Məhkəmə qərarları › İş №2(002)-1784/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1784/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1784/2022 02.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır Oğlu, İddiaçı Cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə X3 X4 X2 X1 Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin Binasında Yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə X3 X4 X2 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1, 152.2.4, 263- 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə X3 X4 X2 ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada veriliyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar