Məhkəmə qərarları › İş №2(002)-1721/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1721/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1721/2021 11.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1712,27 ABŞ dolları əsas, 3803,73 ABŞ dolları faiz, 2675,49 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 247,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8438,93 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.01.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20% ilə 36 ay müddətinə 8950 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 15.01.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan əlavə sazişlə kredit müddəti 21.02.2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********211 saylı, 18.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 18.12.2020-ci il tarixə 1712,27 ABŞ dolları əsas, 3803,73ABŞ dolları faiz, 2675,49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 247,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8438,93 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2 və Cavabdeh2 məhkəməyə 09.06.2021-ci il tarixdə ərizələr ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15.01.2015-ci il tarixli kredit müqaviləsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15.01.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları, habelə cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri ərizələri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 20% olmaq şərti ilə 36 ay müddətinə 8950 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Sonradan 21.05.2015-ci il tarixli əlavə sazişə əsasən, müqavilə müddəti 21.02.2018-ci il tarixədək uzadılmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 21.02.2018-ci il müəyyən edilmişdir. İş materiallarında olan 15.01.2015-ci il tarixli, 430006340/ZM saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan 21.05.2015-ci il tarixli əlavə sazişə əsasən, müqavilə müddəti 21.02.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan **********094 nömrəli, 05.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-nə 1712,27 ABŞ dolları əsas, 3803,73ABŞ dolları faiz, 2675,49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 247,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8438,93 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında 15.01.2015-ci il tarixdə kredit müqaviləsi, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 21.02.2018-ci il tarixdə başa çatmışdır. İddiaçının iddia ərizəsi 06.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (iddia ərizəsi üzrə dövlət rüsumu ********* saylı mədaxil qəbzinə əsasən 07.04.2021-ci il tarixdə ödənilmişdir). Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 3 (üç) ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar