Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1770/2021 30.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30029 olan X4 7 markalı telefon üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə, 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90876 olan Xiaomi Mİ 9T markalı telefon üçün 691.4 (altı yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 112.6 (yüz on iki manat altmış qəpik) manat dəbbə, 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39131 olan X4 8T markalı telefon üçün 643 manat ödənilməmiş hissə, 165 manat dəbbə, 02.05.2019-cu il tarixli müqaviləsinə İMEİ kodu **********24194 olan Xiaomi Redmi 7 markalı telefon əsasən, üçün 60 (altmış) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə, 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 256.4 manat ödənilməmiş hissə, 79.6 (yetmiş doqquz manat altmş qəpik) manat dəbbə, ümumilikdə 2646 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 07.10.2019-cu il, 22.04.2020-ci il, 05.12.2019-cu il, 02.05.2019-cu il və 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30029 olan X4 7 markalı telefon, İMEİ kodu **********90876 olan Xiaomi Mİ 9T markalı telefon, İMEİ kodu **********39131 olan X4 8T markalı telefon, İMEİ kodu **********24194 olan Xiaomi Redmi 7 markalı telefon, HOFFMANN LED TV almış və nəticədə 2646 (iki min altı yüz qırx altı) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 (yeddi yüz otuz səkkiz) manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********30029 olan X4 7 markalı telefon üçün ümumilikdə, 626 (altı yüz iyirmi altı) manat olmaqla ondan, 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 924.4 (doqquz yüz iyirmi dörd manat qırx qəpik) manat (18 ay x 47.8 manat + 64 manat ilkin ödəniş) olan İMEİ kodu **********90876 olan Xiaomi Mİ 9T markalı telefon üçün ümumilikdə, 804 (səkkiz yüz dörd) manat olmaqla ondan, 691.4 (altı yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 112.6 (yüz on iki manat altmış qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 870 (səkkiz yüz yetmiş) manat (18 ay x 46 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********39131 olan X4 8T markalı telefon üçün ümumilikdə, 808 (səkkiz yüz səkkiz) manat olmaqla ondan, 643 (altı yüz qırx üç) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (12 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********24194 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 72 (yetmiş iki) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, 12 (on iki) manat,cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 320.4 (üç yüz iyirmi manat qırx qəpik) manat (6 ay x 53.4manat+0manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 336 (üç yüz otuz altı)manat olmaqla ondan, 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 79.6(yetmiş doqquz manat altmş qəpik) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1203 manat təşkil edir İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 07.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 738 manat olan İMEİ kodu **********30029 olan X4 7 markalı telefon almışdır. Cavabdeh oğlu alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 05.12.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 870 manat olan İMEİ kodu **********39131 olan X4 8T markalı telefon almışdır. Cavabdeh oğlu alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 22.04.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 924,4 manat olan İMEİ kodu **********90876 olan Xiaomi Mİ 9T markalı telefon almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 02.05.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 480 manat olan İMEİ kodu **********24194 olan Xiaomi Redmi 7 markalı telefon almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 27.03.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 320,4 manat olan HOFFMANN LED TV almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 06 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 07.10.2019-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 479 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 147 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 22.04.2020-ci il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 691,4 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 112,6 manat dəbbə pulu hesablanmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 05.12.2019-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 643 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 165 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 02.05.2019-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 60 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 12 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 27.03.2020-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 256,4 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 79,6 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 07.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh oğlu iddiaçıya 18 ay müddətinə hər ay 41 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 22.04.2020-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 47,8 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 05.12.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 46 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 02.05.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 40 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 27.03.2020-cı il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 06 ay müddətinə hər ay 53,4 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh oğlu iddiaçı «xxxx» MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqaviləyə əsasən 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 479 manat əsas hissə, 147 manat dəbbə, 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, 691.4 manat əsas hissə, 112.6 manat dəbbə, 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən 643 manat əsas hissə, 165 manat dəbbə, 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən 60 manat əsas hissə, 12 manat dəbbə, 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən 256.4 manat əsas hissə, 79.6 manat dəbbə, ümumilikdə 2646 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, hər müqavilə üzrə 10 manat, ümumilikdə 40 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq hər müqaviləyə görə 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07.10.2019-cu il tarixli müqaviləsi üzrə 479 manat əsas borc, 10 manat dəbbə, 22.04.2020-ci il tarixli müqaviləsi üzrə 691.4 manat əsas borc, 10 manat dəbbə, 05.12.2019-cu il tarixli müqaviləsi üzrə 643 manat əsas borc, 10 manat dəbbə, 02.05.2019-cu il tarixli müqaviləsi üzrə 60 manat əsas borc, 10 manat dəbbə, 27.03.2020-ci il tarixli müqaviləsi üzrə 256.4 manat əsas borc, 10 manat dəbbə, ümumilikdə 2179,8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.10.2019-cu il tarixli müqaviləsi üzrə 479(dörd yüz yetmiş doqquz) manat əsas borc, 10 (on) manat dəbbə, 22.04.2020-ci il tarixli müqaviləsi üzrə 691(altı yüz doxsan bir) manat 40(qırx) qəpik əsas borc, 10(on) manat dəbbə, 05.12.2019-cu il tarixli müqaviləsi üzrə 643(altı yüz qırx üç) manat əsas borc, 10(on) manat dəbbə, 02.05.2019-cu il tarixli müqaviləsi üzrə 60(altmış) manat əsas borc, 10(on) manat dəbbə, 27.03.2020-ci il tarixli müqaviləsi üzrə 256(iki yüz əlli altı) manat 40(qırx)qəpik əsas borc, 10(on)manat dəbbə, ümumilikdə 2179(iki min bir yüz yetmiş doqquz) manat 80(səksən)qəpik borc və 30(otuz)manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1770/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1770/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver