Məhkəmə qərarları › İş №2(002)-1776/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1776/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1776/2021 14.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, T X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı Soyuducu üçün 1322 (min üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 408 (dörd yüz səkkiz) manat dəbbə,19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 1008 (min, səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə18.06.2020-ci iltarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, 16.06.2020ci il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 615.6 (altı yüz on beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 102.4 (yüz iki manat qırx qəpik) manat dəbbə, Ümumilikdə 4032 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 09.07.2020-ci il, 19.06.2020ci il, 18.06.2020-ci il və 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı Soyuducu, LG LED TV, İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon, HP markalı notebook almış və nəticədə 4032 (dörd min otuz iki) manat borc yaranmışdır Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1740 (min yeddi yüz qırx) manat (18 ay x 80 manat + 300 manat ilkin ödəniş) olan HOFFMANN markalı Soyuducu üçün ümumilikdə, 1730 (min yeddi yüz otuz) manat olmaqla ondan, 1322 (min üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 408 (dörd yüz səkkiz) manat dəbbə, Cavabdeh 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, YENİ QİZİL ZEMANETİ (REQEMSAL) 14.07.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 118 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1210 (min iki yüz on) manat (18 ay x 56 manat + 202 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1176 (min yüz yetmiş altı) manat olmaqla ondan, 1008 (min səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə;Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 413 (dördyüz on üç) manat (18 ayx 19.5 manat + 62 manat ilkin ödəniş) olan İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 351 (üç yüz olli bir) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 731.6 (yeddi yüz otuz bir manat altmış qəpik) manat (18 ay x 34.2 manat + 116 manat ilkin ödəniş) olan HP markalı notebook üçün ümumilikdə, 718 (yeddi yüz on səkkiz) manat olmaqla ondan, 615.6 (altı yüz on beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 102.4 (yüz iki manat qırx qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 798 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə və ödəniş cədvəlinin 2-ci və 3-cü bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü, ödəniş cədvəlinin 3-cü və 4-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16.06.2020-ci il tarixli 20352394 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı HP markalı notebook məhsulunu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16.06.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 34.2 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh HP markalı notebook məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 18.06.2020-ci il tarixli 20357969 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.06.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 19.5 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 09.07.2020-ci il tarixli 21014396 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı HOFFMANN markalı Soyuducu məhsulunu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09.07.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 80 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş 09.07.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh HOFFMANN markalı Soyuducu məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 19.06.2020-ci il tarixli 20361352 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı LG LED TV məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.06.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 56 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh LG LED TV məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 27 aprel 2021-ci il üçün maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxx” MMC-yə 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, 1322 manat ödənilməmiş hissə, 408 manat dəbbə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 1008 manat ödənilməmiş hissə, 168 manat dəbbə,18.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 351 manat ödənilməmiş hissə, 57 manat dəbbə, 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 615.6 manat ödənilməmiş hissə, 102.4 manat dəbbə. ümumilikdə 4032 manat borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələrindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində HP markalı notebook məhsulu çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 34.2 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.Həmçinin tərəflər arasında 18.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ kodu **********82697 olan Samsung galaxy A10 markalı telefon, məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 19.5 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 19.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində LG LED TV məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 56 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.09.07.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində HOFFMANN markalı Soyuducu məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 80 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqısatqı müqavilələrinin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən müqavilələr üzrə cərimə borclarının məbləğləri tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 09.07.2020-ci il tarixli müqavilə üzrə 20 manat, 19.06.2020-ci il tarixli müqavilə üzrə 20 manat cərimə, 18.06.2020-ci il tarixli müqavilə üzrə 10 manat cərimə, 16.06.2020-ci il tarixli müqavilə üzrə 10 manat cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.07.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1322 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1342 manat məbləğində borc, 19.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1008 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1028 manat məbləğində borc,18.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 351 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 361 manat ,16.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 615.6 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, 625,6 manat olmaqla, ümumiliklə 3356,6 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.07.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1322 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1342 manat məbləğində borc, 19.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1008 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1028 manat məbləğində borc,18.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 351 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla,cəmi 361 manat,16.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 615.6 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 625,6 manat borc olmaqla, ümumiliklə 3356,6 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar