə, İddiaçı2 4/80 hissədə, İddiaçı3 4/80 hissədə, İddiaçı4 4/80 hissədə və İddiaçı5 4/80 hissədə, cavabdehə isə 30/80 hissədə verilməli, olan ünvan 3-də yerləşən ümumi paylı mülkiyyətində olan ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evi və ölçüsü 0,069050 ha olan torpaq sahəsi satış qiyməti 184700 manat müəyyən olunmalıdır, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli və həmçinin iddia tələbi təmin edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 200 manat məbləğində mütəxəssis rəyi üzrə xidmət haqqı və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 3-də yerləşən ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evi və ölçüsü 0,069050 ha olan torpaq sahəsi açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni İddiaçı1 payı 34/80 hissədə, İddiaçı2 4/80 hissədə, İddiaçı3 4/80 hissədə, İddiaçı4 4/80 hissədə və İddiaçı5 4/80 hissədə, Cavabdeh isə 30/80 hissədə verilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 3-də yerləşən ümumi sahəsi 116.7 kv.m olan fərdi yaşayış evinin və ölçüsü 0,069050 ha olan torpaq sahəsinin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 184700(yüz səksən dörd min yeddi yüz) manat müəyyən olunsun. Qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İş üzrə ödənilmiş 200(iki yüz) manat məbləğində mütəxəssis rəyi üzrə xidmət haqqı və 100(yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar