Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1789/2022 03.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏN ЕТDİМ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, başqa ünvanda qeydiyyatda olan Cavabdeh abonent kartında göstərilən ünvan 1 ünvanda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsini təsdiq edən hər hansı sənəd, habelə onun mərhum borclu abonentdən qalan miras əmlakı qəbul etdiyini təsdiq edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin qəbul olunmasından imtina edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1789/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1789/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver