Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1780/2024 23.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik maşını İddiaçı məxsusdur.
2. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəsində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik nəqliyyat vasitəsinin idarə edilməsini etibar etmişdir.
3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən,**-XJ-*** markalı “Prius” maşınına dəyən ziyanı hər ayın 8-i 10-u arası 100 manatdan aşağı olmamaq şərti ilə hər ay ödəniş edəcəyini, dəyən ümumi ziyanın qiyməti 1220 manat təşkil etdiyini bildirmişdir. İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 2008-ci il tarixli buraxılışlı, **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) markalı avtomobilinə dəyən 1220 manat ziyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33 manat dövlət rüsumunun, cəmi 1253 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2008-ci il tarixli buraxılışlı, **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik maşını onun mülkiyyətindədir. 06 may 2023cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair Cavabdeh etibarnamə verimişdir. Həmin etibarnamə əsasında cavabdeh onun mülkiyyətində olan **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik markalı maşını idarə etmişdir. Lakin cavabdeh idarə etdiyi müddətdə avtomaşına ziyan vurmuş və dəyən ziyan 1220 manat təşkil etmişdir. Bu barədə cavabdeh özü də etiraf etmiş və xx.xx.2024-cü il tarixdə yazılı qəbz vermişdir. Həmin qəbzdə **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik maşınına dəyən ziyanı hər ayın 8 və 10 arası 100 manatdan aşağı olmamaq şərti ilə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin keçən bu müddət ərzində heç bir ödəniş etməmiş və avtomaşın onun təqsiri səbəbindən yararsız hala düşmüşdür. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək cavabdehin heç bir ödəniş etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində qeyd edilən 1220 manat borcu qəbul etdiyini və hər ay 100 manat ödəniş edəcəyini bildirmişdir.
9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
15. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
16. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia təmin edilməlidir.
27. Belə ki, İddiaçı Cavabdeh **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) nəqliyyat vasitəsini idarə edilməsinə dair xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir.
28. İddiaçı avtomobilə cavabdeh tərəfindən idarə edildiyi müddətdə ziyan vurulduğunu bildirərək hazırkı iddia tələbi ilə müraciət etmiş, cavabdeh 1220 manat dəyərində maddi ziyan vurulmasında təqsirini etiraf etmişdir.
29. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının işin mübahisəsiz halı olduğunu əsas götürərək, Cavabdeh tərəfindən maddi ziyan vurulduğundan hesab edir ki, iddiaçı (zərər dəymiş əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
31. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
32. Göründüyü kimi, İddiaçı Teymruqulu qızına məxsus “Toyata Prius” (Hibrid) markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər cavabdehin etirafı əsasında 1220 manat məbləğində olduğu qeyd edilmişdir.
39. Məhkəmə iş üzrə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 1220 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
42. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə 1220 manat pul vəsaiti və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdehmdan tutularaq İddiaçı Teymruqulu qızına ödənilməlidir.
43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh **-XJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik markalı nəqliyyat vasitəsilə vurulmuş maddi zərərə görə 1220 manat pul vəsaiti və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Teymruqulu qızının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova