Məhkəmə qərarları › İş №2(002)-1724/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1724/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1724/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh N.Nərimanov adına NQÇİ-yə qarşı pulun indeksasiyası ilə artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh N.Nərimanov adına NQÇİ-yə qarşı pulun indeksasiyası ilə artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2-4 2007 saylı 19 mart 2007–ci il tarixli qətnaməsi ilə cavabdeh təşkilatın mənə ödədiyi 78 manat pulun ilkin indeksiyası nəzərə alınmaqla məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İddia ərzisəi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi müvafiq məhkəmə qətnaməsi ilə tutulan pul məbləğinin indeksasiya olunması tələbinə aiddir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən müvafiq məhkəmə qətnaməsi əsasında ödənilməli olan pul məbləğinin indeksasiyası məsələsinə iddia icraatı qaydasında deyil, məhz icra icraatı qaydasında baxılmalıdır. Ona görə də, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normasının tələbini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinə icra icraatı qaydasında baxılmalı olduğundan, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə bilrikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul məbləğinin indeksasiyası barədə ərizə ilə icra icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, hesab edir ki,hazırki mülki iş üzrə iddia tələbi icra icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin, iddiaçıya müvafiq ərizə ilə icra icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh N. Nərimanov adına NQÇİ-yə qarşı pulun indeksasiyası ilə artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müvafiq ərizə ilə icra icraatı qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar