Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1846/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LP»Bank Standart» QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LP»Bank Standart» QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 11139,28 (on bir min yüz otuz doqquz,iyirmi səkkiz) manat - bundan.5711,67 (beş min eddi yüz on bir,altmış yeddi) manat əsas, 2284,48 (iki min iki yüz səksən dörd,qırx səkkiz) manat a iz, 2341,28 (iki min üç yüz qırx bir,iyirmi səkkiz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra --R Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 801,85 səkkiz yüz bir,səksən beş) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun . ıvabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan QSC “Bank Standard” KB- ' ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərziəsini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli 100/05/107815/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 01.03.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 11139,28 (on bir min yüz otuz doqquz,iyirmi səkkiz) manat təşkil edir. Bundan 5711,67 (beş min yeddi yüz on bir,altmış yeddi) manat əsas, 2284,48 (iki min iki yüz səksən dörd,qırx səkkiz) manat faiz, 2341,28 (iki min üç yüz qırx bir,iyirmi səkkiz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 801,85 (səkkiz yüz bir,səksən beş) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********253 saylı 01.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edənmaliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə mürcaiət edildiyi vaxt cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın məhz Qaradağ rayonu ərazisinə aid olmasına dair heç bir sənədin olmadığını bildirərək, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın başqa rayon ərazisinə aid olduğunu nəzərə alaraq, hazırki mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsində cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2hin həmin ünvanda rəsmi qeydiyyatda olmağına dair heç bir sənəd iş materiallarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddiaçı tərəf həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı AZEMİS elektron informasiya sistemindən əldə olunmuş məlumat əsasında cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın Ağstafa rayonu, Ağstafa olduğu (sənədin verilmə tarixi 27.10.2019-cu il kimi qeyd edilmiş) müəyyən edilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə mürcaiət edilən vaxt (24.05.2021-ci il tarixdə) cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan məhz Ağstafa rayonu olmuşdur. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan barəsində əvvəlcə rəsmi sənəd olmadığından, hazırki halda isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın məhkəməyə iddia ərizəsi ilə müraciət edilən tarixdə məhz Ağstafa Rayonu, Ağstafa olması halı aşkar edildiyindən, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LP»Bank Standart» QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1846/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1846/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver