Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1740/2021 30.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı “İddiaçı“ ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5199,55 (beş min yüz doxsan doqquz manat 55 qəpik) manat - bundan 3618,13 (üç min altı yüz on səkkiz manat 13 qəpik) manat əsas, 363,93 (üç yüz altmış üç manat 93 qəpik) manat faiz, 704,49 (yeddi yüz dörd manat 49 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513 (beş yüz on üç) manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv etmə prosesində olan “İddiaçı “ ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı il tarixli, 104.LN.1010.160616.00011 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 17% (on yeddi) faiz dərəcəsi ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. 06 aprel 2017-ci il tarixdə 16.06.2016-cı il tarixli, 104.LN.1010.160616.00011 nömrəli kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanaraq kredit müqaviləsinə uyğun ayrılmış kredit Kreditor tərəfindən Borcalana 6001,90 (altı min bir manat 90 qəpik) manat məbləğində restrukturizasiya edilmiş,- 91,33 (doxsan bir manat 33 qəpik) manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 6093,23 (altı min doxsan üç manat 23 qəpik) manat təşkil etmişdir. Bu razılaşmaya əlavə olunmuş 2 saylı əlavə qüvvəyə minmiş və kreditin illik faiz dərəcəsi 17(on yedi) faizdən 24 (iyirmi dörd) faizə dəyişdirilmişdir. 31 avqust 2017-ci il tarixdə bağlanmış 16.06.2016-ci il tarixli 104.LN.1010.160616.00011 nömrəli kredit müqaviləsi üzrə 1 saylı razılaşmaya əsasən kredit müqaviləsinə uyğun ayrılmış kredit Kreditor tərəfindən Borcalana 5367,40 (beş min üç yüz altmış yeddi manat 40 qəpik) məbləğində restrukturizasiya edilmiş, 210,94 (iki yüz on manat 94 qəpik) manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 5578,34 (beş min beş yüz yetmiş səkkiz manat 34 qəpik) manat təşkil edilmişdir. Bu razılaşmaya əlavə olunmuş 4 saylı əlavə qüvvəyə minmişdir.Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir 22.04.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi 5199,55 (beş min yüz doxsan doqquz manat 55 qəpik) manat - bundan 3618,13 (üç min altı yüz on səkkiz manat 13 qəpik) manat əsas, 363,93 (üç yüz altmış üç manat 93 qəpik) manat faiz, 704,49 (yeddi yüz dörd manat 49 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513 (beş yüz on üç) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 16 iyun 2016-cı il tarixli, 104.LN.1010.160616.00011 saylı kredit müqaviləsinin sürətindən görünür ki İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh 24 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 8500 manat məbləğində kredit vermışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2017-ci il tarixdə 16.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanmışdır. Razılaşmaya görə kredit müqaviləsinə uyğun ayrılmış kredit Kreditor tərəfindən Borcalana 6001,90 manat məbləğində restrukturizasiya edilərək, kreditin ümumi məbləği 6093,23 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2017-ci il tarixdə 06.04.2017-ci il tarixli 1 saylı razılaşmaya əsasən kredit müqaviləsinə uyğun ayrılmış kredit yenidən Kreditor tərəfindən borcalana 5367,40 məbləğində restrukturizasiya edilərək, kreditin ümumi məbləği 5578,34 manat təşkil edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.04.2021-ci il tarixə borcu aşağıdakı kimidir: - 3618,13 manat əsas, 363,93 manat faiz, 704,49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513 manat faiz , cəmi 5199,55 manat borcu təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 3(103)-132/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 16 iyun 2016-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 3618,13 manat əsas, 363,93 manat faiz, 704,49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513 manat faiz , cəmi 5199,55 manat borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 10 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz manat) 40 (qırx) qəpik manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3618(üç min altı yüz on səkkiz) manat 13(on üç)qəpik əsas, 363 (üç yüz altmış üç)manat 93(doxsan üç) qəpik faiz, 10(on) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513(beş yüz on üç) manat faiz borcu, cəmi 4505(dörd min beş yüz beş) manat 06 (altı) qəpik və iş üzrə ödənilmiş 30(otuz) manat 40(qırx)qəpik dövlət rüsumunun ləğv etmə prosesində olan İddiaçı ASC- nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3618(üç min altı yüz on səkkiz) manat 13(on üç)qəpik əsas, 363(üç yüz altmış üç) manat 93(doxsan üç) qəpik faiz, 10(on) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 513(beş yüz on üç) manat faiz borcu, cəmi 4505(dörd min beş yüz beş) manat 06 (altı) qəpik və iş üzrə ödənilmiş 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumunun ləğv etmə prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1740/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1740/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver