Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1777/2021 06.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple Airpods 2 markalı qulaqlıq üçün 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Anhel markalı mebel, VENUS markalı jurnal masası üçün 2090 (iki min doxsan) manat ödənilməmiş hissə, 462 (dörd yüz altmış iki) manat dəbbə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, PANASONİC markalı ev telefonu üçün 70.2 (yetmiş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 19.8 (on doqquz manat səksən qəpik) manat dəbbə, ümumilikdə 4113 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxx” MMC ilə 22.10.2019-cu il, 28.07.2019-cu il, 17.11.2019-cu il və 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple Airpods 2 markalı qulaqlıq, Samsung LED TV, Anhel markalı mebel, VENUS markalı jurnal masası, PANASONİC markalı ev telefonu almış və nəticədə 4113 (dörd min yüz on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) Apple Airpods 2 markalı qulaqlıq üçün ümumilikdə, 431 (dörd yüz otuz bir) manat olmaqla ondan, 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1040 (min qırx) manat olmaqla ondan, 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2223 (iki min iki yüz iyirmi üç) manat (20 ay x 110 manat + 23 manat ilkin ödəniş) Anhel markalı mebel, VENUS markalı jurnal masası üçün ümumilikdə, 2552 (iki min beş yüz əlli iki) manat olmaqla ondan, 2090 (iki min doxsan) manat ödənilməmiş hissə, 462 (dörd yüz altmış iki) manat dəbbə,cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 70.2 (yetmiş manat iyirmi qəpik) manat (6 ay x 11.7 manat + 0 manat ilkin ödəniş) PANASONİC markalı ev telefonu üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 70.2 (yetmiş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 19.8 (on doqquz manat səksən qəpik) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 892 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 22.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 576 manat olan Apple Airpods 2 markalı qulaqlıq almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 28.07.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 1314 manat olan Samsung LED TV almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 17.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 2223 manat olan Anhel markalı mebel, VENUS markalı jurnal masası almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 20 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında 03.03.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 70,2 manat olan PANASONİC markalı ev telefonu almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 06 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 22.10.2019-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 331 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 100 manat dəbbə pulu hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 245 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 28.07.2019-ci il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 800 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 240 manat dəbbə pulu hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 514 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 17.11.2019-cu il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 2090 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 462 manat dəbbə pulu hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 133 manatdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 03.03.2020-ci il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 70,2 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 19,8 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 22.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 48 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 28.07.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 73 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 17.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 20 ay müddətinə hər ay 110 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür.ilkin ödəniş 23 manat edilmişdir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 03.03.2020-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 06 ay müddətinə hər ay 11.7 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqaviləyə əsasən 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən 331 manat əsas borc, 100 manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən 800 manat əsas borc, 240 manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən 2090 manat əsas borc, 462 manat dəbbə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən 70.2 manat ödənilməmiş hissə, 19.8 manat dəbbə, ümumilikdə 4113 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, hər müqavilə üzrə 10 manat, ümumilikdə 40 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq hər müqaviləyə görə 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22.10.2019-cu il tarixli müqavilə üzrə 331 manat əsas borc, 10 manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləsi üzrə 800 manat əsas borc, 10 manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsi üzrə 2090 manat əsas borc, 10 manat dəbbə, 03.03.2020-ci il tarixli müqaviləsi üzrə 70.2 manat əsas borc, 10 manat dəbbə, ümumilikdə 3331,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22.10.2019-cu il tarixli müqavilə üzrə 331(üç yüz otuz bir) manat əsas borc, 10(on) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləsi üzrə 800(səkkiz yüz) manat əsas borc, 10(on) manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsi üzrə 2090(iki min doxsan) manat əsas borc, 10(on) manat dəbbə, 03.03.2020-ci il tarixli müqaviləsi üzrə 70(yetmiş) manat 20(iyirmi) qəpik əsas borc, 10(on) manat dəbbə, ümumilikdə 3331(üç min üç yüz otuz bir) manat 20(iyirmi) qəpik borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1777/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1777/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver