Məhkəmə qərarları › İş №2(002)-1862/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1862/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1862/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 mart 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı üç uşaqları var. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər üç uşağın onun yanında saxlanılması qərara alınmış və azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşağa görə 135 manat olmaqla, üç uşağa görə 405 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Belə ki, cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladlarının maddi və mənəvi vəziyyətləri ilə maraqlanmamış, uşaqların təhsili və tərbiyəsi ilə bağlı əlavə xərclərdə iştirak etmir. Hazırda övladlarını tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Lakin, o, əyani təhsil aldığı üçün işləyə bilmir, yalnız cavabdehin gecikmələrlə ödədiyi alimentlə üç uşağını dolandırmağa çalışır. Cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı mülki işə baxılarkən məhkəmənin iclasında şəxsi təsərrüfatla məşğul olmaqla aylıq qazancının 400 manat olmasını bildirsə də, cavabdehin aylıq qazancı bildirdiyindən dəfələrlə çoxdur. Belə ki, cavabdeh şəxsi təsərrüfatla, yəni arıçılıq təsərrüfatı ilə məşğul olmaqla özünün də etiraf etdiyi kimi 1.080 dənə arıya baxır. Cavabdeh bunu apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında bildirmişdir. 1.080 dənə arı isə hamıya məlum olduğu kimi 1.080 ədəd arı pətəyi deməkdir və hamıya məlum olan haldır ki, arı balının 1 kiloqramının dəyəri minimum 30-40 manat təşkil edir. Bu barədə əlavə sübutları da məhkəmə iclasında təqdim edəcək. Cavabdehlə faktiki ayrıldıqdan sonra o, valideynlərinin dəstəyi ilə çətinliklə də olsa övladlarının tərbiyəsi ilə məşğul olmuş və övladlarının tələbatlarını təmin etmişdir. Lakin son zamanlar valideynlərinin də maddi vəziyyəti o qədər də yaxşı olmadığı üçün, birgə nikahlarından olan övladlarının saxlanılmasını təmin edə bilmir. Belə ki, artıq onların ən minimum tələbatlarını belə ödəyə bilmir. Məhkəmə tərəfindən üç uşaq üçün ümumilikdə müəyyən edilmiş 405 manat məbləğində aliment hazırda uşaqların indiki tələbatlarını ödəmir. Qeyd edilən məbləğ artan bazar qiymətlərinə uyğun gəlmir. 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Buradan da tam aydın olur ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə 135 manat aliment məbləği heç bir halda uşağın ən minimum dolanışığını belə təmin etmək mümkün deyil. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması deyil, heç minimal şəkildə saxlanması belə mümkün deyildir. Hesab edir ki, cavabdehin 1080 pətəkdən ibarət arıçılıq təsərrüfatı ilə məşğul olmaqla, aylıq qazancının bildirdiyindən dəfələrlə çox – 2.000 – 3.000 manat civarında olması nəzərə alınmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı «nikahın pozulması, uşaqların onun himayəsində saxlanması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində 217 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 analarının yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçı X4 xeyrinə hər ay bir uşağa görə 135 manat olmaqla, üç uşağa görə 405 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 3 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 may 2022-ci il tarixli, MŞB/3-00975 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş arayışa əsasən cavabdeh işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Bundan başqa, cavabdeh daha artıq məbləğdə aliment ödəməsi üçün kifayət qədər gəlirə malik deyil. İddiaçı cavabdehin daha artıq miqdarda aliment ödəməyə maddi imkanının olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, uşağın saxlanılması üçün zəruri olan xərclərin yalnız bir valideyndən tutulması ədalət prinsipinə ziddir. Çünki, uşağa baxılması vəzifəsi hər iki valideynə şamil olunur. Uşağı həm ata, həm da ana maddi cəhətdən təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilməli, Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat dövlət rüsumu iddiası İddiaçı aid edilsin. Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar