Məhkəmə qərarları › İş №2(002)-1822/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1822/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1822/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh2 və Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Notariat Ofisində bağlanmış 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin və 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı X2 məhkəmənin dəftərxanasına ərizə verərək, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən, mövcud iddia ərizəsi ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170.1, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar