Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1809/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsindən 6 sot torpaq sahəsi almaq üçün Cavabdeh ilə həmin torpaq sahəsini 14.000 manata razılaşmışlar. Cavabdehlə aralarında olan razılığa əsasən o, torpaq sahəsinə görə ödənişi bir neçə dəfəyə verəcəkdi. Bu qayda ilə cavabdehə iki dəfəyə ortaq tanışları Haqverdinin yanında 2.900 manat pul ödəmişdir. Bir müddət sonra məlum olmuşdur ki, ona satdığı 6 sot torpaq sahəsini başqa şəxsə satmışdır. Bunu görüb, Hafizdən ödədiyi 2.900 manatı geri istəmişdir. Cavabdeh razılaşmış, ondan vaxt istəmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu ödəməmişdir. Sonuncu dəfə 2019-cu ildə 600 manatı ortaq tanışları Haqverdinin vasitəçiliyi ilə ödəmişdir. Cavabdeh yerdə qalan 2.300 manatı qaytarmır. Baş verənlərdən başa düşmüşdür ki, Cavabdeh əslində etibarından suiistifadə edib pullarını ələ keçirib. Bu səbəbdən, onun barəsində Azərbaycan Respublikası DİN-ə şikayət etmişdir. Şikayəti üzrə Qaradağ RPİ 38-ci PB-də araşdırma aparılmış və tədqiqatçı Elşad Mirzəyev müvafiq qərar qəbul edərək, şikayəti üzrə cinayət işinin başlanmasını rədd etmiş və məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh bu günə qədər söz verdiyi borcdan bir manat da olsun qaytarmamışdır. Cavabdehin ona qarşı etdiyi bu hərəkətlərə görə mənəvi iztirab və əsəb sarsıntısı keçirmişdir və keçirməkdə davam edir. Əsəb sarsıntısı nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməyinə səbəb olur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 2.300 manat pulun, gecikmiş vaxt üçün illik 10 % uçot dərəcəsi olmaqla 1.150 manatın, mənəvi zərərin əvəzi olaraq 5.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1/285 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarından göründüyü kimi, Cavabdeh həmin Bölmədə verdiyi izahatda İddiaçı iddia ərizəsində qeyd etdiyi işin faktiki hallarını (torpaq alğı-satqısına dair razılığa gəldiklərini, iddiaçının ona 2.900 manat pul verdiyini və s.) təsdiq etmiş, iddiaçıya olan 2.900 manat borcdan 600 manatı ödədiyini, 2.300 manat qalıq borcu yaxın aylarda qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 2.300 manat borcunu tam və vaxtında qaytarmamışdır və iddiaçı qarşısında qeyd olunan məbləğ həddində məsuliyyət daşıyır. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.300 manat borc və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı ona 5.000 manat mənəvi (real) zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin gecikmiş vaxt üçün illik 10 % uçot dərəcəsi olmaqla 1.150 manatın tutulmasına dair hissədə iddianı əsaslandırmamış, həmin məbləğin necə hesablanmasını göstərməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. 2.300 manat borc və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1809/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1809/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver