Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1815/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı «borc tələbi, tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi, əmlakın boşaldılması, istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı ««borc tələbi, tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi, əmlakın boşaldılması, istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması üzrə 15306.86 manat məbləğində kredit borcu, 3928.45 manat məbləğində faiz borcu və 5,500168 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24735 (iyirmi dörd min yeddi yüz otuz beş) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Hüseynov X7 qəsəbəsi, Kəşfiyyatçılar küçəsində istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 1 mərtəbəli binada, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 24735 (iyirmi dörd min yeddi yüz otuz beş) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması; X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 1 mərtəbəli binada, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə X3, Cavabdeh3 qızının, Cavabdeh4, X1, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsinə əsasən 177 (yüz yetmiş yeddi) ay müddətinə 300 000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 21.06.2019-cu il tarixli, 04L000005795S saylı sazişə əsasən, 16.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsinin müddəti 177 (yüz yetmiş yeddi) ay, məbləği 300000 (üç yüz min) ABŞ Dolları olaraq dəyişdirilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 19.05.2020-ci il tarixli 004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2693.14 manat ödəmiş, onun 15306.86 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu əsaitləri kreditora qaytarmadığı üçün 12.02.2021 -ci il tarixə 234 gün üçün hesablanmış faiz borcu 3928.45 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 12.02.2021-ci il tarixə 234 gün üçün hesablanmış cərimə 5500.68 manat təşkil edir.Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh2 və Bank arasında bağlanılmış 21.06.2019-cu il tarixli 3M-1825 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilib) əsasında ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 1 mərtəbəli binada, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən 590 nömrəli reyestr kitabının 54220 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 1 mərtəbəli binada, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka qoyanın arvadı Cavabdeh3 qızı, oğlu X8 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 1 mərtəbəli binada, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür, (razılıq ərizəsinin surəti əlavə olunur). Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 oğlu 20 sentyabr 2021-ci il tarixli məhkəmə iclaısnda izahat verərək, ekspert rəyi ilə razı olduğunu, borcun digər cavabdehə Natiqə aid olduğunu, müqvailənin Natiqlə bağlanıldığını, onun zamin olduğunu, zaminlik müqaviləsinə, ödəniş cədvəli ilə tanış olduğunu, ipoteka predmeti olan evin onun olduğunu, digər cavabdehlərin də iştirak etməsini istədiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 16.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50 000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 21.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişin məzmunundan görünür ki, 16.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsinin müddəti 177 (yüz yetmiş yeddi) ay, məbləği 300000 (üç yüz min) ABŞ Dolları olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 12.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması üzrə 15306.86 manat əsas borc, 3928.45 manat faiz borcu, 5500.68 manat cərimə borcu olmaqla, cəmi 24735.99 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 19.05.2020-ci il tarixli 004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qrafikinə əsasən, Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli 2018/00008-EY №-li kredit müqaviləsi üzrə aylıq 839,00 manat ödəməklə, əsas məbləğə görə 15.000 manat, 5.129 manat faiz borcuna görə olmaqla, cəmi 20.129 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.06.2019-cu il tarixli 004S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzil xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh2 məxsusdur, habelə xeyrinə hüquq yüklü edilən şəxs qismində AccesBank QSC, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 177 ay, 16.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təminatı qismində qeyd olunmuşdur. İş materiallarında olan **********644 nömrəli ərizəsinin məzmunundan görünür ki, X8 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilin kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermişdir. İş materiallarında olan **********643 nömrəli ərizəsinin məzmunundan görünür ki, Cavabdeh3 qızı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilin kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermişdir. İş materiallarında olan bildirişin məzmunundan görünür ki, 16.09.2014-cü il tarixli 04L000005795 saylı kredit xətti müqaviləsi ona edilmiş dəyişiklik və əlavələr haqqında sazişlər üzrə verilmiş kredit üzrə qalıq borc 15 306.8600 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli ƏEM\A 68-834\21 nömrəli rəyin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilin likvid dəyəri 22 000 manat təşkil edir.Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə iddia ərizəsinin tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz borcu və cərimə borcunun iddiaçının xeyrinə tutulması hissəsində aşağıdakı hüquq normalarının qeyd olumasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.2-ci maddəsinə əsaəsn öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsaəsn öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında 21.06.2019-cu il tarixli Kredit Sazişi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 18000 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verir, cavabdeh isə həmin kredit məbləğini 30 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq hər ay 817 manat məbləğində ödəniş etməklə geri qayatrmağı öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarından görünür ki, həmin kredit müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmini üsulu olaraq iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Ona görə də, məhkəmə kredit üzrə əsas və faiz borcunu hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, iddia tələbi kredit borcunun qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 5500,68 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cərimə borcunun tutulması hissəsi ilə bağlı qalan hissədə əsassız olmaqla, təmin edilməməlidir.. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 21 iyun 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz həmin ekspert rəyi əsas götürülməklə, həmin rəy əsasında müəyyən edilmiş müvafiq daşınmaz əmlakın likvid dəyəri əsasında müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyi məzmununda aydın olur ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin likvid dəyəri 22000 manat məbləğ təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti 22000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlə mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənzilə dair istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf nəqədər ki mübahisə predmeti olan əmlakın mülkiyyətçisi qismində çıxış etmir, onun belə bir tələb irəli sürməyə dair subyektiv hüququ mövcud olmamışdır. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin eidlməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı, 10 manat məbləğində ipoteka bildirişinin qeydə alınmasına dair rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmiş, aparılmış ekspertzai tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumları və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməli, habelə hazırki mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21.06.201-cu il tarixli kredit müqaviləsi yaranmış 15306,86 manat məbləğində əsas borcu, 3928,45 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilməli, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 22000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər ipoteka predmeti olan mənzildən ən geci 1 ay ərzində çıxarılmalı,qalan hissədə iddia təmin edilməməlidır. İş üzrə keçirilmiş mənzilin qiymətləndirməsinə dair ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 21.06.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21.06.201-cu il tarixli kredit müqaviləsi yaranmış 15306,86 manat məbləğində əsas borcu, 3928,45 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 22000 manat müəyyən edilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və ailə üzvləri Cavabdeh3 qızı, X4, Cavabdeh6,X6 ən gec bir ay ərzində mənzil boşaldılaraq, həmin mənzildən çıxarılsın. . Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1815/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1815/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver