Məhkəmə qərarları › İş №2(002)-1871/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1871/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1871/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2017-ci ilin avqust ayından 2019-cu avqust ayına kimi hər ay 1000 manat hesablanmaqla 24000 (iyirmi dörd min) manat pulun, texnikanın saz vəziyyətə gətirilməsi üçün 5000 (beş min) manat pulun, ödənilməmiş 24000 manat pulun aylıq beş faiz hesablanmaqla bir il ərzində 12000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 41030 (qırx bir min otuz) manat pulun alınıb ona verilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin fevral ayında X3 22000 manata etibarnamə əsasında 2008-ci il buraxılışlı, FL 958G markalı “Yükləyici LOVOL” texnikasını almışdır. İlkin olaraq 12000 manat ödəmiş, qalan pulu isə hər ay 1000 manat olmaqla 10 aya ödəməyi öhdəsinə götürmüşdü. Lakin həmin pulu 8 ay müddətinə tamamilə ödəmişdir. Cavabdeh ilə razılaşmışdılar ki, texnikanı o, alıb Niyaməddin isə işlətməli idi və qazancın yarısı onun yarısı isə Niyaməddinin olmalı idi. Bu razılaşma əsasında da o, texnikanı istifadə etmək üçün cavabdehə verdi. Cavabdeh hər ay mənə 1000 manat pul ödəyirdi. Lakin 2017-ci ilin əvvəllərində bildirdi ki, daha iş yoxdur, ona görə də qazanc əldə edə bilmir və ona pul verməyi dayandırdı. Texnikanı ondan geri tələb etsə də, cavabdeh texnikanı ona qaytarmaqdan imtina etmişdir. Buna görə o, məcbur olub bu barədə polisə məlumat verdi və 2019-cu ilin avqust ayında özünə məxsus texnikanı cavabdehdən polis vasitəsi ilə geri aldı. Cavabdeh ona texnikanı aldığı kimi deyil tamamilə nasaz vəziyyətdə geri vermişdir. Hazırda texnikanın əvvəlki vəziyyətinə gətirilməsi üçün 5000 manat pul lazımdır. Göründüyü kimi cavabdeh ona məxsus texnikadan istifadə edərək pul qazanmışdır. Belə ki ona məxsus texnikanı qaytarandan 20 gün sonra özünə eyni texnikadan almışdır. Bu da onu göstərir ki, ona məxsus texnikadan istifadə edərək faydalanmış və özünə kifayət qədər qazanc əldə etmişdir. O isə müəyyən məbləğ pul itirməklə cavabdehin ödəmədiyi 24 ay müddətində hər ay 1000 manat olmaqla 24000 manat məbləğində pul qazana bilməmişdir. Həmin ödənilməmiş 24000 manat pul ona ödənilməməklə geçikdirilmişdir. Cavabdeh tərəfindən ona ödənilməli olan pulu gecikdirdiyi üçün illik 5 faiz ödənişlərin edilməsi zəruridir. Bu səbəbdən də əldə çıxmış faydanın gecikdirilməsi səbəbindən 24000 manatın hazırki 5 faiz hesablanmaqla ona ödənilməlidir. Cavabdeh tərəfindən onun hüququ pozulmuş qazancından məhrum olmuşdur. Ona zərər dəyərək əldə edəcəyi gəlirdən məhruç olunmuşdur. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi X4 öncəki məhkəmə iclasında (xx xxxxxx 2020ci il tarixdə) məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmir vəİddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdehin vəkili və nümayəndəsi X4 tərəfindən məhkəmə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh yazın qohumdurlar. 2016-cı ilin əvvəllərində iddiaçı cavabdehə bildirmişdir ki, daş karxanasında işlətmək üçün kreditə texnika alır, tenikanı işlədə bildiyimdən ayda cavabdehə 600 manat əmək haqqı ödəyəcək, krediti ödədikdən sonra qazancı yarı böləcək. Qaynı olduğundan inanıb razılıq vermişdir. Əmək müqaviləsi olmasa da bir il müddətdən artıq onun üçün işləmiş, bütün gəlirləri də özü qazanmaqla mənə söz verdiyi kimi hər ay üçün 600 manat əmək haqqım gah verirdi, gah da vermirdi. Təxminən il yarıma yaxın demək olar ki, havayı ağır işdə istirahət bilmədən ona işlədikdən sonra bilib ki, krediti 8 aya ödəyib. İddiaçı onu aldadıb razılaşdıqları gəliri yarı bölməmək üçün məndən krediti tam ödədiyini gizlədib. Ona görə də onunla möhkəm mübahisələri oldu. Bundan sonra o, polisə şikayət edib. Cavabdeh bundan sonra həmin texnikanı sürərək karyerə yaxın yerləşən Puta qəsəbəsində yaşayan iddiaçının qardaşı olan şəxsin evinin qarşısında qoyub gedib . Ondan sonra həmin texnika da orda qalıb, heç kim işlətmir. Çünki bilirlər ki, iddiaçı yalançıdır, işçini işlədib əmək haqqını vermək istəmir. Olanlara görə indi heç kim onunla işləmək istəmədiyindən müxtəlif təzyiq vasitlərindən istifadə etməklə ona qarşı qərəzçilik edir. Əgər doğrudan da onun dediyi kimi idisə onda üstündən üç il keçib, niyə bu müddət ərzində məhkəməyə müraçjət.edib pulu və ona dəymiş ziyanı tələb etmirdi. İşin məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, tərəflər arasında texnikanın işlədilməsi bağlı şifahi razılaşma mövcud olmuşdur. Tərəflər arasında mübahisəli hal : iddiaçı razılaşmaya əsasən həmin texnika nəticəsində qazanılan məbləğin yarısının cavabdehə yarısının ona çatmalı olduğu, lakin 24 ay ərzində cavabdeh tərəfindən həmin texnika işlədilsə də ona heç bir ödəniş olunmadığını iddia edərək, pul tləb edir, cavabdeh isə həmin texnikanı yalnız 1 il işlətdiyini, həmin 1 il ərzində bütün qazancın iddiaçı götürdüyünü,onun həmi texnikanın işlədilməsindən heç bir qzancının olmadığını, yalnız iddiaçının ona texnikanın işlədilməsinə görə ona 600 manat zəhmət haqqı verdiyini qeyd edərək, iddianı qəbul etmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, zərərin mövcudluğu və miqdarı barədə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq tələb məhkəmə iclasında iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir X5 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar