Məhkəmə qərarları › İş №2(002)-1833/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-1833/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-1833/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanda yerləşən Kreditor MMCnin borclu Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, ev 20 ünvanda qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixində bağlanmış SHK5650981 saylı müqavilə üzrə ödənilməmiş 336,00 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış SHK5724422 saylı müqavilə üzrə ödənilməmiş 2496,00 manat olmaqla, ümumilikdə 2832,00 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2852 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan X1 filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılsın. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyinə görə Kreditor MMC öz tələblərini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor yuxarıda göstərilənləri və Azəbaycan Respublikası MPM-in 4, 74, 149, 150, 275, 276, 277-278-ci maddələrini rəhbər tutaraq, Borclu 2832 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2852,00 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (A\zərbaycan X1 filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, tələbkar Kreditor MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2019-cu il tarixində bağlanmış SHK5650981 saylı müqavilə üzrə ödənilməmiş 336,00 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış SHK5724422 saylı müqavilə üzrə ödənilməmiş 2496,00 manat olmaqla, ümumilikdə 2832,00 manat əsas (qalıq) borcu vardır. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, əmrin çıxarılması barədə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borculunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır. Həmin Məcəllənin 276.2 və 276.2.2-ci maddələrinə əsasən tələb yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə hesab edir ki, Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və həmin fakt digər sənədlərlə də sübut olunduğundan kredit borcu və ödənilmiş dövlət rüsumu borcludan tutularaq kreditora ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275- 278-ci maddələrini rəhbər tutaraq, Ə m r e t d i m: xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan Borclu 2832 manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-nin (Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı, m/h:AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) xeyrinə tutulsun. Borclu tələbkar Kreditor MMC-nin xeyrinə 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar