Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-187/2022 14.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X2 İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 müştərək qaydada ona vurduğu ziyana görə 1740 manat və 38 manat dövlət rüsumu,cəmi 1778(bir min yeddi yüz yetmiş səkkiz) manat alınaraq ona ödənilməsi,cavabdehlərin üzərinə yaşadığı mənzilə suyun axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,S.Əsgərov küçəsi ev 5A 176 saylı 16.5 kv.m sahəli 176 saylı otaq Mənzil Kommunal Xidmətlər Departamentinin 27.09.2010-cu il tarixli 337 saylı orderi ilə ona verilmişdir.Bundan sonra Mənzil Kommunal Xidmətlər Departamenti ailə üzvlərini nəzərə alaraq 23.05.2014-cü il tarixli 46/2 saylı sərəncamına əsasən həmin ünvanda olan sahəsi 49.18 kv.m olan iki otağı ona istifadəyə vermişdir.Hal-hazırda o həmin ünvanda yaşayır. 82,83 və 84 saylı mənzil isə cavabdehlərə məxsusdur.Cavabdehlərə ümumi hamam-tualetdən istifadə edirlər.Onların istifadə etdikləri hamam və tualetdən ona məxsus mənzilə su axıdılması nəticəsində ona məxsus mənzilin mətbəx və sanitar qovşağının tavanı yararsız hala düşmüşdür.Mətbəxin divarları yararsız haldadır,dəhliz yararsız hala düşmüşdür.Tavandan su axma nəticəsində mebellerinə də ciddi ziyan dəymişdir.Həmçinin suyun axması nəticəsində lampalara,elektrik naqillərinə də ciddi ziyan dəymişdir.Mənzilin təmirə ehtiyacı vardır.Bu barədə MKİS-ə də şikayət etmiş,onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər.Cavabdehlərin evindən onun evinə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 1740 manat məbləğində pul lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun olaraq izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında üst qonşuları olan cavabdehlərin yaşadığı mənzil və onların ümumi istifadəsində olan hamam otağından onun yaşadığı mənzilə su axıdıldığını, bununla bağlı yoldaşının dəfələrlə onlara müraciət etdiyini, buna baxmayaraq, qonşuları tərəfindən həmin halın qarşısının alınması ilə bağlı heç bir tədbir görülmədiyini, özlərini günahkar hesab etmədiklərini bilidrərək, arada təmir edəcəklərini desələr də, bununla bağlı heç bir iş görmədiklərini bildirərək, ekspert rəyi ilə razı olduğunu qeyd edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı mənzilə su axıdılsa da, ora ziyan dəysə də, həmin suyun onların istifadəsində olan sanitar qovşaqdan axıdılmadığınını, yuxari mərtəbələrdən də buların evinə su axdığını binanın özünün problemli bina, köhnə təmirsiz bina olduğunu, həmin suyun axıdılmasının səbəbinin də məhz binanın özünün köhnə olması ilə bağlı olduğunu,ona görə də bu hallarla razı olmadıqlarını, habelə ekspert rəyi ilə razı olmadıqlarını, çünki orada təmir üçün o qədər xərcin çəkilməsinin zəruri olmadığını, özü oranı təmir etdirsə heç o qədər xərc çıxmayacağını bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil KOmmunal Təsərrüfat Departamentinin 119 saylı MKİS məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsinnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 337 saylı 22.09.2010-cu il tarixli orderin məzmunundan görünür ki, ADNŞ tərəfindən Qaradağ rayonu,Şahlar Əsgərov küçəsi 5a 176 saylı mənzil İddiaçı (4 nəfər ailə tərkibi olmaqla) verilmişdir. İş materialalrında olan 23.05.2014-cü il Mənzil Kommunal Təsərrüfat Departamentinin 46/2 saylı sərəncamından görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,S.Əsgərov küçəsi ev 5A 176 saylı 16.5 kv.m sahəli 176 mənzilinə 5 nəfər ailə üzvü ilə (özü,əri və 3 qızı) İddiaçı adına icarə müqaviləsi bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qeyd edilmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli 119 saylı MKİS-in aktından görünür ki,İddiaçı məxsus Şahlar Əsgərov küçəsi yataqxana 5a 176 saylı mənzilə baxış keçirilən zaman mənzilə üst mərtəbədən su axıntısı aşkar olunmuşdur.Su axıntısı nəticəsində vətəndaşın mənzilinə və əşyalara ziyan dəyməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 10/6723 nömrəli rəyinin məzmunundan görünür ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 176 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 24,83,82 saylı mənzillərin binanın 2-ci mərtəbəsində yerləşdiyini, 176 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin, mülki işin materiallarını nəzərə alaraq, Bakı şəhəri, Qaradağa rayonu, Sahil qəsəbəsi Ş Əsgərobv küçəsində yerləşən 5 a saylı evin 176 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 84, 83, 82 saylı mənzillərin ümumi istifadəsində olan sanitar-qovşağ tikilisindən su axıdıldığı və nəticədə 176 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,S.Əsgərov küçəsində yerləşən 5A saylı evin 176 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 878 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində təşkil olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1113.2.-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,S.Əsgərov küçəsi ev 5A 176 saylı mənzilin sahibi qismində iddiaçı çıxış edir, 82,83 və 84 saylı mənzil və həmin mənzillərin ümumi istifadədə olan sanitar-qovşaq tikilisi iddiaçıya məxsus 176 saylı mənzilin üstündə yerləşir. 82,83,84 saylı mənzillərin sahibləri qismində cavabdehlər çıxış edir, cavabdehlər iddiaçının üst qonşularıdır. İddiaçıya məxsus 176 saylı mənzilə su axıdılması və bunun nəticəsində həmin yaşayış sahəsinə ziyan dəyməsi halını da hər iki tərəf təsdiq edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı onun mənzilinə su axıdılması və mənzilinin yarasız hala düşməsinə səbəb kimi cavabdehlərin mənzili və ümumi sitfadəsində olan sanitar qovşağından su axıdılması nəticəsində baş verdiyini, cavabdehlər isə bu halın onların təqsiri ucbatından deyil, ümumi binanın vəziyyətinin köhnə problemli olması ilə bağlı olduğunu bildirmişlər. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan müəyyən edilmişdir ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 176 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 24,83,82 saylı mənzillərin binanın 2-ci mərtəbəsində yerləşdiyini, 176 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin, mülki işin materiallarını nəzərə alaraq, Bakı şəhəri, Qaradağa rayonu, Sahil qəsəbəsi Ş Əsgərobv küçəsində yerləşən 5 a saylı evin 176 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 84, 83, 82 saylı mənzillərin ümumi istifadəsində olan sanitar-qovşağ tikilisindən su axıdıldığı və nəticədə 176 saylı mənzilin tikililərinə ziyan vurulduğunun müəəyən olunduğu qeyd olunmuşdur. Cavabdehlər isə iddia tələbinə etirazın əsası kimi istinad etdikləri həmin su axıntısının binanın ümumi vəziyyətinin pis olması ilə bağlı hallarla bağlı olduğunu bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bununla da, məhkəmə araşıdrması zamanı iddiaçıya məxsus mənzilə su axıdılmasının cavabdehlərin təqsiri olmadığı hallarla bağlı olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Bu halda, məhkəmə iddiaçıya məxsus mənzilə su axıdılması və nəticədə həmin məzilə ziyan vurulması halının aşkar olduğunu (işin mübahisəsiz halı olduğunu), habelə müvafiq ekspert rəyini əsas götürərək, hesab edir ki, məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyan vurulmuşdur.(vurulmuş izyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqə olmuşdur) Həmçinin, məhkəmə iddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona 1740 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın məbləği məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Ekspert rəyinin məzmunundan aydın olur ki,Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,S.Əsgərov küçəsində yerləşən 5A saylı evin 176 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 878 manat məbləğində olduğu qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vuurlmuş ziyanın əvəzi olaraq 878 manat məbləğində olan hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehlərin üzərinə suyun axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə bağlı çəkilən məsrəflərə daxildir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hisəsində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçıya məxsus mənzilə vurulmuş maddi zərərin əvəzi olaraq 878 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan 8 manat məbləğində olan hisssəi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçıya məxsus mənzilə vurulmuş maddi zərərin əvəzi olaraq 878 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 8 manat məbləğində olan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-187/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-187/2022
14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver