Məhkəmə qərarları › İş №2(002)-186/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-186/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-186/2025 05.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borc 18626 manat pulu, 150 manat dövlət rüsumu və vəkilə ödədiyi 350 manat pul olmaqla, cəmi 19126 manat borcun ona ödənilməsi haqda qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xırda alverlə məğul olduğu üçün həmişə gəlib məndən müxtəlif növdə su, tütün məmulatı olan siqaret yeyinti və s. məhsulları alıb aparır bir qisminin pulunu qaytarır digər qismini gələn dəfəyə saxlayırdı. 2023-cü ilin oktyabr, dekabr ayları ərzində apardığı məhsulların dəyərindən 18625 (on səkkiz min altı yüz iyirimi beş) manat borcu yaranmışdır. Yanvar 2024-cü il tarixdən Nicat mənimlə alış-verişi dayandırmışdır. Mən səbəbini soruşanda pulları yığa bilmədiyi üçün işləmək istəmədiyini, lakin mənə olan 18625 manatı qurtaracağını bildirdi.Mən bu barədə təxminən iyul 2024-cü il tarixdə Polisə şikayət yazdım. Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovniki-leytenantı Qaffarova Taryel ərizəni icraata alaarq tərəfləri dindirrib nəticəyə gəlmişdir ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində “cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixdə qərar vermişdir.Həmin qərarla müəyyən edilmijşdir ki, həqiqətən Cavabdeh mənə 18625 manat borcu yaranmış, lakin o, bu borcu verməkdən bu və ya digər formada boyun qaçırır.Ona görə də bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Əsas: Bakı şəh. Yasamal RPİ-nin 29 PŞ-nin xx.xx.2024-cü il tarixli (HK-1/2767 N°-li qərarı).Cavabdeh: Cavabdeh Polisdə etirafı ilə bağlı qəbul edilmiş qərarlayanaşı, eyni zamanda öz aramızda olan telefon yazışmalarımız da vardır. Həmin yazışmaların surətlərini ərizəyə əlavə etmişdir. Həmin yazışmalardan görünür ki, cavabdeh ona olan 18625 manat məbləğində borcunu etiraf etmişir. Dəflərlə borcun ödıənilməsini tələb etsə də, cavabdeh pulları qaytarmaışdır. Axırda məcbur qalıbki, vəkilə 350 manat və dövlətə 150 manat dövlət rüsumu ödəyərək məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X3 izahatında qeyd etmişdir ki, o mağazada satıcıdır, mağazanın əsl sahibi İddiaçıdur. Cavabdehə verilmiş əşyalar İddiaçı pulu ilə alınmışdır.Bu səbəbdən ərizə təqdim edərək, özünün əsl iddiaçı- İddiaçı ilə əvəz eilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə etiraz etməmişdir. Qaradağ rayon Məhəməsi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddiaçının əsl iddiaçı- İddiaçı ilə əvəz eilməsini qərara alımışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olumasını məhkəmədən xahiş etmişdir. O həmçinin ərizə verərək səhəti ilə əlaqədar gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılması və qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki audio yazısının aparıldığı məhkəmənin xx.xx.2024-cü il tarixli iclaslarında iddianı etiraf etmiş və iddiaçıya tələb olunan məbləğdə borcu olduğunu təsdiqləmişdir. Bu barədə yazılı ərizəni məhkəməyə təqdim edərək 18626 manat məbləğində borcunu etiraf etmişdir . Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi,Qurtuluş 93, ev 22, mənzil 38-də yaşayan X3 xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə müraciət edərək, 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddətdə müxtəlif vaxtlarda Nicat adlı şəxs ondan ümumi dəyəri 18625 manat dəyərində tütün məhsullarını götürərək pulunu ödəyəcəyini vəd etmiş, lakin vədinə əməl etməyərək onu aldatması barədə məlumavermişdir. Toplanmış material Abşeron RPİ-si tərəfindən materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilərək Yasamal RPİ-nə göndərilmiş, xx.xx.2024cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin HK-1/2767 sıra sayı ilə qeydiyyata alınaraq icraatıma verilmişdir. İzahatı alınmış X3 izahatında bildirmişdir ki, Cavabdeh 3 il müddətində tanıdığını, Nicat onun ünvan 1 ünvanında yerləşən "Dondurma" adlı mağazasında 2023-cü ilin oktyabrayından2023-cü ilin dekabr ayınadək olan müddətində ondan nisyə siqaret məhsuları aldığını, həmin müddətdə təxminən 60000 (altmış min) manat məbləğində siqaret məhsulları almış, hər mal almağa gəldikdə əvvəlki aldıqları malların pulunun bir qismini ödədiyini, sonradan ümumilikdə ona 18625 (on səkkiz min altı yüz iyirmi beş) manat kəsiri olmuşdur. 2024-cü ilin yanvar ayında Nicat ondan alış verişi dayandırmış, o Nicata yenidən işləməsini təklif etmiş, lakin Nicat nisyədə olan malların pulunu yığa bilmǝdiyi üçün işləmək istəməməsini, ona olan borcunun qaytaracağını bildrimişdir.İkin araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o Orxan Abdulhüseynovu 20218-ci ildən tanıdığını, Orxandan 2018-ci il tarixdən alış vərdiş etdiyini, aldığı malların bir hissəsini nisyə götürdüyünü və borclu qalan məbləği qaytardığını bildirmişdir. Son zamanlar işlərinin yaxşı getmədiyini, son bir il ərzində yəni 2024-cü ilin yanvar ayınadək olan müddətdə Orxandan götürdüyü tütün məhsulları və spirtli içkilərin pulunu bir hissǝsini ödəməsini, təxminən 18625 manat borcunun qaldığını bildirmişdir. O Orxandan təxminən 90000-100000 manat civarında məhsul götürdüyünü və həmin məbləğdən 18625 manat borcu qaldığını bildrimişdir. O Orxanı aldatmadığını, mağazası bağlandığını və əməliyyat olduğu üçün maddi durumu aşağı düşmüşdür. Cavabdeh yaxın vaxtlarda Orxanın pulunu qaytaracağını bildirmişdir.Bununla da göründüyü kimi, X3 ilə Cavabdeh aralarında olan pul tələbi mülki xarakterli olduğundan, əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməli, vǝtəndaş O.Abdulhüseynova pul mübahisəsi ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qəbzlərdən görünür ki, 350 manat məbləğində pul Bakı şəhəri “MƏRKƏZ” vəkil bürosunun hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14221102 saylı qəbzdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə təyinatı Qaradağ rayon Məhkəməsi olmaqla 149,6 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın qismən etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın qismən etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, tərəflər arasında şifahi şəkildə razılığa gələrək, borc münasibətləri yaranmışdır.İddiaçı cavabdehə razılığa əsasən müvafiq məbləğdə əmlak təhvil versə də cavabdeh isə həmin əşyaların dəyərini ödəməyərək iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən 18626 manat məbləğində vurulmuş maddi ziyanı tələb edir, cavabdeh isə iddia tələbini etiraf edərək qəbul etmişdir. Məhkəmə məhkəmə iclaslarında tərəflərin izahatlarını,cavabdeh tərəfindən iddianın etirafını, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 18626 manat məbləğində pul tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, X4 tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 149,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan qəbzlərdən göründüyü kimi X4 tərəfindən vəkilə hüquqi xidmətinə görə 350 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hal-hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş 149,60 manat dövlət rüsumu və 350 manat vəkil haqqı olmaqla cəmi 499,60 manat Cavabdeh tutularaq X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 18626(on səkkiz min altı yüz iyirmi altı) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 149,60 manat dövlət rüsumu və 350 manat vəkil haqqı olmaqla cəmi 499,60(dörd yüz doxsan doqquz manat almış qəpik) manat tutularaq X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar