Məhkəmə qərarları › İş №2(002)-1839/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1839/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1839/2024 13.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12000 manat pulun və 126 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, xalası oğlu X5 və onun tanışı X7 ilə birlikdə heyvandarlıqla məşğul olurdu. X10 Nazirliyindən mal-qara alaraq digər şəxslərə satırdılar. 2022-ci ilin iyun ayında "xxxx" ASC-dən şəxsən özü 24000 manat məbləğində kredit götürərək 32 baş iribuynuzlu heyvan almışdır. Həmin mal-qaranı 24000 manat müqabilində xalası oğlunun tanışı, eyni zamanda X3 əmisioğlu olan Cavabdeh şifahi razılaşma əsasında nisyə satmışdır. Cavabdeh həmin mal-qaranın dəyəri olan 24000 manatı 1 (bir) ay müddətində ona ödəyəcəyinə dair söz versə də, sözünə əməl etməmişdir. Cavabdeh ona borclu olduğu 24000 manatın 9500 manat hissəsini ayrı-ayrı vaxtlarda hissə-hissə nağd qaydada ödədikdən sonra, buraxılış ili 1987-ci il olan Niva markalı avtomobili borcunun bir hissəsinin silinməsi məqsədilə Səxavətə vermiş, Səxavət isə həmin avtomobili 2500 manata satmış, həmin məbləğ də borcdan silinmişdir. Beləliklə, Cavabdeh ona 12000 manat borcu qalmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək qalan məbləği ödəməkdən boyun qaçırdığı üçün onun şikayəti əsasında Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində araşdırma aparılmış, cavabdehin və adını çəkdiyi digər şəxslərin izahatları alınmışdır. Cavabdeh Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində 12000 manat borcunun olduğunu etiraf etmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin baş təhqiqatçısı X9 tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və ona məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin etirazı ilə bağlı qeyd etmək istəyir ki, Kənd Təsərrüfatı Nazirliyindən alınan mal-qaranın müvafiq sertifikatları olmuş, cavabdehə təhvil verilən zaman heç bir sağlamlıq problemi olmamışdır. Hətta, o, cavabdehə bildrimişdir ki, mal-qarada xəstəlik varsa, dərhal ona qaytarsın. Lakin cavabdeh mal-qaranı özünün borclu olduğu Nizami adlı şəxsə satmış, ona borcunu ödəyəcəyini bildirmiş, sonradan isə yayınmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, o, həqiqətən 2022-ci ilin iyun ayında iddia ərizəsində göstərilən mal-qaranı nisyə formada 24000 manata satın almışdır. Alqı-satqı barədə danışıqları əmisi oğlu Asif və onun tanışı Səxavət vasitəsilə aparmışdır. Növbəti günlərdə heyvanların xəstə olduğunu, bir neçəsinin tələf olduğunu görüb heyvanları geri aparmalarını tələb etsə də, onlar heç bir tədbir görmədilər. O isə mal-qaranı Bərdə rayon sakini Nizami adlı şəxsə 17000 manata satmışdır. Mal-qaranı 24000 manata alsa da, heyvanların xəstəliyinə görə onların dəyəri cəmi 17000 manat təşkil edirdi və ona görə də onları 17000 manata satmışdır. Alqı-satqı üzrə borcunun 12000 manatını nağd formada iddiaçıya qaytarmışdır. Qalan borca görə isə Niva markalı avtomobilini Səxavətə vermiş və onu 4000 manata sataraq borcundan çıxılmasını xahiş etmişdir. Beləliklə, iddiaçı tərəfə cəmi 1000 manat borcu qalmışdır. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, İddiaçı ilə çoxdan tanışdır. Onlar birlikdə heyvan alqı-satqısı ilə məşğul olurdular. 2022-ci ilin iyun ayında 32 baş iribuynuzlu heyvan tamamilə iddiaçının pulu ilə alınmışdır, həmin 24000 manat pulu iddiaçı bankdan kredit götürmüşdür. Daha sonra həmin mal-qaranı Səxavətlə birlikdə əmisinin oğlu olan cavabdeh Möhübbətə satdılar. Cavabdeh həmin mal-qaranı 24000 manata aldı və pulu qısa müddətə verəcəyinə dair söz verdi. Sonradan cavabdehin heyvanları satdığını öyrəndilər. Möhübbət öz borcundan 9500 manat məbləğini ayrı-ayrı vaxtlarda hissə-hissə nağd qaydada ödədikdən sonra, buraxılış ili 1987-ci il olan Niva markalı avtomobilini satmaq və borcdan çıxmaq üçün Səxavətə verdi. Həmin avtomobil isə yalnız 2500 manata satıldı. Ona görə də hazırda cavabdehin iddiaçıya 12000 manat borcu qalmışdır. İddiaçı kreditə görə faiz ödəyir, ona görə də özü və atası kreditin faizinə görə iddiaçıya kömək etmək məcburiyyətində qalmışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı Rzayev Məhəbbət onun xalası oğlu, cavabdeh isə dostunun əmisioğludur. 2022-ci ilin iyun ayında 32 baş iribuynuzlu heyvan tamamilə iddiaçının pulu ilə alınmışdır, həmin 24000 manat pulu iddiaçı bankdan kredit götürmüşdür. Daha sonra həmin mal-qaranı dostunun əmisioğlu olan cavabdeh Möhübbətə satdılar. Cavabdeh həmin mal-qaranı 24000 manata aldı və pulu qısa müddətə verəcəyinə dair söz verdi. Sonradan cavabdehin heyvanları satdığını öyrəndilər. Möhübbət öz borcundan 9500 manat məbləğini ayrı-ayrı vaxtlarda hissə-hissə nağd qaydada ödədikdən sonra, buraxılış ili 1987-ci il olan Niva markalı avtomobilini satmaq və borcdan çıxmaq üçün verdi. Həmin avtomobil isə yalnız 2500 manata satıldı. Ona görə də hazırda cavabdehin iddiaçıya 12000 manat borcu qalmışdır. Bundan əlavə, qeyd edir ki, cavabdeh heyvanların xəstə olduğunu iddia etsə də, bu həqiqətə uyğun deyildir. Çünki, Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətinin verdiyi sənədlərə əsasən həmin heyvanların sağlam olduqları təsdiq olunmuşdu. Cavabdeh aldıqdan sonra mal-qaranı Kəlbəcərə, daha soyuq əraziyə aparmışdı. Heyvanları guya xəstəliyə görə ucuz satdığını desə də, əslində Nizami adlı şəxsə borcu olduğundan sonuncunun təzyiqi ilə onları 17 min manata satmış, lakin iddiaçıya olan borcunu indiyə kimi qaytarmamışdır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı X4 xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd olunur ki, izahatı alınan Cavabdeh şikayət ilə tanış olaraq barəsində yazılanların doğru olduğunu, ona verilən 24000 manat dəyərində heyvanı 17000 manata satdığını bildirmişdir. İş materiallarında olan 23-Y-8-0-1458-22 saylı kredit müqaviləsinə 1 saylı, xx.xx.2022-ci il tarixli əlavənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 16% ödəmək şərti ilə 24000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı, X3 və X2 Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-də verdikləri izahatlarının surətlərindən görünür ki, həmin şəxslər məhkəmə iclasında verdikləri izahata uyğun izahat vermiş və Cavabdeh ümumilikdə 12000 manat borcunun olduğunu bildirmişlər. İş materiallarında olan Cavabdeh Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-də verdiyi izahatının surətindən görünür ki, o, tərəflər arasında razılaşmaya əsasən heyvanların dəyərinin 24000 manat olduğunu bildirmiş və məhkəmə iclasında verdiyi izahata uyğun izahat vermişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında iribuynuzlu heyvanların alqı-satqısına dair şifahi formada müqavilə bağlanmış, heyvanların dəyəri 24000 manat olaraq razılaşdırılmış, hazırda həmin razılaşma üzrə cavabdehin iddiaçıya ödənilməmiş 12000 manat borcu qalmışdır. Cavabdeh qeyd olunan razılaşma üzrə öhdəliyini qismən yerinə yetirmədiyinə görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, cavabdeh tərəfin etirazında qeyd etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, satılan heyvanlarda başlıca qüsurların olması və məhz bu səbəbdən onların cavabdeh tərəfindən daha ucuz satılması, habelə iddiaçı tərəfə on altı min manatın ödənilməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 612.1-ci maddəsinə əsasən, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, cavabdeh tərəfin etirazı əsaslı hesab oluna bilməz, iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllədən 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar