Məhkəmə qərarları › İş №2(002)-1780/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1780/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1780/2021 30.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********36201 olan X4 8 markalı telefon üçün 629.8 (altı yüz iyirmi doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 62.2 (altmış iki manat iyirmi qəpik) manat cərimə, 05.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12412 olan X4 8 markalı telefon üçün 275.4 (iki yüz yetmi. beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə,ümumilikdə 995 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 2(002)-1780/2021 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.06.2020-ci il və 05.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********36201 olan X4 8 markalı telefon, İMEİ kodu **********12412 olan X4 8 markalı telefon almış və nəticədə 995 (doqquz yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh 07.06.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 667.8 (altı yüz altmış yeddi manat səksən qəpik) manat (yəni 18 ay x 37.1 manat + 0 manat ilkin ödəniş), olan İMEİ kodu **********36201 olan X4 8 markalı telefon üçün ümumilikdə 692 (altı yüz doxsan iki) manat olmaqla ondan 629.8 (altı yüz iyirmi doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.2 (altmış iki manat iyirmi qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 05.08.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 520.4 (beş yüz iyirmi manat qırx qəpik) manat (yəni 18 ay x 15.3 manat + 245 manat ilkin ödəniş), olan İMEİ kodu **********12412 olan X4 8 markalı telefon üçün ümumilikdə 303 (üç yüz üç) manat olmaqla ondan 275.4 (iki yüz yetmi. beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 283 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında 07.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 667,8 manat olan İMEİ kodu **********36201 olan X4 8 markalı telefon almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında 05.08.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 520,4 manat olan İMEİ kodu **********12412 olan X4 8 markalı telefon almışdır. Cavabdeh alınmış mala görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 may 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 07.06.2020-ci il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 629,8 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 62,2 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 may 2021-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən 05.08.2020-ci il tarixli müqaviləyə müvafiq olaraq cavabdehin 275,4 manat əsas borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 27,6 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 07.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 37,1 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan və məhkəmə tədqiq edilmiş 05.08.2020-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 15,3 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqaviləyə əsasən 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 629,8 manat əsas hissə, 62,2 manat cərimə, 05.08.2020-ci il tarixli müqaviləsinə əsasən, 275,4 manat əsas hissə, 27,6 manat cərimə, ümumilikdə 995 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, hər müqavilə üzrə 10 manat, ümumilikdə 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq hər müqaviləyə görə 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 629,8 manat əsas hissə, 10 manat cərimə, 05.08.2020-ci il tarixli müqaviləsinə əsasən, 275,4 manat əsas hissə, 10 manat cərimə, ümumilikdə 925,2 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 629(altı yüz iyirmi doqquz) manat 80(səksən) qəpik əsas borc, 10(on) manat cərimə, 05.08.2020-ci il tarixli müqaviləsinə əsasən, 275(iki yüz yetmiş beş) manat, 40(qırx) qəpik əsas borc, 10(on) manat cərimə, ümumilikdə 925(doqquz yüz iyirmi beş) manat, 20(iyirmi) qəpik borc və 30(otuz)manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar