Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1761/2022 06.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Əhmədov Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Əhmədov Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əhmədov Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(002)-2745/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh Əhmədov Cavabdeh 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4825/2016 saylı, 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Əhmədov Cavabdeh ilə aralarında olan nikahın pozulması, 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2745/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4825/2016 saylı, 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Əhmədov Cavabdeh tutulan alimentin artırılması, 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Əhmədov Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər keçmiş, uşağın tələbatları artmışdır. Cavabdeh müəyyən gəlirə malik olsa da, uşağa əlavə heç bir maddi yardım göstərmir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, hazırda cavabdehin maddi vəziyyətini və uşağın səhhətinə görə müavinət aldığını nəzərə alaraq, uşağa görə 170 manat məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə baxışı zamanı cavabdeh Əhmədov Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, ikinci dəfə ailə həyatı qurmuşdur, cəmi 500 manat qazancı olur, maddi vəziyyəti olduqca ağırdır, 154 manat alimenti güclə ödəyir. İddiaçı uşağın səhhətinə görə dövlətdən də yardım alır. Buna baxmayaraq, uşağın mənafeyi üçün hər ay 170 manat aliment ödəməyə razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin olunmasına etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2745/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4825/2016 saylı, 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Əhmədov Cavabdeh tutulan aliment məbləğinin artırılması, 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Əhmədov Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 708401 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədzadə Ülvi Cavabdeh oğlu xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Əhmədov Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 256368 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Cavabdeh ilə İddiaçı arasında nikahın ləğv edilməsi 18 yanvar 2017-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin X1 Kitabçadan Çıxarışdan görünür ki, Əhmədzadə Ülvi Cavabdeh oğluna serebral iflic diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və yuxarıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın mənafeyi, cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, habelə tərəflərin izahatlarında göstərdiyi hallar və onların hazırda 170 manat alimentə dair qarşılıqlı razılığı nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixindən başlayaraq 03 dekabr 2015-ci il təvəllüdlü Əhmədzadə Ülvi Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Əhmədov Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1761/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1761/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver