Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1825/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 25506.41 manat əsas borc, 1854.31 AZN faiz, 266.70 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 27627.425 manat borcu və 172.88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 21 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 28000 AZN kredit götürülmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 21 iyul 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il mayin 05-dək Cavabdeh2nın banka 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 25506.41 AZN əsas borc, 1854.31 AZN faiz, 1066.82 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 28427.54 AZN borcu vardır. Cavabdeh2 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1066.82 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 266.70 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 21, 465.2, 467, 445.2.1, 472.1, 472.2, 501-ci maddələri ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş edildiyindən həmin ödəniş nəzərə alınmaqla yeni maliyyə arayışı təqdim edilmişdir, odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək əsas və faiz borcunun hesablanması ilə bağlı etirazının olmadığını bildirmiş və qeyd etmişdir ki, əmlakını sataraq banka olan borcundan ödəniş etmişdir, borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 15-Z1-5-0-577-22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə, illik 16 % dərəcəsi ilə, 28000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə güzəşt müddəti ərzində hər təqvim ayının 21-dək 984.4 manat ödəniş borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə və “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. Həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 yuxarıda qeyd edilən şərtlərlə verilmiş kreditin ödəniş qaydası aylıq 984.4 manat olmaqla müəyyən edilmiş, ödənilmiş məbləğdən hansı hissədə faiz borcuna, hansı hissədə əsas məbləğə hesablanacağı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 15-Z1-5-0-577-22 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdələrinə götürdükləri borc məbləğini İddiaçı ASC-yə 5 iş günü ərzində ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, ödənilməmiş əsas borc üzrə 20811.74 manat, faiz borcu üzrə 354.17 manat, cərimə borcu üzrə 2107.79 manat borcu olmaqla, Cavabdeh1nın cəmi 23273.7 manat kredit borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə görə, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 28000 manat məbləğində pul vəsaitini kredit verməyi, Cavabdeh2 isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Cavabdehlər də məhkəmə iclaslarında verdikləri izahatlarında bank qarşısında maliyyə arayışında göstərilən məbləğlərdə borcunun qalmasını inkar etməmiş, lakin birdəfəlik ödənişə razı olmadığını qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələb irəli sürməkdə haqlı olmuş, əsas borclu və zamin onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Odur ki, məhkəmə iddia tələbini əsas və faiz borcu hissəsində əsaslı hesab edir. Məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı onu qeyd edir ki, İddiaçı ASC tərəfindən isə həmin ödənişə uyğun yeni maliyyə arayışı məhkəməyə təqdim edilərək, əsas borc üzrə qalıq məbləğinin 20811.74 manat, faiz borcunun 354.17 manat, cərimə borcunun 2107.79 manat olduğu müəyyən edilmiş və iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği ilə bağlı hissədə sonuncu maliyyə arayışına uyğun qismən təmin edilərək 20811.74 manat, faiz borcun məbləği ilə bağlı hissədə isə 354.17 manat məbləği həddində təmin edilməlidir. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin 10-cu fəslinin (Bankın hüquqları) 21-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək bankın hüququdur. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin məhkəmə hesab edir ki, iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini 266.70 manat olmaqla tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, hesab edir ki, 100 məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddia tələbinin İddiaçı ASC iləCavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli kredit müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Razılaşmalarla qəbul edilmiş Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin 6-cı fəslinin 17-ci bəndinə əsasən, razılaşmaya əsasən Müştəriyə Kredit limiti ayrıldıqda, Bank Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müəyyən etdikdə və ya Müştəri Bank və ya digər hər-hansı maliyyə institutu qarşısında borc üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə və bunun nəticəsində borcun qaytarılmasının təhlükəyə məruz qala biləcəyini müəyyən etdikdə, Müştərinin əmlakı üzərinə həbs qoyulduqda, başqa öhdəliklərin götürülməsi nəticəsində borc yükü artdıqda, kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallarda, təminatın bazar qiyməti borcun verilməsi üçün kifayət etmədikdə, həmçinin kreditin verilməsi Bankın maliyyə vəziyyətinə hərhansı formada mənfi təsir göstərəcəyi halda Bank Müqavilə üzrə Borcalana kredit verməkdən imtina edə, həmçinin kredit xəttinin istifadə edilməmiş hissəsindən istifadə edilməsini məhdudlaşdıra / ləğv edə bilər, habelə verilmiş krediti vaxtından əvvəl tələb edə bilər. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, borclu tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 172.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 172.88 manat məbləğində dövlət rüsumunun 153.8 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20811.74 manat məbləğində əsas borc, 354.17 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21165.91 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 153.5 manat məbləğ hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20811.74 manat məbləğində əsas borc, 354.17 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21165.91 məbləğində pul vəsaiti və ödənilmiş 153.5 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1825/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1825/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver