Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1873/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş 5580 manat məbləğində maddi ziyanın və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5610 manat məbləğində pulun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC ilə bağladığı 27.10.2017-ci il tarixli, 06/0962/LİZ saylı maliyyə lizinqi müqaviləsi əsasında, qeydiyyat nişanı ** PL *** olan, sedan tipli, buraxılış ili 2016, mühərrik nömrəsi 0067184, BAN 388728, rəngi ağ olan “DONG FENGA 30” markalı minik avtonəqliyyat vasitəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. “Lizinq verən” "xxxx" MMC ilə “Lizinq alan” İddiaçı MMC arasında bağlanmış sözü gedən 06/0962/LİZ saylı, 27.10.2017-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əlavə olaraq 27.10.2017-ci il tarixli “Razılaşmaya” əsasən maliyyə lizinqi müqaviləsinə aşağıdakı qaydada əlavə edilmiş: 3.2.6. Bu müqavilənin 3.2.5-ci bəndinə əsasən həmin müqavilənin 3.2.2 (lizinq obyektini icarəyə və sublizinqə vermək) bəndlərində göstərilən halların "xxxx" MMC tərəfindən əvvəlcədən hazırki razılığı əsasında mümkündür. Həmçinin lizinq obyektinin sublizinqə verilməsi ilə bağlı gələcəkdə baş verə biləcək səbəbindən asılı olmayaraq bütün hallara görə “Lizinq alan” tam şəkildə məsuliyyəti heç bir mübahisə etmədən və tələb irəli sürmədən öz üzərinə götürür. 27 dekabr 2019-cu il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən ünvan 1 ünvanında qeydiyyatda olan hazırkı iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı MMC arasında qeydiyyat şəhadətnaməsi AD№ 110101 olan, ** PL *** qeydiyyat nişanlı Sedan tipli, buraxılış ili 2016 olan, Ban 388728 olan, ağ rəngli, “DONG FENG A30 minik” marka modelli xidmət avtomaşının 27 dekabr 2019-cu il tarixdən verildiyi vaxtdan 30 ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən ** PL *** qeydiyyat nişanlı avtomobil 28 yanvar 2020-ci il tarixində Göygöl rayonu ərazisində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş 242 №-li 17.02.2020-ci il tarixli imtina məktubu ilə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Bundan sönra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilmiş, cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsi tələb edilsə də o, bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. İş materialına əlavə edilmiş 27 dekabr 2019-cu il tarixli, 662 saylı “nəqliyyat vasitəsinin icarə müqaviləsi”-nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında qeydiyyat şəhadətnaməsi AD№ 110101 olan, ** PL *** qeydiyyat nişanlı Sedan tipli, buraxılış ili 2016 olan, Ban 388728 olan, ağ rəngli, “DONG FENG A30 minik” marka modelli xidmət avtomaşının 27 dekabr 2019-cu il tarixdən verildiyi vaxtdan 30 ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. İş materialına əlavə edilmiş 06/0962/LİZ saylı maliyyə lizinqi müqaviləsi əsasında, qeydiyyat nişanı 90-PL 475 olan, sedan tipli, buraxılış ili 2016, mühərrik nömrəsi 0067184, BAN 388728, rəngi ağ olan “DONG FENGA 30” markalı minik avtonəqliyyat vasitəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2021-ci il tarixli, 9/5249 saylı rəydən görünür ki, 2016-cı il buraxılışlı “Dong Feng A30” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5153.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2021-ci il tarixli, 9/5249 saylı rəyinə əsaslanaraq, 5153.00 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin 100 manat ekspertiza xərci cavabdeh X1 aid edilməli, həmin məbləğ ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği 5580 manat deyil, obyektiv qiymətləndirməyə görə 5153 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5153.00 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1873/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1873/2021
10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver