Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-181/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İlk iddiaçının vəkili Vəkil, Qarşılıqlı iddiaçının nümayəndəsi X3, Müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili X5 iştirakı ilə, İlk İddiaçı cavabdeh “Cavabdeh" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” dair qarşılıqlı iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X4 cavabdehlər İddiaçı və “Cavabdeh ” Firmasına qarşı “ qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk İddiaçı cavabdeh “Cavabdeh" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi; Cavabdeh Firmasından maddi zərər qismində 43.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 (altmış üç min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddiaçının vəkili iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, xx xxxxxxxx 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsindən İddiaçı istifadə və sahiblik etməsinə cavabdeh tərəfindən maneə törədilməsinin qanunsuz hesab edilərək, qadağan olunması və qeyri- yaşayış sahələrinin İddiaçı istifadə və sahibliyinə verilməsi; Cavabdeh Firmasından maddi zərər qismində 61.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 81.200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutlaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddiaçının vəkili iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2010-cu ildə cavabdehlə iddiaçı arasında 6055 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı səhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi Təyinatı üzrə istifadə hüququ alır. Müqaviləyə görə iddiaçı obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Müqavilənin sonuna edilmiş xxxxdən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin, onlara məlum olmayan səbəblərdən 2018-ci ilin əvvəllərində Həsənov X9 olduğu zaman Əkrəm tərəfindən alınmış 240 kv. metrlik sahə Cavabdeh Firması tərəfindən zəbt edilmiş və iddiaçının dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, ona geri qaytarılmamışdır. Şərh olunanlardan da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 240 kv. metr seyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış, həmin qeyri-yaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən ödənilsə də, qeyri-yaşayış sahələri 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Müqavilənin 5.1 və 5.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə tərəflərindən cavabdehə yazılı şəkildə müraciət olunaraq, bütün maneələrin aradan qaldırılması, xx xxxxxxxx 2010-cu il tarixli, 6055 saylı müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi xahiş olunmuş və əks təqdirdə qeyriyaşayış sahəsinin verilməsi, maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh müraciətləri poçt vasitəsi ilə qəbul etsə də, cavablandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı mübahisə predmeti olan obyektdən hər ay 1800 (min səkkiz yüz) manat gəlir əldə edirdi. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində son 2 il ərzində həmin gəlirdən məhrum olmuşdur. Bu isə hər ay 1800 manat olmaqla son iki il ərzində ümumilikdə iddiaçıya 43.200 (qırx üç min iki yüz) manat zərər vurulması deməkdir. Maddi zərərlə yanaşı iddiaçıya mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2 ildən artıq müddət ərzində öz əmlakından məhrum olmuş və cavabdehin bu hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və nəticədə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirik ki, iddiaçıya vurulmuş mənəvi zərərin 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olardı. Tərəflərindən hazırki iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edilmiş, lakin Qaradağ rayon Məhkəməsinin 2(002)-596/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmış və hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. Daha sonra tərəflərindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, lakin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-686/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə işə ümumi məhkəmədə baxılmalı olması səbəbindən iş üzrə icraata xitam verilmişdir. İddiaçı vəkili xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına iddia ərizələrinə etiraz ərizəsi göndərərək, etirazını onunla əsaslandırmışdır ki, icraatınızda İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi üzrə 2(002)-181/2021 saylı mülki iş vardır. Məlum olduğu kimi həmin iş üzrə Cavabdeh Firması tərəfindən qarşılıqlı iddia ərizəsi ilə müracəit edilərək, xx xxxxxxxx 2010-cu il tarixli, 6055 saylı müqaviləyə Cavabdeh Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi xahiş olunmuşdur. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 ilə X13 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Ticarət Mərkəzinin ərazisində yerləşən qeyri-yaşayış sahələrinə Xalça- Sıra 1, Korpus-2, yer 26/28 120 kv. metr və Xalça-Sıra 2, Korpus-2, yer 25/27 120 kv. metr istifadə hüquqlarının tanınması və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulması; İddiaçı 2010-cu ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitini qanunsuz olaraq özündə saxladığı 132.000 manat vəsait və illik 5 % olmaqla 6600 manat faiz borcunun tutulması və X12 ilə X6 ödənilməsi və Cavabdeh Firmasının və digər üçüncü şəxslərə X12 ilə X4 ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk növbədə qarşılıqlı iddia ərizəsi ilə bağlı mövqeyimizi bildirmək istərdilər: 1) Qarşılıqlı iddia ərizəsinin əsaslarını İddiaçı guya xx xxxxxxxx 2010-cu il tarixli, 6055 saylı müqavilə üzrə ödəniş etməməsi, tərəflər arasında müqavilə predmeti olan obyektin təhviltəsliminə dair aktın olmaması, İddiaçı mübahisə predmeti olan obyektləri Cavabdeh Firmasının razılığı olmadan qanunsuz olaraq icarəyə verməsi, xx xxxxxx 2011-ci il tarixdə İddiaçı Cavabdeh Firması tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilməsi və bu məktubun İddiaçı tərəfindən xx xxxxx 2011-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə alınması təşkil edir; 2) İddiaçıla Cavabdeh Firması arasında bağlanmış xx xxxxxxxx 2010- cu il tarixli müqavilədən görünür ki, müqavilənin sonunda cavabdeh tərəfindən tarix (xx.xx.2010) və məbləğ (240.000 manat) xxxx edilərək imzalanmış və möhürlənmişdir. Müqavilə bağlanandan bir il sonra isə, daha dəqiq desək xx xxxxxxxx 2011-ci il tarixdə İddiaçı mağazalara dair üzərində “Cavabdeh" Firmasının möhürü vurulmuş 2 ədəd xxxxiyyat vərəqəsi verilmişdir; 3) Cavabdehin nümayəndəsinin təqdim etdiyi xx xxxxxxxx 2010-cu il tarixli ərizədən də görünür ki, ərizənin üzərində, daha dəqiq desək yuxarı hissəsində Cavabdeh Firmasının əməkdaşları tərəfindən imza edilərək, “Azer" və «ləğv olunsun» xxxxləri yazılmış və xx.xx.2018 tarixi qoyulmuşdur; 4) İş materiallarında olan onların tərəflərindən təqdim edilmiş Cavabdeh Firması ilə Sadıqov Zakir adlı şəxs arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilənin sonundakı xxxxlərdən də göründüyü kimi Cavabdeh Firması ödənişlərlə bağlı yenə də məbləğ və tarixlər göstərilməklə imza etmiş və möhür vurmuşdur. Bu hal Cavabdeh Firmasının ödənişlə bağlı digər şəxslərə də əlavə sənəd vermədiyini, ciddi hesabat blankı olan sənədlərdən istifadə etmədiyini və müqavilə üzrə edilmiş ödənişləri elə müqavilənin sonunda imza və möhürlə təsdiq etdiyini birbaşa sübut edir. İddiaçı tərəfindən müqavilə bağlanılan zaman Cavabdeh Firmasına məxsus bir neçə kitabda imza olunmuş və obyektə dair bütün xxxxlər həmin kitablarda aparılmışdır. Cavabdeh Firması qarşılıqlı iddia ərizəsinə tərəflər arasında bağlanmış 6055 saylı müqaviləyə xitam verilməsi barədə xx xxxxxx 2011ci il tarixli imzasız məktub və həmin məktubun guya iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamənin kserosurətini əlavə etmişdir. İlk növbədə xxxx edək ki, xx xxxxxx 2011-ci il tarixli imzasız məktubun əsli cavabdehi məhkəmədə təmsil edən nümayəndə Azər İbrahimov tərəfindən “əsli ilə düzdür” yazılaraq təsdiq edilmişdir. Belə olan halda cavabdeh tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyət yaranır. Bir sənəddə müqavilənin 2011ci ilin noyabr ayında, digərində isə 2018-ci ilin yanvar ayında ləğv edildiyi göstərilir. Digər tərəfdən təqdim edilmiş xəbərnamə onların tanımadıqları Allahverdiyev Murad adlı şəxs tərəfindən xx xxxxxx 2011-ci il tarixdə imzalanmışdır. Qaradağ rayonundan Sabunçu rayonuna dövlət poçtu ilə göndərilən məktubun 1 gün ərzində ünvana çatdırılması inandırıcı deyildir. Xəbərnamənin üzərində Binəqədi rayonunda yerləşən 6 saylı Poçt Fiiialının 124 saylı Poçt Şöbəsinin AZ1124 indeksli, xx xxxxxx 2011-ci il tarixli və xx xxxxxx 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun həmin poçt filialından xx xxxxxx 2011-ci il tarixdə göndərildiyini təsdiq edir. Xəbərnamənin arxa hissəsində isə 5 saylı Poçt Filialının 81 saylı Poçt Şöbəsinin AZ1081 indeksli xx xxxxxx 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun Binəqədi rayon ərazisindən Qaradağ rayon ərazisinə göndərildiyini və xx xxxxxx 2011-ci il tarixdə çatdınldığını təsdiq edir. Belə olan halda xx xxxxxx 2011-ci il tarixdə tərtib edilmiş məktubun 1 gün öncə, xx xxxxxx 2011-ci il tarixdə poçt şöbəsinə necə təhvil verildiyi və Sabunçu rayon ərazisinə göndərilən məktubun hansı səbəbdən Qaradağ rayonu ərazisində yerləşən poçt şöbəsi tərəfindən qəbul edildiyi naməlum qalır. Bununla yanaşı işə cavabdehlə Şahin Ələkbərov adlı şəxs arasında guya xx xxxxxx 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi və borc tələbinə dair “Cavabdeh Firması” tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli məktub əlavə edilmişdir. İcarə müqaviləsinin firmanın direktoru Y.Qədimbəyli tərəfindən, məktubun isə icraçı direktor V.Hüseynli tərəfindən imzalandığı göstərilsə də, hər iki imza eynidir. Sadalanan xüsusatlar Cavabdeh Firmasının adından məhkəməyə təqdim edilən sənədlərin sonradan tərtib edildiyini, dövlət poçtu tərəfindən verilən 2011-ci il tarixli xəbərnamənin arxa hissəsində isə İddiaçı adının və ünvanının yazıldığı qrafanın əvvəlcə doldurulmadığını və boş olduğunu, yalnız məhkəmə ərəfəsində saxtalaşdırılıraq, İddiaçı adının və ünvanının sonradan oraya xxxx edildiyini, əslində həmin xəbərnamənin tamam başqa bir məktubla, şəxslə və ünvanla bağlı olduğunu təsdiq edir. Bu hallar özü-özlüyündə qarşılıqlı iddia ərizəsində yazılanların cəfəngiyyat olduğuna dəlalət edərək, qarşılıqlı iddianın tamami ilə qanunsuz və əsassız olduğunu, müqavilə üzrə İddiaçı tərəfindən pul vəsaitinin hələ müqavilə bağlanılan tarixdə ödənildiyini və Cavabdeh Firması tərəfindən bu günə qədər də müqavilənin ləğvinə dair İddiaçı hər hansı bir məktub göndərmədiyini birbaşa təsdiq edir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialanna gəlincə isə aşağıdakıları bildirmək istərdilər: 1) Müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülən iddia tələblərinin əsasını hər hansı bir müqavilə olmadan İddiaçı guya icarə adı ilə 2010- 2018-ci ilin may ayına qədər 132.000 manat pul ödənilməsi və İddiaçı onlann hesabına əsassız varlanması təşkil edir. 2) İlk növbədə xxxx etmək lazımdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən də xxxx olunduğu kimi İddiaçıla onların arasında hər hansı bir müqavilə münasibəti mövcud deyildir və İddiaçı onlardan pul almasına dair hər hansı bir yazılı sübut da məhkəməyə təqdim edilməmişdir. 3) Digər tərəfdən iddia ərizəsində göstərilənlər özü-özlüyündə gülüncdür. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxslər guya 8 il ərzində Cavabdeh Firması və onun əməkdaşlarından (nəzarətçiləri) “qaçdıqlarını”, müxtəlif bəhanələr gətirərək, ödənişlər etməkdən yayındıqlarını və İddiaçı onları aldatdığı üçün ödənişləri firmaya deyil, Ə. Həsənova ödədiklərini bildirmişlər. Belə olan halda Cavabdeh Firması ilə onların arasında xx xxxxxx 2015-ci il tarixdə hansı səbəbdən icarə müqaviləsi bağlamasının məntiqi izahını tapmaq mümkün deyil. Bununla yanası iddiaya əlavə edilmiş məktubdan görünür ki, quya Cavabdeh Firması müstəqil tələb irəli sürən üçüncü şəxslərə qarşı xx xxxxxx 2016-cı il tarixdə 86.400 manat məbləğində icarə pulunun ödənilməsi tələbi ilə müraciət etmiş və sonuncular bu pulun ödənilməsi üçün vaxt istəmişlər. Lakin, nədənsə daha 2 il varım ərzində İddiaçı quya icarə haqqı ödəmişlər. Bu xüsusatlar müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən iddianın məhz Cavabdeh Firmasının təsiri və təzyiqi ilə irəli sürüldüyünü və həmin iddiaya əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli məktub və xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsinin də sonradan tərtib edildiyini birbaşa təsdiq edir. 4) Bundan əlavə xxxx etmək lazımdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları tamami ilə əsassız olsa da, sonuncular əsassız varlanma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 2 illik kəsici müddəti də ötürmüşlər. Cavabdeh Firmasının İddiaçı qarşı “xx xxxxxxxx 2010-cu il tarixli, 6055 saylı müqaviləyə Cavabdeh Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin əsassız olması səbəbindən rədd edilməsi; müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 ilə X4 Cavabdeh Firmasına və İddiaçı qarşı Cavabdeh Ticarət Mərkəzinin ərazisində yerləşən qeyri-yaşayış sahələrinə Xalça-Sıra 1, Korpus-2, yer 26/28 120 kv. metr və Xalça-Sıra 2, Korpus-2, yer 25/27 120 kv. metr istifadə hüquqlarının tanınması və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulması; İddiaçı 2010-cu ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitini qanunsuz olaraq özündə saxladığı 132.000 manat vəsait və illik 5 % olmaqla 6600 manat faiz borcunun tutulması və X12 ilə X6 ödənilməsi və Cavabdeh Firmasının və digər üçüncü şəxslərə X12 ilə X4 ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddialarının əsassız olmaları və iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X8 ilkin iddiası rədd edilməsi; "Cavabdeh" Firmasının verdiyi qarşılıqlı iddia təmin edilməsi və Cavabdeh Firması ilə X17 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 6055 saylı müqaviləyə "Cavabdeh" Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Firmasının nümayəndəsi qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı İddia ərizəsində isə cavabdeh) məhkəməyə müraciət edərək, xx.xx.2010-cu ildə İddiaçı ilə "Cavabdeh" Firması arasında bağlanılmış 6055 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dimir yolu stansiyasının cənubunda, Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və Cavabdeh "Cavabdeh" Firmasından maddi zərər qismində 43.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 manat məbləğində pul vəsaitinin tutaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Qaradağ rayon məhkəməsinə iddia ərizısi ilə müraciət etmiş X10 iddiası tam əsassız və iddia tələbləri onunla bağlanılmış 6055 saylı xx.xx.2010-cu il tarixli müqavilənin müddəalarına tam zidd olduğuna görə rədd edilməlidir. Ayrıca iddia müddətinin tətbiqi ilə bağlı vəsatət ərizələri iş materiallarındadır. Eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini aşağıdakı qaydada əsaslandırırlar. xx.xx.2020-ci il tarixində məhkəmə iclasının keçirilməsi barədə Firmanın nümayəndəsinin telefonuna SMS bildiriş xx.xx.2020-ci il tarixində saat 12:10-də daxil olmuşdur. İddiaçı (qarşılıqlı iddia ərizəsində isə cavabdeh) xx.xx.2010-cu il tarixində "Cavabdeh" Firmasına ərizə ilə (ərizə məhkəməyə təqdim edilmişdir) müraciət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılmasını xahiş etmiş və ərizəsində bilavasitə ona veriləcək obyekti "şəxsən özünün işlədəcəyinə" təminat verdiyini bəyn etmişdir. Ərizədə göstərilmişdir ki, "gələcəkdə bu obyekti kirayə verdiyi təqdirdə mənim üçün nəzərdə tutulmuş güzəştlərin ləğv olunacağına etiraz etmirəm". Bundan sonra onunla "Cavabdeh" Firması arasında xx.xx.2010-cu il tarixində 6055 saylı müqavilə bağlanılmış və müqavilənin predmeti ticarət fəaliyyətinin həyata keçriilməsi üçün 50% güzəştli şərtlərlə topdansatış obyekti olmuş və müqavilənin qiyməti 240.000 manat müəyyən olunmuşdur. Müqavilədən görünür ki, müqavilə bağlanan zaman müqavilənin 1.3 bəndinə əsasən obyekt mövcud olmuşdur. Müqavilənin 1.4 bəndindən görünür ki, «Sifariçi sifariş etdiyi obyektin işlətmək hüququnun dəyərinin 100%-ni bir dəfəyə 240.000 manat olmaqla xx.xx.2010-cu ilədək ödəməlidir.» İddiaçı (qarşılıqlı iddia ərizəsində isə cavabdeh) iddia ərizəsində bildirir ki, müqavilə üzrə müəyyən olunmuş 240.000 manat pul Cavabdehə ödənilmişdir. Bunu onunla əsaslandırır ki, " müqavilənin sonuna edilmiş xxxxdən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir". Bu xxxxdən başqa İddiaçı heç bir sübut təqdim edə bilmir. İddiaçı bilməlidir ki, "xxxx" maliyyə sənədi deyildir. Müqavilənin sonunda yazılmış və Cavabdeh Firmasının möhürü ilə təsdiq olunmuş 240.000 manat məbləğ müqavilənin dəyərini göstərir və pulun Firma tərəfindən qəbul edilməsi anlamına gəlmir. "Cavabdeh" Firması tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışından görünür ki, X15 tərəfindən Cavabdeh Firmasına heç bir vəsait ödənilməmişdir. Nəğd vəsaitlərin kassaya mədaxili müəsisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan Kassa mədaxil orderi (Forma N KO-1) ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Mədaxil orderi ilə və ona əlavə edilən sənədlərlə pul alındıqdan sonra bu sənəd tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, ona əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə ''Ödənilib'' xxxxi edilir. Belə sübut məhkəməyə İddiaçı tərəfindən təqdim edilmir. İddiaçı qurduğu ssenariyə əsasən hərəkət edir, qanunların tələblərinə uyğun yox! Belə ki, hətta fərziyələrə və İddiaçının ssenarisinə inansalar belə, müqavilənin arxasında "ÖDƏNİLİB" sözü də yazılmamışdır. Tərəf heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Müqavilənin 1.7 bəndindən görünür ki, « Sifarişçi ilə İcraçı arasında Ticarət Mərkəzi istismara veriləndən sonra, müqavilənin dəyəri tam olaraq ödənildiyi təqdirdə əlavə olaraq təhvil təslim aktı tərtib ediləcəkdir.» Belə aktın olmaması da tam əsas verir ki, müqavilə üzrə müəyyən olunan 240.000 manat Firmanın kassasına mədaxil edilməmişdir. Müqavilənin 1.9 bəndindən görünür ki, «obyektiv səbəblərdən sifarişçi obyekti işlədə bilmədiyi halda, İcraçının iştirakıyla üçüncü şəxsə 20% yuxarı qiymətə sub icarəyə verə bilər, yalnız bu təqdirdə (1.7) (1.1) bəndlərinə edilən güzəştli məbləğ Firmaya ödəniılməlidi» Müqavilənin şərtindən görünür ki, hətda İddiaçı obyekti Firmanın razılığı ilə icarəyə vermiş olsaydı belə o zaman ümumi icarə dəyərinin ancaq 20%-i ona çatmalıd idi. Müqavilənin 6.2 bəndindən görünür ki, «Bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla İcraçının yazılı razılığı olmadan (Sub icarəyə vermə haqda İcraçının yazılı razılığı olmadıqda) digər üsulla (notarial kontoru, fiziki və ya hüquqi şəxslə bağlanmış digər müqavilə vasitəsilə hır hansı bir üçüncü şəxsə verilə bilməz. » Tərəflər arasında bağlanılmış müqavilənin xarakterindən görünür ki, 6055 saylı müqavilə istifadə hüququ əsas götürməklə icarə müqaviləsidir. Mülki qanunvericilyə uyğun olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər seçdiyi kontraqentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. ( Konstitusiya məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair “ 2015-ci il 14 iyul tarixli qərarı). İddiaçının (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 2-ci səhifəsinin 4-cü abzatsında yazır: «məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı mübahisə predmeti olan obyektdən hər ay 1800 manat gəir əldə edirdi.» Onun tərəfindən «gəlir əldə edirdi» ifadəsi obyektin qeyri qanuni yolla icarəyə verilməsindən əldə etdiyi gəlir kimi başa düşülməlidir. İddia ərizəsində İddiaçı (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) yazır: (1-ci səhifə,4-cü abzats) «.... qeyri yaşayış sahələri 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir». "Cavabdeh" Firmasının obyekti zəbt etməsi hansı sübutlara və faktlara əsaslanır? Cavabdeh Firması özünə məxsus olan əmlakı niyə zəbt etməlidir? Bu məhkəməyə izah olunmalıdır. Əgər obyektlər Əkram Həsənov tərəfindən qeyri qanuni yolla Şahin və Elşən Ələkbərov qardaşlarına 2010-cu ildən icarəyə verilmişsə və həmin dövrdən hal-hazıra qədər həmin obyektdə Şahin və Elşən Ələkbərovlar fəaliyyət göstərirsə sual olunur: “ Cavabdeh" Firması bu obyektləri necə zəbt etmişdir.?! İddiaçı sübut etməlidir ki, həmin obyektlər ona məxsus olmaqla yanaşı onun tərəfindən istifadə edilmişdir. Göründüyü kimi İddiaçı (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) iddia ərizəsində onunla bağlanılmış müqavilənin 6.2 bəndinin pozduğunu birbaşa etiraf edir. İddiaçı heç bir əsasla və müqavilənin heç bir müddəasına əsaslanaraq həmin obyektlərdən heç bir icarə haqqı ala bilməzdi və gəlir götürə bilməzdi. Müqavilənin şərtlərinə görə o, ancaq sahibkarlıq fəaliyyəti göstərməli idi və sahibkarlıq fəaliyyətindən gəlir əldə bilərdi. Bu işlə bağlı Azərb.Resp. Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında da onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması öz əksini tapmışdır. Göründüyü kimi o heç bir sahibkarlıq fəaliyyəti göstərməmiş və bu qarşı tərəfdən 1800 manat almaqla əsassız varlanmış və "Cavabdeh" Firmasına aid olan icarə pullarını mənimsəmiş və qanunsuz surətdə varlanmışdır. İddiaçı tərəf iddia ərizəsində əldə etdiyi «1800 manat gəlirin» hansı əsasla və kimdən aldığını göstərmir. Başqa sözlə, o, icarəyə verdiyi şəxsləri də aldatmış və onları inandırmışdır ki, ticarət obeykti onun mükiyyətindədir. Mübahisə üzrə predmet 6055 saylı müqavilədir. Müqavilənin şərtləri hər iki tərəf tərəfindən razılaşdırılaraq təsdiqlənmişdir. Bu şərtlərin pozulması müqavilənin ləğv edilməsi üçün əsasdır. Bundan başqa, məhkəməyə təqdim etdiykləri sübutdan da görünür ki, xx xxxxxx 2011-ci il tarixində müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya (Əkram Həsənova) 253 saylı xx/xx/2011-ci il tarixində rəsmi xəbərnaməli məktub göndərilmiş və ona tərəflər arasında olan müqavilənin 3.5-ci bəndinin tələblərini pozduğu və müqavilənin xx xxxxxx 2011-ci il tarxidən ləğv olunduğunu rəsmi qaydada bildirilmişdir. Lakin qarşı tərəf bu məktubu xx.xx.2011-ci il tarixdə alsa da ona cavab verməmişdir. İddia müddətinin 3 il olduğunu nəzərə alsaq iddia müddəti də buraxılmışdır. Bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Ticarət obyektləri ümumiyyətlə İddiaçının istifadəsində olmadığına, müqavilə şərtlərinin pozulması və müqavilədə göstərilən 240.000 manat məbləğin ödənilməməsi səbəbindən müqaviləyə xitam verilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 cavabdehlər İddiaçı və “Cavabdeh ” Firmasına qarşı “ qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Ticarət mərkəzinin ərazisində yerləşən qeyi yaşayiş sahələrinə Xalça- Sıra 1, Korpus- 2, yer 26/28 120 kv.m və Xalca- Sıra -2, korpus 2, yer 25/27, 120 kv.m istifadə hüquqlarının tanınması, və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyi Cavabdeh Firmasının üzərinə qoyulması; X7 2010-ci ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitləri qanunsuz olaraq özündə saxladığı 132000 manat manat vəsait və və illik 5 % olmaqla 6600 manat faiz borcu Əkrəmdən tutulması və onlara ödənilməsi və Cavabdeh Firmasına və digər üçüncü şəxslərə onların ticarət fəaliyyətlərinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia əriəzlərini onunla əsaslandırmışdırlar ki, onlar, X13 və X2 Hüseyn oğlu Həsənovla Cavabdeh Firması arasında Qaradağ rayon məhkəməsində məhkəmə prosesi getdiyindən bu yaxınlarda xəbər tutdular. Onlar da bu işdə tərəfdirlər və müstəqil tələb irəli sürməlidirlər. Bu tələblərini aşağıdakı arqumentlərlə əsaslandırırlar. İddia predmeti olan hər iki yer 10 ildən çoxdur ki onların istifadəsindədir və onların tərəfindən tam təmir olunub və işlək vəziyyətə gətirilib. O, qardaşları X13 və X12 ilə birlikdə 2009-cu ildən Ticarət mərkəzi fəaliyyətə başladığı vaxtdan Cavabdeh Ticarət mərkəzinin ərazisində fərdi ticarət fəaliyyəti ilə məşğuldurlar. Xalça bazarı adlanan ərazidə xalça satıışı ilə məşğuldurlar. Həmin vaxtlar bazar yenicə açıldığına görə qarışıqlıq var idi. Onlar köhnə Aeroport yarmarkasından bura köçürdülər. Ona görə hər kəs özünə yer axtarırdı. Onlar həmin vaxtdan istifadə etmək üçün daha böyük kvadratı olan yer axtarırdılar və soraqlaşıb bu yeri tapdılar. Onlarla eyni kənddən olan X14 məxsus olması bidirilən yeri onun özü ilə razılıq gəlib 2010-cu ilin sonlarında 240 kv. m yeri icarəyə götürdülər. O, bildirdi ki, “bu yeri icarəyə verirəm, lakin müqavilə şərtlərində icarə vermək hüququ olmadığına görə sizdən soruşsalar deyərsiniz ki, Siz mənimlə şərikkisiniz”. Onlar ondan sorusdular ki, “sizin təsdiqlənmiş müqaviləniz varmı? O. da bildirdi ki, mən də Cavabdehliyəm bazar rəhbırliyi də, ona görə heç bir problemim yoxdur. Siz narahat olmayın”. Əkram Həsənov bildirdi ki, “siz aylıq icarə haqqını tam olaraq mənə ödəyəcəksiniz və mən özüm bazarla hesablaşacağam”. Onlar razılaşdılar. Əkrəm onlardan hər ay ona 1800 manat icarə haqqı ödəməklərini istədi və onlar da şifahi qaydada razılaşdlılar. xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixinə qədər ona hər ay 1200 manat ödəyirdilər. Əkrəm, onlara söylədi ki, “mənim vaxtım olmadığına, görə uşaqlarım Orxan və Ayxan gəlib hər ay sizdən pulu götürəcəkdir”. Tez bir zamanda işə başlamaqlarını düşündüklərindən Əkram Həsənovun müqaviləsinin hüquqi statusunu öyrənməyə onlarda vaxt yox idi. Bundan başqa da bazarda heç kim ümumi qəbul olunmuş normalara əsasən bu işlə heç vaxt maraqlanmamış və əlində müqavilə olduğunu deyən hər kəsə inanmışdır. Əkrəm, onlarla heç bir icarə müqaviləsi bağlamadı və aşağıda göstərilən qeyri yaşayış sahəsini onlara göstərdi (Xalça- Sıra lKorpus-2, yer 30/32 120 kv.m və Xalca- Sıra -2, korpus 2, yer 25/27, 120 kv.m. sonradan sıralam nömrələri dəyişdiyinə görə 30/32 saylı yer 26/28 olmuşdur.kv.m isə dəyişməmişdir) və onlar da bu obyektin Əkrəmə məxsus olmasına əmin oldular; Hər iki mağaza xalça fəaliyyəti üçün yararsız olduğuna görə təmir edilməsinə başladılar və 240 kv. m olan obyektin təmirinə 2010-2011-ci illər ərzində 35.000 manat pul xərclədilər. Ora dəyəri 500.000 manatdan çox olan xalçalar gətirdilər. Həmin vaxt Azərbaycan Manatının ABŞ dollarına olan kursu 1 ABŞ dolan 0.78 manat idi. Hər ay sabit olaraq Əkramın övladlarına 1800 manat ödəyirdilər. Ödəniş aşağıdakı illər üçün bu qaydada olmuşdur: 2010-cu ilin noyabr-dekabr ayı-cəmisi 3600 manat.(ay 1800 manat); 2011, 2012,2013, 2014-cü illər üçün, 48 ay X 1800 manata= 86.400 manat; 2015-ci ilin, yanvar, fevral ayıcəmisi 3600 manat (ay 1800 manat); 2015-ci ilin mart aymdan-2018-ci ilin may ayına qədər-hər ay 1200 manat olmaqla, 38 ay X 1200 manata= 45600 manat, CƏMİSİ: Əkram Həsənova ödənilən məbləğ 132.000 manat təşkil edir. Onlar fəaliyyət göstərməyə başladıqdan sonra yəni, 2010-cu noyabr, dekabr ayları üzrə Cavabdeh Firması onlardan icarə haqqı tələb etmədi, belə ki bazar yenicə formalaşmağa başlamışdı və sahibkarlar üçün şərait yaradılırdı. Lakin, onlara bidlirdilər ki 2011-ci ildən başlayaraq icarə haqqı ödəyəcəklər. Amma onlar, yuxarıda xxxx etdikləri kimi 2010-cu ilin 2 ayının pulunu Əkram Həsənova ödəmişdilər. Hər dəfə ay sonu gələndə nəzarətçilər gəlib bizdən aylıq icarə haqqı tələb etdikləri zaman onlar müxtəlif bəhanələr gətirirdilər və icarə müqaviləsi əsasında 1 kv.m üçün 6 manat olmaqla icarə haqqını vermirdilər. Təkcə tərəflərindən Cavabdeh Firmasına kommunal xərclər (işıq, su və s. zibilin daşınması və mühafizənin təmin edilməsi,) aylıq olaraq cəmi 120 manat olmaqla ödənilirdi. Hər dəfə nəzarətçilər onlara bildirəndə ki borcları çoxalır, onlar narahat olurdular və bu barədə Əkram Həsənova bildirirdilər, Əkrəm, isə onlara deyirdi ki “narahat olmayın bu məsələ mənlikdir, mən özüm bu məsələni rəhbərliklə həll edəcəm, onlarla eyni kənddənəm, qohumuq” və s. Hər dəfə nəzarətçilər gəlib onlardan icarə haqqını soruşduqda onlar nəzarətçilərdən vaxt istəyirdilər və ticarətin zəif getdiyini bəhanə edərək pulun verilməsini yubadırdılar. Amma, heç bir halda yeri icarəyə götürdüklərini demirdilər. 2015-ci ilin fevral ayında manatın devalvasiyası baş verdi, bütün sahibkarlar kimi bu onlara da təsir etdi və bazar rəhbərliyi onların üzərlərinə bu məsələ ilə bağlı çox getmədi və 2015-ci sonlarında 2-ci devalvasiya baş verdiyi zaman müəyyən müddət üçün Əkram Həsənovdan problemin həll olunub olunmamasını öyrənə bilmədilər. Lakin, aylıq icarə haqqı kimi onlardan icarə pulunu yenə də övladları vasitəsilə almaqda davam edirdi. Manat devalvasiyaya olduqdan sonra ona 2015-ci ilin mart ayından hər ay icarə haqqı olaraq 1200 manat ödəməyə başladılar. Nəhayət, xx.xx.2016-cı il tarixində “Cavabdeh" Firması onlara məktubla borcları barədə yazılı müraciət etdi. Həmin vaxt icarə haqqı üzrə borclarının 86.400 manat olduğunu bir daha bildikdən sonra Əkram Həsənovla əlaqə yaratdılar. Əkrəm, onlara bildirdi ki, “narahat olmayın, mən özüm Firmanın məsul şəxsləri ilə əlaqə yaradıb, məsələni yoluna qoyacağam”xxxx“bizimlə Firma arasında icarə müqaviləsi də mövcudur və orada icarə haqqı 1 kv.m üçün 6 manat müəyyən olunmuşdur. Siz isə bizdən 7 manatdan almısınız”. 2018-ci ilin may ayında onlara məlum oldu ki, Əkram Həsənovun Ticarət mərkəzi ilə müqavilə bağlasa da müqavilədə razılaşdırılmış dəyəri Firmaya ödəməmişdir. Bundan başqa onların verdikləri aylıq 1800 və 1200 manat icarə haqqlarından Firmanın kassasına da heç bir vəsaiti mədaxil etməmişdir. Onlar bunu bildikdən sonra Əkramla yenə də əlaqə yaratdılar və Əkrəm, onlara bildirdi ki “siz mənə vaxt verin, mən özüm bu məsələni yoluna qoyacağam”. Onlar Əkrəmdən pullarını tələb etdilər o, isə müxtəlif bəhanələr gətirdi və vaxt istədi. Lakin, məlum olduğu kimi bu iş hələ də həll olunmamış qalır və iş məhkəmədədir. Pullarını da Əkram Həsənov qaytarmamışdır. Firma onlarla xx.xx.2015-ci il tarixində icarə müqaviləsi bağlamışdır. Ondan əvvəl də aralarında icarə müqaviləsi olmuşdur. İcarə müqaviləsində icarə qiyməti müəyyən olunmuşdur. Həmin qiymətə eyni zamanda xidmət haqqı da daxildir. 2018-ci ilin may ayından sonra icarə haqqını sabit olaraq Firmanın kassasına ödəməyə başladılar. Bundan sonra Firma rəhbərliyi onlardan yenə də tələb etdi ki, “ticarət obyekti üzrə ödəmədiyiniz əvvəlki illərin aylıq icarə haqqlarını Firmanın kassasına ödəməlisiniz. Ödəməcəyiniz halda ticarət mərkəzinin rəhbərliyi məcbur olub yerin boşaldılmasını tələb edəcəkdir və bizə xidmət dayandırılacaqdır”. Bu barədə Firmanın onlara yazılı müraciəti olmuşdur. Tələb yenə də qüvvədədir. Onlar Firmadan xahiş edərək vaxt istədilər ki, Əkram Həsənovu tapıb pullarını ondan alıb Firmaya verərlər. Lakin, Əkram Həsənovun onlara verdiyi vəd yerinə yerinə yetirilmədi. Məhkəmə prosesini bildikdən sonra tam əmin oldular ki, Əkram Həsənovun məqsədi onlara pulu qaytarmamaq olmamış, sadəcə onları aldatmışdır. Müstəqil tələb irəli sürən tərəf kimi prosesə qoşulmaqlarının səbəbi də odur ki, məhkəmə prosesində onlara məlum olan sübutları təqdim etməklə öz haqqlarını tələb edərək pullarını Əkram Həsənovdan ala bilələr. Hal-hazırda onların Firmaya ödəmədikləri keçmiş illər üçün 123840 manat (1kv.m üçün 6 manat olmaqla) manatdan çox bocları yaranmışdır. Onlar bu pulları Əkram Həsənova ödəmişlər və tələbləri odur ki, həmin borc məbləği Əkramdan tutulsun və onlara qaytarılsın və həmin pulu da onlar Firmaya ödəməklə borclarını silə bilərlər. Bu pulun ödənilməsini Firma onlardan tələb edir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müqaviləyə əsasən Əkram Həsənov orada heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş və onların hesablarına əsassız varlanmışdır. Göründüyü kimi onlarla Əkrəm arasında müqavilə olmamış, hüquq və öhdəlikləri müəyyən olunmamışdır. Hal- hazirda onların uzun illər ərzində qurduqları biznes təhlükə altındadır. Məhkəmə qərarı ilə onlar öz bizneslərini tam sığortalaya bilərilər. Bu da ondan ibarətdir ki. 10 ildən çox müddətdə tam olaraq onların istifadələrində olan, təmir olunan, biznes fəaliyyətinin həyata keçirilməsi üçün respublikada və onun hüdüdlarından kənarda tanıdılan xalça biznesi istifadələrində olan yerin əllərindən alınması halında (buna da artıq real zəmin yaranmaqdadır) tam iflas ola bilərlər və onlara küllü miqdarda ziyan dəymiş olardı. Buna görə hər iki obyektə onların istifadə hüquqları tanınmalı və Cavabdeh Firması onlarla uzun muüddətli istifadə hüququ barədə müqavilə bağlamalıdır. Cavabdeh Firması bu müqaviləni onlarla bağlaması üçün məhkəmə qətnaməsi çıxarılmalıdır. Çünki, onlar Cavabdeh Firmasına icarə müqaviəsinin daimi istifadə hüququ ilə əvəz edilməsini xahiş etdikdə onlar bundan imtina etdilər. Eyni zamanda onların Cavabdeh Firmasına olan borcları Əkram Həsənovdan tutulmalıdır. Belə ki, o heç bir hüququ olmadan onlardan həmin pulu aldatma yolu ilə almışdır. Bunu nəzərə alaraq illik 5% olmaqla Əkram Həsənovun özündə saxladığı məbləğə əlavə olaraq 6600 manat da tutulub onlara verilməlidir. xxxx olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiasını müdafiə edərək, iddia tələbinin məzmununa və etiraz ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verilmiş izahatına uyğun izahat verərək,ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini və üçüncü şəxslərin idida tələbini qəbul etməyərək, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması, üçüncü şəxslərin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaçının nümayəndəsi məhkəmə iclaısnda qarşılıqlı iddia tələbinin məzmununa və əvvəlki məhkəmə iclasında verilmiş izahatına uyğun izahat verərək,qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbi və üçüncü şəxslərin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilk iddia tələbi və üçnücü şəxslərin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Üçüncü şəxslərin vəkili və nümayəndəsi məhkəmə iclaısnda iddia ərizəsinin məzmununa uyöun izahat verərək, iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz edərək, üçüncü şəxslərin iddia tələbinin təmin olunması, ilk iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia tələbi əsassız olmaqla , təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, üçüncü şəxslərin iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 6055№ li xx.xx.2010-cu il tarixli müqavilənin məzmunundan aydın olur ki, Cavabdeh firması ilə İddiaçı arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu, satnsiyasının cənubunda, Lpkbatan –Xocahəsən yolunun cənub-şərqində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə mışğul olmaq üçün əriəzdə göstərdiyi sahəyə uyğun olaraq özü işlətmək şərti ilə 50 % güzəşt qiymətlə topdan satış 240 m2 240000 manat daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir m2-ə 1000 manat, cəmi 240000 manat ödəməlidir., sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 100%-ni bir dəfəyə 240000 manat, qalan hissəsini isə xx.xx.2010-cu ilədək ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh firmasına müvafiq qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin tələb edilməsinə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar lıq məktubu ünvanlamış və Firma tərəfindən həmin məktub xx.xx.2020-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli ərizənin məzmunundan görünür ki, Həsənov X16 rayonu ərazisində inşa ediləcəyi yeni ticarət mərkəzində ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün digər müqavilələrə nisbətən güzəşti qiymətlə 240 m2 sahənin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin məzmunundan yadın olur ki, Cavabdeh firması ilə X13 aasında icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavabdeh firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən 240 kv m. olan mağaza sahəsi kimi 1 il müddətinə icarəyə verilməsini öz üzərinə öhdəlik götürmüş, icarəçi razılaşdırılmış qaydada icarə haqqının ödənilməsini öhədisnə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh X1 və X6 2015-cu il üzrə icarə borcunun (60 ay ərzində 1 kv m üçün icarə haqqı 6 manat olmaqla) ödənilmədiyini, ancaq xidmət haqqı və kommunal xərcin ödənildiyini, icarə borcunun məbləğinin 86400 manat məbləğ təşkil etdiyini, yaranmış borcun qısa vaxt ərzində ödənilməsini, əks halda həmin obyekt üzrəində xidmətin dayandırlacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, X13 fərdi sahibkar qismində fiziki şəxslərin sahibkarlıq uçotu üzrə xxxxiyyatdadır. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının xxxx edidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrihüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh Firmasına məxsus olması,habelə həmin sahəyə dair Cavabdeh Firması ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılması halı işin mübahisəsiz hallarıdır. İlk iddiaçı müvafiq sahənin icarə müqaviləsi əsasında onun sahibliyində olduğunu, 8 il həmin sahəni istifadə etdiyini, hazırda ilk iddia üzrə cavabdehin ona maneçilik törətdiyini əsas gətirərək, həmin sahənin onun sahibliyinə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi xxxx olunan hallara istinad etmişdir. İlk iddia tələbi üzrə cavabdeh ilk iddiaçı ilə həmin sahəyə dair icarə müqaviləsinin bağlanıldığını, lakin daha sonra ilk iddiaçının həmin sahəyə görə heç bir icarə haqqı ödəmədiyini, habelə onların razılığı olmadan başqa şəxslərin istifadəsinə verdiyini, buna görə də onunla bağlanılmış icarə müqvailəsinə xx.xx.2011-ci il tarixdə xəbərdarlıq etməklə, xitam verdiklərini, daha sonra isə həmin sahəyə dair üçüncü şəxslərlə icarə müqaviləsi bağladıqlarını, habelə ilk iddiaçının iddia müddətini ötürdüyünü əsas gətirərək, ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə sübutetmə yükü məhz ilk iddiaçının üzərinə düşür. Belə ki, ilk iddiaçı müvafiq sahənin onun qanuni sahibliyində olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin sahənin onun qanuni sahibliyindən və istifadəsindən çıxması halını sübutetmək öhdəliyini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur. ilk iddia tələbi üzrə cavabdehin veridyi izahatından aydın olur ki, müvafiq icarə müqvailəsinin ləğv edilməsinin əsası qimsində ilk iddiaçının icarə haqqı ödəməməsi, habelə onların razılığı olmadan müvafiq sahəni üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı müvafiq icarə sahəsini üçüncü şəxslərin istifadəsinə vermiş və buna görə icarə haqqı almış, Cavabdeh firmasına icarə haqqı ödəməmişdır. xxxx edilən hal ilk iddiaçı tərəfin izahatı, üçüncü şəxslərin izahatı və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. İlk iddiaçı müvafiq icarə müqaviləsinin ləğv olunmadığını, 2018-ci il tarixədək, 8 il həmin obyekti özü və üçüncü şəxslərin vasitəsilə istifadə etdiyini, 2018-ci ildən cavabdeh tərəfindən ona maneçilik törədildiyini bildirsə də, həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq icarə sahəsi xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən üçüncü şəxslərin istifadəsinə verilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. halbuki, mülki qanunnvericiliyin tələbinə əsasən şəxs mülkiyyətçi və ya qanuni sahib qismində ona məxsus əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Hazırki halda isə ilk iddiaçının mübahisə predemti olan sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. ona görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi icarə obyektinin onun sahibliyinə və istifadəsinə qaytarılması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində də əsasssız olmaqla, təmin edilməməlidir. Belə ki, ilk iddiaçı ilk iddia tələbi üzrə cavabdehin hərəkətləri nəticəsində ona 61200 manat məbləğində maddi ziyan vurulduöunu bildirsə də, xxxx eidlən məbləğdə ona maddi ziyan vurulması, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqəanin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdehin hansı təqsilri hərəkətləri nəticəsində ilk iddiaçıya xxxx edilən məbləğdə maddi ziyan vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasındasəbəbli əlaqənin olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə xxxx eidlən halaları əsas gətirərək, hesab edir ki, ilk iddia tələbi bu hissəsə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia tələbi vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi xxxxi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda xxxx olunanlara əsasən hesab edir ki, ilk iddiaçının ilk iddia tələbi üzrə cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı ilk iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi mənəvi zərər hissəsin də təmin olunmamalıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, ilk iddia tələbi üzrə cavabdeh hazırki mülki iş üzrə ilk iddiaçının iddia müddətini ötürdüyünü bildirərək, iddia müddətinin tətbiq eidlməklə ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesa edir ki, hazırki mülki iş üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi üzrə iddia müddəti tətbiq edilmılidir Belə ki, Azərbaycan Respublikasıı Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmidşir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsi xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. İlk iddiaçı mübahisə predmeti olan sahəni 2018-ci ilədək istifadə etdiyini, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ona 2018-ci ildən maneçilik törədildiyini, hüquqlarının 2018-ci ilin yanvar ayından həmin vaxtdan pozulduğunu, müqavilənin 2011-ci ildə ləğv edilmədiyini bildirsə də, xxxx eidlən hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı ilk ididaçının hüquqlarının məhz 2018-ci il yanvar ayı tarixdən pozulması halını müəyyən etmək mümkün olmamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən isə daşınmaz əmlaka dair müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Bu halda, məhkəmə hesab edir ki, ilk iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi tarixə dair subut təqdim etmədiyindənən, iddia müddətinin axımı məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və bu barədə ilk iddiaçıya xəbərdarlıq məktubunun göndərildiyi tarixdən hesablanmalıdır. İlk iddiaçı müvafiq iddia tələbi üzrə məhkəməyə xx.xx.2020-ci il tarixdə mürcaiət etmişdir. xxxx edilən halları əsas götürərək, mülki qanunvericiliyin tələbini rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi iddia müddəti tətbiq edilmıklə də rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının xxxx edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrihüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər: Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Müqavilənin İİ bəndinə əsasən müqavilə imzalandıqdan sonra qüvvəyə minir və müqavilə öhdəliklərinin icrası tam başa çatdıqdan sonra (aktla qəbul edildikdən sonra) və ya tərəflər xitam vermə barədə qarşılıqlı razılığa gəldikdə və ya yeni müqvailə bağlandıqda xitam olunur. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 6055№ li müqavilə xx.xx.2011-ci il tarixdə qarşılılqı iddiaçı tərəfindən ləğv olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, müvafiq müqvailənin ləğv edilməsinə səbəb ilk iddiaçının icarə haqqı ödəməməsi və üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. göründüyü kimi tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi artıq ləğv edilmiş, bununla da tərəflər arasında həmin müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Bu halda, məhkəmə hesab edir ki, tərəflrə arasında bağlanılmış müvafiq icarə müqaviləsi ləğv edildiyindən, artıq həmin müqavilə mövcud olmadığından və bunun nəticəsində həmin müqavilədən irəli gələn hüquq münasibətlərinə, öhdəliklərə xitam verildiyindən, qarşlıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən eidlmişdir ki, ilk iddiaçı qarşlıqlı iddia tələbi üzrə iddiaçının iddia müddətini ötürdüyünü əsas gətiərərk, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə, rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə qarşılqlı iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə xx.xx.2011-ci il tarixdə ləğv edilmiş olsa da, ilk iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı mübahisəyə dair iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Bu halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının müvafiq müqavilə üzrə hüquqlarının pozulduğu vaxt məhz ilk iddiaçı tərəfindən müvafiq müqavilənin mübahisələndirdiyi vaxt (buna dair iddia tələbi ilə məhkəməyə mürcaiət etdiyi vaxt) əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə xxxx edilən halları əsas götürməklə, mülki qanunvericiliyin tələbini rəhbər tutmaqla, hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də ilk iddiaçının qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olmaqla,tətbiq edilməməlidir. Məhkəmə üçüncü şəxslərin iddia tələbi ilə balı aşağıdakı hüquq normalarının xxxx eidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, üçüncü şəxs X13 ilə Cavabdeh firması arasında mübahisə predmeti olan sahəyə dair xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üçüncü şəxsin istifadəsinə verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin sahə hazırda da üçüncü şəxslərin istifadəsindədir. Üçüncü şəxslər 10 ildən çox bir müddətdə həmin sahənin onların istifadəsində olması halını əsas gətirərək, həmin sahənin istifadə olunmasına görə icarə haqqının İddiaçı ödədiklərini, Cavabdeh firmasına yalnız kommunal xərcləri ödədiklərini əsas gətiərərk, həmin sahəyə dair istifadə hüquqlarının tanınması, daimi istifadə hüququ barədə müqavailə bağlamaq öhdəliyini Cavabdeh firmaısnın üzərinə qoyulması, 2010-cu ildən 2018-ci ilin may ayı müddətində İddiaçı qanunsuz olaraq özündə saxladığı 132000 manat pul vəsaitini və illik 5 % olmaqla 6600 manat faiz borcun tutularaq onlara ödənilməsi, Cavabdeh Firması və digər üçüncü şəxslərə onların ticarət fəaliyyətinı maneçilik törədilməsinin qadağan edilməsi tələbini irəli sürmüşdür. İlk iddiaçı hazırki mülki iş üzrə üçüncü şəxslərin iddia tələbi üzrə iddia müddəitinin tətbiq eidlməklə təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmin sahəyə dair üçüncü şəxslərlə icarə müqaviləsinin bağlanıldığını, həmin sahənin hazırda da onların istifadəsində olduğunu, buna dair heç bir maneçiliyin olmadığını əsas gətirərək, üçüncü şəxslərin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə əmlaka dair istifadə hüququnun yaranması əsasında məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilə çıxış edir. Müqavilə isə hər iki tərəfin iradə ifadəsinin nəticəsini özündə ehtiva edən razılaşmadır. Baqşa sözlə, mübahisə predemti olan sahəyə dair üçüncü şəxslərin istifadə hüququ məhz tərəflər arasında bağlanılmış müvafiq icarə müqvailəsinin nəticəsində yaranmışdır. Digər tərəfdən isə fiziki və hüquqi şəxslər hər hansı müqavilənin bağlanmasında azaddırlar. Hər hansı şəxsin üzərinə müqavilə bağlanılmaıs öhdəliyinin qoyulması mülki qanunvericilikdə birbaşa təsbit edilmiş mülki qanunvericiliyin əsas prinsiplərindən biri qismində çıxış edən müqavilə azadlığı prinspinə ziddir. Qedy edilən ahlları əsasgötürərək, məhkəmə hesab edir ki, üçüncü şəxslərin idida tələbi istifadə hüququnun tanınması və müqvailə bağlamaq öhdəliyini cavabdehin üzərinə qoyulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, üçüncü şəxslər hər ay İddiaçı heç bir əsas olmadan icarə haqqı ödədiklərini, onun həmin icarə haqqını Cavabdeh firmasına ödəmədiyini, Cavabdeh Firmaısnın həmin pulu onlardan tələb etdiyini bidlirərək, İddiaçı Həsən oğluna ödənilmiş 132000 manat məbləğində pulun əsassız olaqra özündə saxlaması halını əsas gətirərək, həmin pul vəsaitinin tutularaq onlara ödənilməsini tələb etmiş və iddia tələbinin əsası kimi xxxx eidlən hallara istinad etmişdir. Lakin üçüncü şəxslər xxxx edilən hallara dair, habelə həmin məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ələ keçirilməsi, məhz cavabdehin hərəkətləri nəticəsində həmin məbləğdə pul vəsaitindən onların məhrum olması hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halalrın sübut edilməsi öhdəliyi məhz üçüncü şəxslərin üzərinə düşür. bununla da, üçüncü şəxslərin məhz cavabdehin hərəkətləri nəticəsində xxxx edilən məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də xxxx eidlənləri əsas götürərək, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, üçüncü şəxslər iddia tələbində Cavabdeh firması və üçüncü şəxslərin onların ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsini tələb etsə də, cavabdehin və digər şəxslərin onların ticarət fəaliyyətinə hansı maneçilik törədilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halalrın sübut edilməsi öhdəliyi məhz üçüncü şəxslərin üzərinə düşür. Bununla da, cavabdehin hansı hərəkətləri nəticəsində üçüncü şxəslərin tivcarət fəaliyyətinə hanı maneçilik törədilməsi hallarını müəyyən etmək mümkün olmamışdır.Ona görə də məhkəmə hesab edir ki, üçüncü şəxslərin idida tələbi xxxx edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən eidlmişdir ki, ilk iddiaçı üçüncü şəxslərin iddia tələbi üzrə iddiaçının iddia müddətini ötürdüyünü əsas gətiərərk, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə, rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə üçüncü şəxslər tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, , ilk iddiaçı tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Bu halda, məhkəmə hesab edir ki üçüncü şəxslərin hüquqlarının pozulduğu vaxt məhz ilk iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqların mübahisələndirdiyi vaxt (buna dair iddia tələbi ilə məhkəməyə mürcaiət etdiyi vaxt) əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə xxxx edilən halları əsas götürməklə, mülki qanunvericiliyin tələbini rəhbər tutmaqla, hesab edir ki, üçüncü şəxslər tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də ilk iddiaçının üçüncü şəxslərin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olmaqla,tətbiq edilməməlidir. Məhkəmə bununla əlaqədar onu xxxx edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, sübutları əsas götürərək, hesab edir ki, ilk İddiaçı cavabdeh “Cavabdeh" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddiaçı Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin olunmamalı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X4 cavabdehlər İddiaçı və “Cavabdeh ” Firmasına qarşı “ qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamalı, ilk iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya, üçüncü şəxslərin iddia tələbi üzrə ödənilmiş dövlət rüusmu üçüncü şəxslərə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-181/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-181/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver